"Ərli qadın başqa oğlana öz şəklini göndəribsə, tövbəsi qəbul olarmı?"

08:34 / 16.01.2017

Uca Allah tövbə edən qullarını sevir. O buyurur:
"Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir" (əl-Bəqərə, 222).
Uca Allah insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Hud peyğəmbər öz qövmünə belə demişdir:
"Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin" (Hud, 52).
Strategiya.az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən ona gündə yüz dəfə tövbə edirəm!"
Peyğəmbər demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər".
Həmçinin, o demişdir: "İtirdiyini tapan kimsə necə sevinirsə, Allah sizdən birinizin tövbə etməsinə ondan daha çox sevinir".
"Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir".
Həmçinin, Peyğəmbər tövbənin mahiyyəti haqqında belə demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir".
Aişə rəvayət edir ki, Allah Elçisi mənə buyurdu: "Günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Tövbə peşman olmaqla və bağışlanma diləməklə olur".
Allahdan ümidini üzmə!
Bəzi insanlar günah etdikdə tövbə edirlər, sonra yenidən günaha qayıtdıqda indiyədək etdikləri peşmançılığın və tövbənin faydasız olduğunu fikirləşir və buna görə ümidsizliyə qapanırlar. Hətta belə deyirlər: "Tövbə etsəm, Allah məni bağışlayar?" Günah etdikdə sonra tövbə edib yenidən günaha qayıtdıqda yenə tövbə etmək lazımdır və buna görə ümidsizliyə qapanmaq olmaz. Yenidən günaha qayıtmaq əvvəlki tövbəni batil etmir, sadəcə olaraq yenə tövbə etmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bu məsələdə ümidsizlik şeytanın ən böyük silahıdır. Uca Allah buyurur:
"Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
Uqbə ibn Amir demişdir: "Bir kişi Allah Elçisinin sallallahu aleyhi və səlləm yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz".
Tövbə necə edilir?
Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib bağışlanma diləmək - yəni bu etdiyi tövbəni yalnız Allah üçün etməlidir, başqa məqsəd olmamalıdır.
2. Günahlara görə peşman olmaq
3. Günaha bir daha qayıtmamağa qərar vermək
4. Tövbəni əcəl gəlməmişdən qabaq etmək
5. Qulun haqqını vermək - Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar". (Buxari Muslim).
Tövbədən sonra yaxşı işləri artırmaq
 Həmçinin, tövbə etdikdə ibadətləri və yaxşı işləri artırmaq lazımdır. Tövbə sözü qayıtmaq deməkdir. Bəndə Allaha tövbə edərək asilikdən Onun itaətinə qayıdır. Həmçinin, çoxlu istiğfar etmək, yəni Allahdan bağışlanma diləmək, şər insanlarla oturub durmaqdan uzaq olmaq, məscidlərə getmək, faydalı işlərlə məşğul olmaq asiliyə mane olan səbəblərdəndir. Uca Allah tövbə etdikdən sonra yaxşı işlər görənlərin pisliklərini yaxşılıqla əvəz edəcəyini vəd edərək belə buyurur:
"Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar" (əl-Furqan, 68-71).
      Həmçinin, Əbu Tavil Şətab əl-Məmdud rəvayət edir ki, o, Allah Elçisinin yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah yoxdur ki, onu etməsin. Ona tövbə varmı?" Allah Elçisi buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın elçisi buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaq və günah əməllərimi də?" Allah Elçisi buyurdu: "Bəli". O da: "Allahu Əkbər!"- deyə-deyə gözdən itdi".
      Yuxarıda qeyd olunan ayələrdən və hədisdən aydın olur ki, tövbə etdikdən sonra xeyirxah işlər görmək lazımdır ki, günahları silib aparsın. Çünki, yaxşı işlər pis işləri silib aparır. Uca Allah buyurur:
"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114).//Day.az

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM