Birgə mətbuat konfransı

10:02 / 14.02.2017

 Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Latviya Respublikasının xarici işlər naziri cənab Edqars Rinkeviçsin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Bildiyiniz kimi, Latviya Respublikasının xarici işlər naziri cənab Edqars Rinkeviçs Azərbaycanda rəsmi səfərdədir. Dünən cənab nazir E.Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparılıb.

Bildiyiniz kimi, Azərbaycan və Latviya arasında qarşılıqlı əlaqələr strateji xarakter daşıyır. Bu xüsusda, Latviya bizim yaxın və ciddi tərəfdaşımızdır. Zənnimizcə, bu il iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsi baş tutacaq.

Latviyanın Avropa İttifaqının üzvü olduğunu nəzərə alaraq, bu günki görüşdə həmkarımla Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı münasibətləri, Şərq Tərəfdaşlığı barəsində də fikir mübadiləsi apardıq. Məlumdur ki, keçən bazar ertəsi cənab Prezidentin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə geniş müzakirələr aparılıb. Artıq Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sənədlər hazırlanmaqdadır. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılaşması mövcuddur. Düşünürük ki, bu sənədlər Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi üçün münbit baza yaradır. Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair sənəd mövcuddur. Qərb qaz dəhlizi Avropa bazarlarına təbii qazın çatdırılması yollarının şaxələndirilməsində mühüm elementdir.

Bundan əlavə, bu gün biz həmkarımla yalnız enerji deyil, nəqliyyat layihələri barəsində də fikir mübadiləsi apardıq. Latviya tərəfinin təşəbbüsü olan Zubr dəmiryol xətti layihəsi Baltik, Qara və Xəzər dənizlərinin birləşdirilməsini nəzərdə tutur. Şərqdən Avropaya yük daşımalarını nəzərdə tutan bu layihənin də imkanları çox genişdir. Bu layihəyə dair strategiyanın işlənilib-hazırlanması üzrə razılıq əldə etdik. Təbii ki, bu məsələdə müntəzəm təmaslar və mütəxəssislərin görüşləri çox önəmlidir.

Təbii ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barəsində də danışdıq. Latviyanın münaqişəyə dair beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə görə Latviya tərəfinə təşəkkürümü bildirirəm. Bu mövqe hətta Brüsseldə də Prezident Tusk tərəfindən səsləndirilib. Avropa İttifaqı və üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam dəstəyi ifadə edib. Azərbaycanın üzləşdiyi təhdid və təhlükələri nəzərə alsaq, bu dəstək bizim üçün çox vacibdir.

Təşəkkür edirəm!

Sual-cavab:

CBC kanalı, İlkin Şəfiyev: Sualım hər iki nazirədir. İki ölkə arasında iqtisadi-ticari əlaqələrinin hansı sahələrində əməkdaşlıq üçün perspektivlər var? İkinci sualım, Zubr layihəsinin Şimal-Cənub xətti ilə birləşdirilməsi məsələsinə dair fikirlərinizi bilmək istərdim.

Elmar Məmmədyarov: Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi, təəssüf ki, istənilən səviyyədə deyil. Bu gün qarşıda duran səfərlər mübadiləsi ərəfəsində məsləhətləşmələrin keçirilməsi barəsində razılığa gəldik. İlkin mərhələdə hüquq-müqavilə bazası ilə yanaşı, iqtisadi və ticari münasibətlərin qiymətləndirilməsi üzrə Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələrin başlanılmasını nəzərdə tuturuq. Latviya ilə əməkdaşlığın perspektivli sahəsi kimi kənd təsərrüfatı sektorunu qeyd edərdim. Latviya kənd təsərrüfatı sahəsində kifayət qədər inkişaf edib. Azərbaycan kənd təsərrüfatı sahəsinin inkişafına mühüm yatırımlar edir.

Azərbaycan və Latviya arasında ikiqat vergilərdən azad olma və sərmayələrin qorunması haqqında müqavilə mövcuddur. Bu xüsusda, qarşılıqlı biznes forumların keçirilməsi faydalı olardı.

Zubr çox maraqlı layihədir, çünki siyasi nöqteyi-nəzərdən Baltik, Qara və Xəzər dənizini birləşdirir və özlüyündə üç müxtəlif regionu yaxınlaşdırır. Bu layihəni Şimal-Cənub xətti ilə mədudlaşdırılması doğru olmazdı. Bizim qarşımızda duran əsas məsələ layihə ilə əlaqədar ola biləcək qurumları bir araya toplamaq və əlverişli ticarət mühiti yaratmağa nail olmaqdır.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM