Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac rəqabətli olub

12:26 / 17.01.2017

Yanvarın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Hər həftə keçirilən belə hərraclar fiziki və hüquqi şəxslərə istədikləri bir və ya bir neçə əmlaka bir gündə sahib olmaq şansı verir. Vətəndaşlarımız isə bu şansdan yararlanaraq aktiv şəkildə bu hərraclara qatılaraq əmlaka yiyələnirlər.

Komitədən Strategiya.az-a bildirilib ki, açıq və şəffaf şəraitdə keçirilən budəfəki hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar da iştirak edib. Həmin gün regionlarda keçirilən hərracların gedişatı da böyük monitorlar vasitəsilə canlı izlənilib.

Xatırladaq ki, özəlləşdirmənin yeni mərhələsində belə hərraclar ölkə Prezidentinin 2016-cı il 19 iyul tarixli dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı imzaladığı müvafiq Fərmana əsasən həyata keçirilir.

Baş tutan bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir. Bu obyektlərin sahəsi 15-80 kvadratmetr arasında dəyişir. Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

Belə hərracların rəqabətli olması da digər diqqətçəkən məqamdır. Belə ki, müxtəlif tarixlərdə təşkil olunan bir çox hərraclarda neçə-neçə qeyri-yaşayış sahəsi və ya kiçik dövlət müəssisəsinə, eləcə də səhmdar cəmiyyətləri və nəqliyyat vasitələrinə sifariş sayının çox olması hərracda rəqabətə səbəb olur. Bu isə özəlləşdirmə prosesinə və hərraclara olan marağın və bu prosesdə aktivliyin birbaşa göstəricisidir. Rəqabət isə öz növbəsində əmlakın dəyərini artırmaqla dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Bu il isə intensiv özəlləşdirmə prosesində daha da böyük məbləğdə büdcəyə daxilolmalar proqnozlaşdırılır. Çünki, ötən il dövlət başçısının məlum Fərmanı və Nazirlər Kabinetinin Sərəncamı ilə ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb. Bununla bağlı siyahılar komitənin internet informasiya resurslarında həm Azərbaycan, həm də ingilis dilində açıqlanıb. İl ərzində həmin əmlakların da hərrac, investisiya müsabiqəsi və ya digər özəlləşdirmə üsulları ilə dövlətsizləşdirilməsi və büdcəyə milyonlarla vəsaitin köçürülməsi nəzərdə tutulur.

Digər mühüm məqam odur ki, bu hərraclar təkcə paytaxtı deyil, bütün respublikanı əhatə edir. Yəni, eyni gündə Bakı ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında da intensiv hərraclar keçirilir. Bu isə respublika üzrə özəlləşdirmə aktivliyinin təmin olunması, regionlarda da əmlakların satışı sayəsində mülkiyyətçi təbəqəsinin artırılması, büdcə yükünün azaldılması deməkdir.

Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilir və yeni iş yerləri açılır. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərir.

Mühüm üstünlük isə ondan ibarətdir ki, hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış təqdim olunur. Bu isə əmlak sahibinə mülkiyyətlə bağlı hüquqi əməliyyatları tam etibarlı şəkildə və maneəsiz yerinə yetirmək imkanı yaradır.

Qeyd edək ki, ƏMDK tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük fürsətdir. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM