Cənab Adnan Oktardan Strategiya.az-a cavab: A9 TV-dəki proqramlarda iştirak edən xanımların hamısı Quran əxlaqı ilə yaşayan insanlardır

10:04 / 29.04.2014

A9 TV- dəki proqramlarda iştirak edən xanımların hamısı Quran əxlaqı ilə yaşayan insanlardır

 İnternet saytınızda yazarınız Əkrəm Həsənovun müvəkkilim cənab Adnan Oktar (Harun Yəhya təxəllüslü) haqqındakı 23.04.2014 və 24.04.2014-cü il tarixli 2 məqaləsi yayımlanıb. “Türkiyəli və azərbaycanlı Harun Yəhyaçılarla qısa tanışlıq” və “Strategiya.az-dan Adnan Oktar tərəfdarlarına tutarlı cavab” başlıqlı məqalələrdə müvəkkilim haqqında təhqiredici ifadələr, yanıldıcı məlumatlar və həqiqətdənkənar iddialar var. Aşağıdakı yazıda Əkrəm Həsənovun məqalələrindəki həqiqətdənkənar iddialara və yanıldıcı məlumatlara cavablarımız verilib:
 
 
1.Cənab Adnan Oktar İslamı əslinə qaytarmaq üçün cəhd edir:
 
ƏkrəmHəsənovməqalələrindəcənabAdnan Oktarınguyaİslamımüasirləşdirmək adı altında Qurani-kərimə zidd izahlar verdiyini iddia edir. Bu iddia ilə yanılır. Cənab Adnan Oktarın dində reformasiya etmək kimi bir hədəfi qətiyyən yoxdur, heç vaxt da olmayıb. Cənab Adnan Oktar faəliyyətləri ilə İslamın müasirləşdirilməsini deyil, onsuz da müasir olan İslamı əslinə, yəni Əsri-Səadət dövründəki əslinə qaytarmağı hədəfə alıb. 
 
2.Cənab Adnan Oktar masonlara deyil, Allah`a inanan masonlar cənab Adnan Oktara tabe olublar:
 
ƏkrəmHəsənovmüvəkkilimcənabAdnan Oktarınmasonlar tərəfindənguya İslamı məhv etmək üçün xüsusi seçildiyini və masonların cənab Adnan Oktara bu səbəbdən 33-cü dərəcə masonluq diplomu verdiklərini iddia  
etmişdir.Bu iddiaya əngözəlcavabmüvəkkiliminəsərləridir. nabAdnan Oktarın ateist masonluğu elmi cəhətdən məhv edən əsərləri bütün dünyada tanınır. Müvəkkilim ateist masonlara qarşıdır və hələ də ateist masonların tənqid etdiyi şəxsdir. Müvəkkilimin görüşdüyü masonlar Allah`a iman gətirən masonlardır. Müvəkkilimə 33-cü dərəcə masonluq diplomu verənlər də Allah`a iman gətirən masonlardır. Sözügedən masonlar İslama yaxınlaşmaq istədikləri üçün cənab Adnan Oktarın vəsiləsi ilə namaz qılmağa başlayıblar. Cənab Adnan Oktarın istiqamət verməsi ilə İslama xidmət edirlər. 
 
3.Qurani-Kərimdə baş örtüyü fərz deyil:
 
Nur surəsinin31-ci ayəsində“baş örtüyü” sözü işlənilməyib. Ayədəişlədilən “xumur” sözü “örtük” mənasını verir. Bu örtüyün başa örtülməsini və ya saçı örtməsini əmr edən heç bir ifadə yoxdur. Ayədə Allah bu örtüklə  
sinəninörtülməsiniəmredir. Qurani-Kərimdəxanımlarınbaş örtüyündənistifadə etməsini əmr edən heç bir ayə yoxdur.
 
4.Cənab Adnan Oktar və yoldaşları sadəcə Allah rizası üçün yaşayırlar: 
 
ƏkrəmHəsənovmüvəkkiliminyoldaşlarının İslam dinindənguyaşəxsi və maddi mənfəətləri üçün istifadə etdiklərini irəli sürmüşdür. Bu iddia da həqiqətdənkənardır. Cənab Adnan Oktarın heç bir mal-mülkü yoxdur.  
Müvəkkilimhərşeyini Allah yolunda sərfetmiş müsəlmandır. Müvəkkiliminyoldaşları da həyatlarını Allah`a həsr etmiş insanlardır. Cənab Adnan Oktarın və yoldaşlarının dünya səviyyəsində elmi fəaliyyətləri kimsədən bir 
qəpikalmadan, ancaqöz halalqazanclarıiləyatakeçirilir. Adnan Oktar və yoldaşlarının gəlirləri ilə bağlı aparılan bütün maliyyə araşdırmaları ortada heç bir mənfəətin, haqsız və qanunsuz qazancın olmadığını dəfələrlə sübut etmişdir.
 
 
5.Cənab Adnan Oktar heç vaxt mehdilik iddia etməyib
 
ƏkrəmHəsənovmüvəkkiliminmehdilik iddia etdiyinimehdiliyinielan etdiyini irəli sürmüşdür. Bunlar həqiqətə zidd ifadələrdir. Müvəkkilimin mehdilik iddiası heç vaxt olmayıb. Təbii olaraq mehdiliyini elan etməsi də 
doğru deyil. Müvəkkilimözü haqqındakıbu cürəsassıziddialara görəteleviziyada milyonlarla insanın qarşısında dəfələrlə mehdilik iddiasının olmadığına və olmayacağına and içmiş, mehdilik iddia edənin kafir 
olduğunu demişdir.
 
 
6.A9 TV-dəki proqramlarda iştirak edən xanımlar iffətli, namuslu, əxlaqlı insanlardır:
 
ƏkrəmHəsənovməqaləsindəA9 TV-dəkiproqramlardaiştirak edənxanımlar haqqında iftira və təhqir məzmunlu ifadələr işlətmişdir. A9 TV-dəki proqramlarda iştirak edən xanımların hamısı Quran əxlaqı ilə yaşayan,  
nəzakətli, namuslu, mədəni, universitetməzunu, bir neçəxaricidil bilən, peşə sahibi olan insanlardır. Əkrəm Həsənovun məqalələrindəki təhqir dolu ifadələr və iftiralar Azərbaycan ictimaiyyətində müvəkkilimə və yoldaşlarına qarşı mənfi rəy formalaşdırmaq üçün işlədilmişdir.
 
 
7.Cənab Adnan Oktarın Türk-İslam Birliyindən bəhs etməsinin yeganə səbəbi Allah`ın Qurani-Kərimdə buyurduğu əmrlərdir:
 
ƏkrəmHəsənovmüvəkkiliminguyahakimiyyətiqtidararzusunda olduğunu, Türk-İslam Birliyini bu məqsədlə istədiyini irəli sürmüşdür. Allah Quranda müsəlmanlara “parçalanıb ayrılmamağı, birlik olmağı, zülmə qarşı 
birlikdəmüqavimətgöstərməyi” əmretmişdir. Bundan əlavə, Qurandamöminlərin qardaş olduğu bir çox ayədə vurğulanır. Türk-İslam Birliyinin qurulması da bir şəxsin və ya qrupun faydasına deyil, bütün müsəlmanların  
faydasına olacaq. Birlik olduqdayer üzündəkidin Allah`ın olacaq.
 
 
8.Elmi Tədqiqat Təşkilatından (ETT) ayrılan insanlara təzyiq edilməsi iddiası əsassızdır:
 
ETT xidməttəşkilatıdır. Bu xidmətkönüllülük, fədakarlıq, çalışqanlıqvə səmimiyyət üzərində qurulub. Könüllülük və razılıq olmadan heç bir xidmət göstərilə bilməz. Odur ki, təzyiq göstərməyin faydasının olmayacağı, əksinə, faydadan çox zərər gətirəcəyi aydındır. Digər tərəfdən, Qurani-Kərimin “Dində məcburiyyət yoxdur...” (Bəqərə surəsi, 256) ayəsi dini məsələlərdə məcbur etməyi haram etmişdir. Bu səbəbdən təzyiq xidmətə zidd olduğu kimi, dini cəhətdən də qadağandır. ETT-dan ayrılan kəslərə ETT mənsubları tərəfindən təzyiq edilməyib.
 
 
9.Cənab Adnan Oktar və yoldaşlarının hədisləri inkar etməsi iddiası əsassızdır
 
ƏkrəmHəsənovmüvəkkilimyoldaşlarının guyahədisləriinkar etdiyini iddia etmişdir. Halbuki “hədis” başqa şeydir, “xurafat” isə başqa şeydir. Müvəkkilim və yoldaşları hədisləri deyil, xurafatları inkar edirlər. Müvəkkilim bu günə qədər hazırladığı 300 əsərində minlərlə hədisdən istifadə etmişdir. A9 TV-nin proqramlarında hər gün bir çox hədis verilir. Peyğəmbərimizin (səv) sözü olduğuna şübhə olmayan, Qurani-Kərimə uyğun hədisləri sonradan uydurulan Qurana zidd xurafatlardan fərqləndirmək lazımdır. Bu məsələdə İslam alimləri arasında da heç bir ixtilaf yoxdur.
 
 
10.Cənab Adnan Oktar və yoldaşlarının gündə 1 vaxt namaz qılması iddiası əsassızdır:
 
ƏkrəmHəsənovunmüvəkkilimyoldaşlarının guyagündə1 vaxtnamaz qıldıqlarını iddia etməsi qara propaqanda məqsədi ilə ortaya atılmış yalandır. Qurani-Kərimdə namazın vaxtları dəqiq göstərilmişdir. Müvəkkilim namazla bağlı bütün açıqlamalarında namazın 5 vaxt olduğunu demişdir. Müvəkkilim və yoldaşları namaz ibadətini gündə 5 dəfə yerinə yetirirlər.
 
 
11.Cənab Adnan Oktar dövlətinə və millətinə sadiq insandır:
 
ƏkrəmHəsənovunməqalələrinəbaxdıqdamüvəkkilimiyoldaşlarını sanki dövlətə qarşı bir təşkilatlanma kimi göstərməyə çalışdığı görünür. Bu, açıq-aydın iftiradır.ETT  dövlətə qarşı təşkilatlanma deyil, vətəndaş cəmiyyəti təşkilatıdır. Müvəkkilim və yoldaşları dövlətinə və millətinə sadiq insanlardır. ETT mənsubları qanunun aliliyinə inanan, qanunlara və asayişə hörmət edən insanlardır. ETT-nın bütün fəaliyyətləri qanunlara uyğun həyata keçirilir. Dövlətin rəsmi qurumlarının ETT ilə bağlı bütün araşdırmaları təşkilatın tarixinin və fəaliyyətlərinin təmiz olduğunu sübut etmişdir. Cənab Adnan Oktar və ETT mənsubları haqqında heç bir ittiham qərarı yoxdur.
 
 
12.Cənab Adnan Oktarın azərbaycanlı bir xanımla “whatsapp”-da yazışması iddiası məntiqsiz və həqiqətdənkənardır:
 
Əkrəm Həsənovun bu əsassız iddiası bir neçə gün əvvəl Azərbaycan mediasında yer almış bəzi həqiqətdənkənar və uydurma yazılara əsaslanır. Əvvəla, müvəkkilim mobil telefondan istifadə etmir. Müvəkkilimin adına mobil telefon və mobil telefon nömrəsi yoxdur. İkincisi, xəbərlərdə verilmiş whatsapp yazışmasının hansı şəxslər və telefon nömrələri arasında olduğu gizlədilmişdir. Çünki bu yazışma qurmadır və Azərbaycan ictimaiyyətini aldatmaq üçün hazırlanmışdır. Üçüncüsü, müvəkkilimə aid edilən yazışmada azərbaycanca ifadələr var. Müvəkkilim azərbaycanca bilmir. Göründüyü kimi, whatsapp hekayəsi başdan-ayağa məntiqsiz, tutarsız yalanlardan ibarət iftiradır. Bu uydurma ssenari müvəkkilim və yoldaşları haqqında Azərbaycan ictimaiyyətində mənfi rəy formalaşdırmaq üçün xüsusi hazırlanmışdır.
 
 
13.Cənab Adnan Oktar və sevənləri Azərbaycan millətinə böyük sevgi bəsləyir:
 
Əkrəm Həsənov məqalələrində cənab Adnan Oktarı və sevənlərini Azərbaycan dövləti üçün guya təhlükə təşkil edən bir qrup kimi göstərmişdir. Halbuki cənab Adnan Oktarı və yoldaşlarını tanıyanlar müvəkkilimin və yoldaşlarının Azərbaycan xalqını nə qədər sevdiklərini çox yaxşı bilirlər. A9 TV-də cənab Adnan Oktarın canlı yayıma çıxdığı studiyada türk bayrağının yanında illərdir Azərbaycan bayrağı da asılıb. 
 
  
  
  
Cənab Adnan Oktar 30 ildir hər yerdə türklərin və azərbaycanlıların “bir millət iki dövlət” olaraq birləşmələrini qeyd edir. Bu birliyin bütün müsəlman-türk aləmi üçün nümunə olacağını və beləliklə bütün dünyaya 
ədalət və azadlıq gətirəcək Türk-İslam Birliyinin sürətlə qurulmasına vəsilə olacağını bildirir. Cənab Adnan Oktarın Azərbaycana və cənab İlham Əliyevə bəslədiyi sevgi 14.11.2013-cü il tarixli söhbətində belə ifadə olunur: 
“Azərbaycan qanımız, canımız, ruhumuz, hərşeyimizdir. Bir olmayan heç nəyimiz yoxdur. Konya bizim üçün nədirsə, Azərbaycan da odur. İlham Əliyevə də “xoş gəldin” deyirik. Allah ömrünü uzun etsin, can sağlığı versin. Azərbaycan üçün bir nemətdir. Ailəsinə də, özünə də Allah nur versin.” 
 
 
14.Cənab Adnan Oktarın yəhudilərlə əlaqələri Qurani-Kərimə əsaslanır:
 
Əkrəm Həsənov cənab Adnan Oktarın bəzi yəhudi siyasətçilərlə, mütəfəkkirlərlə və ravvinlərlə yaxın əlaqələrini tənqid etmişdir.Allah Qurani-Kərimdə yəhudilərin arasında da iman gətirənlər olduğunu, imanlı yəhudilərin Allah dərgahında mükafatlandıracağını bildirmişdir. Onlarla ticarət etməyi, evlənməyi və yeməklərini yeməyi buyurmuşdur. Bunu bilən Peyğəmbərimiz də (səv) yəhudilərə təbliğ etmiş, onlarla görüşmüş, onların bütün hüquqlarını qorumağa çalışmışdır. Müvəkkilim də Peyğəmbərimizdən (səv) nümunə götürür, dünyadakı düşmənçilikləri aradan qaldırmaq və yer üzünə sevginin hakim olmasına vəsilə olmaq üçün imanlı yəhudilərlə görüşlər keçirir. Beləcə, Quranın hökmləini də onlara izah edir. Bu, Əkrəm Həsənovun etdiyi kimi, qınanmalı hərəkət deyil, Allah`ın razı qaldığı əməldir.
 
 
Hörmətlə nəzərinizə çatdırır və müvəkkilim haqqında həqiqətləri açıqladığımız yazımızı saytınızda yayımlamağınızı rica edirəm.
  
Adnan Oktarın vəkili
 
Advokat Gülcan Karakaş

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM