Gülər Əhmədova: "Məni heç kimlə səhv salmasınlar"

09:02 / 02.05.2014

"Məndə bu qədər pul heç vaxt olmayıb"

“Dedilər ki, guya məndə mötəbər adamlar barəsində məlumat olan disk var”

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.

 
 
Vəsatətlərə birmənalı şəkildə “yox”...
 
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət verdilər. Vəkil Fazil Nemətov birinci instansiya məhkəməsində G.Əhmədovanın hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi. O, CM-in 178-ci maddəsinin mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxil olduğundan məhkəmə zamanı zərərçəkmiş şəxsin iştirakının təmin olunmasının vacibliyini söylədi. 
Qeyd etdi ki, bu maddə Azərbaycan məhkəmələri tərəfindən düzgün şərh edilmir. O, Gülər Əhmədovanın hüquqlarının pozulduğunu, CM-in 178.3.2 və 307.2 maddələri üzrə zərərçəkmiş şəxs olmadan keçirilməsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsi və məsələnin şərh edilməsi barədə vəsatətlə çıxış etdi. Məhkəmə vəsatəti təmin etmədi. 
 
Sonra vəkil Əfsər Talıbov Şamil Hüseynov, Vidadi Qədirov, Roza Fərzəliyeva,  Elnur Bağırov və digərlərinin şahid kimi dindirilməsi barədə vəsatət verdi. Bundan başqa, vəkil E.Abdullayevin gizli çəkiliş üçün icazə almadığını dedi. O, sözügedən videolar qanunsuz olduğundan onların sübutlar siyahısından çıxarılması barədə vəsatət verdi. Vəkilin növbəti vəsatəti türkiyəli iş adamı Səlcuq Ağlayanın Türkiyədəki məhkəmə prosesinin protokollarının, habelə Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun orda verdiyi ifadənin də sübut kimi qəbul edilməsi və tədqiq edilməsi barədə oldu. Dövlət ittihamçısı vəsatətlərin əsassız olduğunu deyərək, onların təmin olunmamasını tələb etdi. Sonra məhkəmə müşavirə elədi. Hakim vəsatətləri təmin etmədi.
 
“Elşad Abdullayevin məndə pulu olsaydı...”
 
Sonra G.Əhmədova məhkəmədə ifadə verdi. Bildirdi ki, Sevinc Babayevanın onun başına açdığı oyunları Bakı Ağır Cinayətlər Məhkəməsində qismən danışıb: “Qismən ona görə ki, ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışında bu, öz sübutunu tapdı. Onlar da bildirdilər ki, video əsl deyil, bir diskdən digərinə köçürülüb. O videolarda xeyli qüsur var. Elşad tərəfindən bu günə qədər iki cür video paylaşılıb. Birində heç bir problem yoxdur. Əsl videolardır. Pulun alınıb verilməsi var. Digər videolar isə mənim iştirakımla olanlardır ki, əsl deyil, montajdır, artikulyasiya pozulub. Montajın ən böyük elementlərindən ən kiçiyinə qədər hamısı orda var. Elşadla Sevinc özlərini klipə çəkiblər və nağıllar danışıblar ki, bunlar da bizim işə daxil edilib. Elşadın məndə pulu olsaydı, bu qədər müddət susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib.
Sizdən bir xahişim var. Düzdür, mənə 3 il həbs veriblər. 
 

“Məni heç kimlə səhv salmasınlar...”

 
Amma Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda da bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir? O, kişi ola-ola ona şamil edilir, amma mənə bir qadın kimi şamil edilmir. Elşadla Sevinc çox yaxın olublar. Biznes əlaqələri olub. Başqa söz işlətmək istəmirəm. Amma istintaq onu Elşadın tanışı, mənim rəfiqəm kimi təqdim edir. Mən 3 dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən, cinslərdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Başqa deputatla bağlı işləyib seçkilərdə. Mənə deyirlər ki, Gülər xanım, nəyinizə lazım idi ona kömək etmək? Mən bir millət vəkili kimi çox insana kömək etmişəm.
 
Məni heç kimlə səhv salmasınlar
 
Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam. Mən prezidentimə sadiq adamam. Verilən cəzanı küskünlük kimi qiymətləndirmirəm. Düzdür, ailəm dramatik vəziyyətdədir. Anam xəstədir, yoldaşım xəstədir, balaca oğlum qapılarda qalıb. Məni Heydər Əliyev siyasətə gətirib. Mən hər zaman bu yolda olacağam. YAP-da olub-olmamın heç bir fərqi yoxdur. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mən onu etməyəcəyəm. Məni heç kimlə səhv salmasınlar. Düzdür, prokurorluq mənə çox əziyyət verib. Amma incikliyim yoxdur. Bura Azərbaycandır. Mən öz ölkəmdən heç yerə şikayət edən deyiləm. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mənim əqidəm başqadır. Güllələnmə versələr belə, fikrimi dəyişməyəcəyəm". 
Dövlət ittihamçısı G. Əhmədovanın çıxışına etiraz edərək onu mahiyyəti üzrə ifadə verməyə dəvət etdi. 
 
G.Əhmədova isə öz növbəsində bildirdi ki, yaşı və təcrübəsi prokurordan çoxdur: “Biz burada rəsmi münasibətdəyik. Mən də bilirəm ki, bu münasibəti qorumaq lazımdır. Amma mənim yaşım da, gördüyüm təcrübə də prokurordan daha çoxdur. Mən Heydər Əliyev məktəbi keçmişəm. Nəsə deyəndə xahiş edirəm ki, onu yaxşı mənada qəbul edəsiniz”.
 
“İstintaq bu günə qədər nə deyibsə eləmişəm”
 
Sonra G.Əhmədova prokurorun və vəkillərin suallarını cavablandırdı. Ə.Talıbovun suallarını cavablandıranda dedi ki, Qazağa gedəndə ona ölkədən çıxmasına qadağa qoyulduğunu öyrənib: “Qazağın prokuroru və polis şöbəsinin rəis müavini gəlib dedilər ki, axtarış aparmalıyıq. Hər şeyə baxdılar, hətta qadına məxsus şeylərə. Xahiş elədim ki, heç olmasa, məni axtarış aparan maşının yanına aparmayın, hamı məni tanıyır. Dedilər ki, mümkün deyil. Lakin heç nə tapmadılar. Mənə dedilər ki, disk, ya da yaddaş kartı axtarırlar. Guya məndə mötəbər adamlar barəsində məlumat olan disk var. Bunu mənim əleyhimə olan adamlar mətbuatda yaymışdılar. Sonra Bakıya gətirdilər. İki gün ac-susuz qaldıq Qazaxdan Bakıya qayıdanda. Yolda dedim, heç olmasa yarım saat saxlayın maşını, əl-üzümüzü yuyaq. Ona da icazə vermədilər. Dedilər ki, sizi təcili Bakıya aparmalıyıq. Gecə saat 10-da dedilər yazın ki, Elşadın pulunu qaytaracağam. Mən də gülüb dedim ki, nə istəsəniz yazacağam, amma öz bildiyimi də yazacağam. Razılaşdıq. Bir də dedim ki, məni həyat yoldaşımın yanında həbs etməyin. Həbs etsəniz, onun ürəyi partlayar, pis olar. Sonra xahiş etdim ki, bizi Qazağa aparan oğlumun dostunu da buraxın. Sonra mən qalıb yazaram. Amma razılaşmadılar. Yazdım ki, Elşaddan pul almamışam, heç kimə pul verməmişəm. Soruşdum ki, nə qədər pul qaytarmalıyam? Dedilər, bir milyon manat. Cavab verdim ki, məndə bu qədər pul heç vaxt olmayıb, alınan şey deyil. Müstəntiq isə dedi, yaz ki, evimi satıb hissə-hissə qaytaracağam. Mən heç yatsam, yuxuma da girməzdi ki, mənə belə münasibət olar. Bakı Şəhər Prokurorluğunda mənə münasibət birdən-birə dəyişdi. Həmişə deyirdim ki, bu videolar montajdır. Mənimlə pişim-pişimlə danışdılar. Yazmışam ki, işgüzar nüfuzuma xələl gəlməməsi üçün pulu qaytararam, özüm də çadırda qalaram. Mənim əlimdə olan ən qiymətli şey evimdir, onun da qiymətini bilmirəm. İstintaq bu günə qədər nə deyibsə eləmişəm. Mətbuata çıxma deyib, çıxmamışam. Amma niyə belə elədilər, bilmədim. Məni həbs elədilər, amma Elşadın qardaşı hələ də oturub prokurorluqda...”
 
G.Əhmədova suallara cavab olaraq özünü qətiyyən təqsirli bilmədiyini bildirdi. 
Bundan sonra məhkəmədə istintaqın tamamlanması barədə müzakirələr aparıldı. G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz etdilər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul etdi. Bundan sonra fasilə elan olundu. 
Fasilədən sonra dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək G. Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünümüdafiə xarakteri daşıdığını dedi. Prokuror məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istədi. 
 
Hakim daha sonra G.Əhmədovanın vəkillərinin çıxış etmələrini istədi. Vəkillər çıxış üçün bir neçə gün vaxt istəsələr də, hakim 1 saatlıq fasilə elan etdi. Fasilədən sonra vəkillər çıxışa hazır olmadıqlarını bildirərək, məhkəmənin mayın 5-nə qədər təxirə salınmasını xahiş etdilər. Hakim vəkillərin xahişini nəzər alaraq, məhkəmə prosesini mayın  5-nə təyin etdi./musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM