Prezident İlham Əliyevin gündəmi zəbt edən çıxışının tam mətni Strategiya.az-da

12:15 / 26.04.2014

“Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur?...”

 Strategiya.az AzərTAc-a istinadən xəbər verir ki, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammit keçirilib.

AzərTAc-a daxil olan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV plenar iclasda çıxış edərək demişdir:
- Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə Prezident Zemana dəvətə və bu əhəmiyyətli tədbiri təşkil etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti əlbəttə ki, müsbət istiqamətdə dəyişir.
Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir. İqtisadi sahədə biz çox işlər görmüşük. Sizə deyə bilərəm ki, əsasən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt Prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra Avropanın 45 milyard dollar dəyərində ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaqdır. Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək.
Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.
Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir.
Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib.
Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir.
Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.
Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır.
 


Etiket:

Strategiya.az

Xəbərlər
21.07.2019

Avropa Olimpiya Komitələrinin prezidenti: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var

21.07.2019

Nazir: Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

21.07.2019

Sankt-Peterburqda Georg Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi başa çatıb

21.07.2019

Avropa Gənclər Yay Olimpiya Festivalında güləşçilərimiz ilk qarşılaşmaları uğurla başa vurublar

21.07.2019

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar

21.07.2019

NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırıb

21.07.2019

Türkiyə HHQ 3 PKK terrorçusunu məhv ediblər

21.07.2019

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb

21.07.2019

Lənkəranda dəniz kənarını zibilləyən istirahət məkanlarının sahibləri cəzalandırıldı

21.07.2019

Bu gün Azərbaycanın iki idmançısı Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq

21.07.2019

İtaliyada mafiya və siyasətçilərin qənimi öldü

21.07.2019

Bərdədə ticarət obyektlərində yanğın olub, yaxınlıqdakı məktəb binası yanğından mühafizə edilib

21.07.2019

 Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya MÜRACİƏT

21.07.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

21.07.2019

Teymur Rəcəbov növbəti dəfə heç-heçə edib

21.07.2019

İpoteka predmetinə tutma yönəldilməsinə dair yeni qayda müəyyənləşib

21.07.2019

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb

21.07.2019

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları dayandırıb

21.07.2019

ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib

21.07.2019

Tramp gələcək planları ilə bölüşdü

21.07.2019

Bakıda dostların mübahisəsi bıçaqlanma ilə bitdi

21.07.2019

FHN əməkdaşları 9 nəfərin həyatını xilas edib

21.07.2019

NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırıb

21.07.2019

Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

21.07.2019

XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL

21.07.2019

Yaqub Mahmudov jurnalistlərə təbrik məktubu ünvanlayıb

21.07.2019

ABŞ-da “Boeing 737 Max” “qəbiristan”ı tapıldı

20.07.2019

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

20.07.2019

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

20.07.2019

“Bakı-2019”-da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər

20.07.2019

“Liverpul” Məhəmməd Salaha rekord məbləğdə məvacib təklif edir

20.07.2019

Cəlilabadda 4 evdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

20.07.2019

Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı

20.07.2019

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları

20.07.2019

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

20.07.2019

"Yeganə" şadlıq sarayında nə baş verir?

20.07.2019

Festivalın açılışına bilet alan tamaşaçıların daşınması 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək

20.07.2019

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

20.07.2019

XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

20.07.2019

Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

20.07.2019

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir

20.07.2019

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

20.07.2019

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb

20.07.2019

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri necə müəyyən edilir?

20.07.2019

Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib

20.07.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb

20.07.2019

Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

20.07.2019

Britaniya XİN: “İranın Hörmuz boğazında iki Britaniya gəmisini saxlamağından son dərəcə narahatlıq keçiririk”

20.07.2019

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

20.07.2019

Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib