Böyük qayıdış mərhələsi başlayır

16:21 / 25.01.2017

Cocuq mərcanlılar Azərbaycan Prezidentinin Sərəncamını alqışlayırlar

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanli kəndi bərpa olunacaq. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərqi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq dörd milyon manat ayrılıb.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular.

İyirmi iki il sonra - 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı.

Prezident ilham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki bu kəndin sakinlərinin, bütün cəbrayıllıların ürəyindən xəbər verdi.

Cocuq Mərcanlı kənd sakini Məhəmməd Misirov: Mən ömrümün xeyli hissəsini Cocuq Mərcanlı kəndində keçirmişəm. İyirmi beş ilə yaxındır ki, biz Cocuq Mərcanlıdan ayrı düşmüşük. Cənab Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladığını eşidəndə çox sevindim. İnandım ki, Prezidentimiz gələcəkdə belə sərəncamları çox verəcək, işğal olunmuş torpaqlarımız azad ediləcək və biz hamımız doğma torpaqlarımıza qayıdacağıq, yenidən orada yaşayacağıq.

Kənd sakini Azər Abbasov: Çox sevinirik ki, Prezidentin Sərəncamı ilə Cocuq Mərcanlı kəndi yenidən bərpa olunub əvvəlki vəziyyətinə qaytarılacaq. Biz bunu çoxdan arzulayırdıq. Dövlətimizin başçısının bu qərarını alqışlayırıq. Eyni zamanda, bizim bu arzumuzu reallaşdırdığına görə ona minnətdarlığımızı bildiririk. Gözləyirik ki, Prezidentin rəhbərliyi ilə təkcə Cocuq Mərcanlı kəndi deyil, işğal altındakı digər ərazilərimiz də azad ediləcək və həmin torpaqlarda da evlərimiz tikilib bərpa olunacaq.

Kənd sakini Sədi Fərhadov: Cənab Prezidentin bu Sərəncamı bizdə böyük ruh yüksəkliyi yaratdı. Biz doğma kəndimizə qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Eyni zamanda, bu Sərəncamın verilməsi ilə biz əmin olduq ki, işğal altındakı digər torpaqlarımız da Ali Baş Komandanımızın rəhbərliyi ilə azad ediləcək.

Milli Məclisin deputatı Elman Məmmədov: Dövlətimizin başçısının bu Sərəncamı artıq onu deməyə əsas verir ki, böyük qayıdış mərhələsi başlayır. İndiyə qədər Cocuq Mərcanlıda cəmi bir ailə yaşayırdı. Ancaq Prezident Sərəncam verdi ki, əhali üçün 50 ev tikilsin, infrastruktur yaradılsın. Bu da o deməkdir ki, artıq qayıdış başlayır. Uğurlu Lələtəpə əməliyyatının nəticəsidir ki, 25 il işğal altında qalan torpaqlarımız azad edildi və bu gün həmin torpaqlara Azərbaycan əsgəri nəzarət edir. İnşallah, gələcəkdə bu qəsəbələrin, evlərin sayı daha da çox olacaq. Torpaqlarımız işğaldan azad ediləcək, insanlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.//azərtac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM