Azərbaycanın Avropa bazarındakı istiqrazlarının qiyməti rekord həddə çatıb

16:47 / 25.03.2017

Azərbaycan şirkətləri üçün istiqraz mövsümü başlayır.

Trend-in məlumatına görə, getdikcə daha çox şirkət layihələrə vəsait cəlb etmək üçün istiqraz buraxılışından istifadə edir.

Çünki istiqrazlar digər maliyyələşmə üsullarından daha sərfəli və əlverişli sayılır. Üstəlik, bu üsul xaricdən pul cəlb etməyə də imkan verir. Amma bu imkandan heç də hamı faydalana bilmir.

Qaz kəməri üçün 2 milyard dollar

Bu günlərdə Azərbaycanın daha bir şirkəti Avropanın istiqraz bazarında böyük emissiya həyata keçirib. Söhbət Azərbaycan qazının Avropaya nəqli üçün yaradılan "Cənub Qaz Dəhlizi” layihəsinin strukturu olan "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən gedir. Mart ayında şirkət London birjasında 1 milyard dollarlıq avrobond yerləşdirib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” QSC, Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən, uzunluğu 3,5 min kilometr olan və Avropa İttifaqı tərəfindən dəstəklənən "Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinin şəxsində Azərbaycan dövlətinə, 49%-i isə SOCAR-a məxsusdur. Bu, CQD şirkətinin ikinci istiqraz buraxılışıdır. Belə ki, bir il əvvəl 2016-cı ilin mart ayında London birjasında QSC tərəfindən 1 milyard dollarlıq istiqraz buraxılıb. İllik 7 faizlik gəlirliliyi olan istiqrazlar 10 illik müddətə buraxılıb.

İkinci istiqraz buraxılışı isə bir neçə gün əvvəl baş tutub. Azərbaycanın dövlət zəmanəti verdiyi 1 milyard dollarlıq istiqrazların illik gəlirliyi 5,8% olub. Bu dəfəki buraxılış da xarici investorların böyük marağına səbəb olub və istiqrazlara tələbat gözləndiyindən artıq olub. Şirkətn məlumatına görə, istiqrazların ən böyük hissəsini – 45%-ni ABŞ, 40%-ni Birləşmiş Krallıq, 13%-ni digər Avropa ölkələri, 2%-ni isə Asiya və Yaxın Şərq ölkələrindən olan investorlar alıb.

İstiqrazların pulu 2026-cı ildə Qaz kəməri işə düşəndən sonra onun gətirəcəyi gəlir hesabına qaytarılacaq.

Ən çox alınıb-satılan istiqrazlar

Azərbaycanın dövlət və özəl şirkətləri arasında istiqraz bazarında hələlik ən aktiv olanı Dövlət Neft Şirkəti – SOCAR-dır. Şirkətin hələlik sonuncu istiqraz buraxılışı ötən ilin oktyabrında daxili bazar üçün buraxılan SOCAR istiqrazlarıdır. Dollarla, 5 illik müddətə və illik 5%-lə 100 milyon dollar həcmində buraxılmış SOCAR istiqrazları bazarda olan ən sərfəli yatırım aləti kimi ölkə vətəndaşları arasında tezliklə məşhurlaşıb və ölkədə ən çox alınıb-satılan qiymətli kağızlardır.

Bu, neft şirkətinin yalnız 4-cü istiqraz buraxılışıdır. Bundan əvvəl SOCAR daha böyük məbləğlərdə 3 dəfə istiqraz buraxılışı həyata keçirib.

"Pulları qrafikə uyğun qaytardıq”

SOCAR-ın ilk istiqraz buraxılışı 2012-ci il fevralın 9-da baş tutub. Həmin vaxt şirkət London birjasında illik 5,45% gəlirliklə 500 milyon dollarlıq avrobond yerləşdirib. İstiqrazların buraxılmasında məqsəd neft-qaz sənayesinə yatırımlar cəlb etməklə yanaşı, həm də xarici investorların SOCAR-ın kağızlarına marağının hansı səviyyədə olmasını öyrənmək idi. Buraxılış uğurla keçdi və 5 il müddətinə buraxılan həmin istiqrazların müddəti artıq başa çatıb. Neft Şirkəti onlara asanlıqla xidmət göstərib – istiqrazların 402 milyon dolları hələ ötən il geri alınmışdı, 2017-ci ilin fevralında isə, yəni qrafikə uyğun olaraq onlar üzrə son ödəmə (təqribən 98 milyon dollar) həyata keçirilib.

SOCAR-ın ikinci avrobond buraxılışı bir il sonra 2013-cü il martında baş tutub. Həmin vaxt Neft Şirkəti 10 illik müddətə 1 milyard dollarlıq istiqraz yerləşdirdi. İllik 4,75%-lə buraxılan istiqrazlarda məqsəd şirkətin Azərbaycandakı və xaricdəki investisiya layihələrinin maliyyələşdirilməsi olub. Həmin istiqrazların 41%-ni Avropa, 32%-ni Birləşmiş Krallıq, 25%-ni ABŞ, 2%-ni digər investorlar alıblar. Bu istiqrazların müddəti 2023-cü ildə başa çatır.

London birjasında 15 illik yenilik

SOCAR-ın üçüncü istiqraz buraxılışı isə 2015-ci ilin martında baş tutub. Həmin vaxt London birjasında illik gəlirliyi 6,95% olmaqla, 15 illik müddətə 750 milyon dollarlıq avrobond yerləşdirildi. Yeri gəlmişkən, o vaxtadək London birjasında heç bir şirkət 15 illik istiqraz buraxmamışdı (maksimum müddət 10-12 il olmuşdu). Ekspertlər bunu xarici investorların SOCAR-a yüksək etibarının göstəricisi sayırlar.

Nəhayət, SOCAR-ın yuxarıda qeyd edilən 4-cü istiqraz buraxılışı ötən ilin sentyabrında baş tutub. 5 il müddətinə buraxılan 100 milyon dollarlıq istiqrazlar əvvəlcə yerli vətəndaşlar və şirkətlər üçün nəzərdə tutulsa da, oktyabrdan etibarən onların təkrar bazarda dövriyyəsi başlayıb və burada onları xarici şəxslər və şirkətlər də alırlar. Son məlumatlara görə, Azərbaycanın təkrar bazarında satılan istiqrazların 70%-dən çoxu məhz SOCAR istiqrazlarının payına düşür.

İstiqrazların qiyməti rekord həddə çatıb

Azərbaycanda avrobondlar təkcə neft layihələri üçün buraxılmır. Maliyyə Nazirliyinin şəxsində Azərbaycan hökuməti də Avropa bazarında iri məbləğdə avrobond yerləşdirib. 2014-cü ilin 18 martında, yəni 3 il əvvəl buraxılan 1,25 milyard dollarlıq istiqrazlar 10 il müddətinə və illik 5 faizlə yerləşdirilib. Yeri gəlmişkən, bir qədər əvvəl həmin istiqrazların qiyməti rekord həddə çatıb. Belə ki, nominal dəyəri 1000 dollar olan 1,25 milyon avrobond (1,25 milyard dollarlıq) hazırda bazarda illik 4% gəlirliliklə realizə edilir. Qiymətli kağızlar 1042,5 dollara alınır, 1 047,5 dollara satılır. Halbuki, avrobondlar 5% gəlirliliklə yerləşdirilmişdi.

Ölkəyə valyuta gətirməyin asan yolu

"KapitalMenecment İnvestisiya Şirkəti» QSC-nin analitiki Cəfər İbrahimli bildirib ki, bu hal, ikilidevalvasiyaya və iqtisadi çətinliklərə baxmayaraq, kapital bazarında Azərbaycanın mövqeyinin yaxşılaşması deməkdir və dövlət qurumları vəsait cəlb etmək üçün bu vəziyyətdən istifadə edə bilərlər: "Məsələn, Maliyyə Nazirliyi dollarla avrobondlar yerləşdirərək əvvəlki yerləşdirmədən daha aşağı faizlə (təxminən 4%-lə) vəsait cəlb edə və ölkənin tədiyyə balansını müsbətə doğru dəyişdirə bilər”.

"Büdcəyə yük olmaqdansa, istiqraz buraxsınlar”

C.İbrahimli qeyd edib ki, hazırda istiqraz buraxılışı vəsait cəlb etmək üçün ənəlverişli üsul olsa da, ölkədək şirkətlərin əksəriyyəti bu imkandan yararlana bilmir. Səbəbi onların lazımi tələblərə cavab verməməsidir: "Bir neçə şirkəti çıxmaqla, dövlət şirkətlərinin əksəriyyətinin beynəlxalq reytinqi yoxdur və ya lazımi səviyyədə deyil, uzunmüddətli və müfəssəl maliyyə hesabatları açıqlanmır. Bu hal həm dövlət, həm də özəl şirkətlərə aiddir".

C.İbrahimli vurğulayıb ki, hazırda yalnız büdcədən maliyyələşən dövlət şirkətləri öz idarəetmələrini təkmilləşdirməklə və daha düzgün menecment yaratmaqla istiqraz buraxıb kənardan vəsait cəlb edə bilərlər: "Hələlik bu olmadığından onların əsas yükü dövlətin və büdcənin üzərindədir".

Qeyd edək ki, bir neçə il əvvəl "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qapalı avrobond buraxılışı həyata keçirsə də, sonradan onu ödəyə bilməyib və bunu büdcə hesabına etmək lazım gəlib.

Nəticədə istiqraz imkanlarından hələlik yalnız beynəlxalq standartlara cavab verən bir neçə şirkət yararlana bilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM