Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayır

09:05 / 15.03.2017

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Qurumdan Strategiya.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. 

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Cari ilin məzunları üçün buraxılış imtahanlarının birinci mərhələsi respublikada iki istiqamət üzrə martın 5-də və 12‑də keçirilmiş, sonuncu-üçüncü istiqamət üzrə imtahanlar martın 18-də keçiriləcəkdir. Buraxılış imtahanının ikinci mərhələsi isə iyun ayında keçiriləcəkdir.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. 
Qəbul imtahanının birinci mərhələsi aprelin 16-da, ikinci mərhələsi isə iyul ayında keçiriləcəkdir.

Qəbul imtahanının birinci mərhələsində şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat vaxt ayrılır.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.

İxtisas seçimi buraxılış (qəbul) imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanında topladığı ümumi bal əsasında aparılır. 


Etiket:

Strategiya.az

Xəbərlər
23.05.2019

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

23.05.2019

Ali məktəbə bu il sənəd verməyən kollec məzunları üçün ƏLAVƏ QƏBUL elan ediləcək

23.05.2019

Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

23.05.2019

KİV: Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər

23.05.2019

Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib

23.05.2019

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

23.05.2019

Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

23.05.2019

Birjalarda neftin qiyməti

23.05.2019

162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub

23.05.2019

Kolleci bitirənlərin ali məktəbə qəbulu qaydası müəyyənləşdi

23.05.2019

Azərbaycan ordusu Türkiyədə təlimlərdə - VİDEO

23.05.2019

Beynəlxalq Olimpiya Komitəsi boksu Olimpiya proqramında saxlayıb

23.05.2019

Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır

23.05.2019

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçiriləcək

23.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

23.05.2019

Kolleclərə də imtahansız qəbul mümkün olacaq - KİMLƏRƏ?

23.05.2019

Atəşkəs 21 dəfə pozulub

23.05.2019

DÇ-2022-də 32, yoxsa, 48 komanda? - FİFA açıqladı

23.05.2019

Mayın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.05.2019

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

23.05.2019

Əməkdar artist vəfat etdi

23.05.2019

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

23.05.2019

Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb

23.05.2019

Azərbaycanda bu məkanlara giriş pulsuz oldu - RƏSMİ

23.05.2019

Qarqar çayı daşması təhlükə yaratdı - Köməksiz qalan çobanlar xilas olundu - VİDEO

23.05.2019

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

23.05.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu həbs olunub

22.05.2019

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

22.05.2019

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

22.05.2019

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

22.05.2019

“Oxu bayramı” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi

22.05.2019

Dünya tarixinin cəmi 38 dəqiqə çəkən ən maraqlı müharibəsi

22.05.2019

Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

22.05.2019

Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb

22.05.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib

22.05.2019

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

22.05.2019

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

22.05.2019

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə pul alan şəxs saxlanılıb

22.05.2019

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

22.05.2019

Leyla Əliyeva “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində onların xüsusi əraziyə buraxılması mərasimində iştirak edib

22.05.2019

"Arsenal"ın transfer siyahısı: kimlər gəlir, kimlər gedir?

22.05.2019

Özünü polis kimi təqdim edən dələduz ələ keçdi

22.05.2019

Vergilər Nazirliyinin bir neçə əməkdaşı barədə cinayət işi açılıb

22.05.2019

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib (VİDEO)

22.05.2019

Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb

22.05.2019

Respublika fənn olimpiadalarının qalibləri yanız bu 84 ixtisasa müsabiqədənkənar qəbul olunacaq

22.05.2019

Abramoviç Bakıya gəlir

22.05.2019

Ankarada Rəsulzadənin adını daşıyan litseydə onun bir portreti belə yoxdur - REPORTAJ

22.05.2019

Ağcabədidə ölmüş vəziyyətdə kəsilən iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

22.05.2019

Türkiyəli hərbçilər S-400-lərin istifadəsi üzrə təlimlərə başlayır