Lənkəranda məktəb müəlliməsini qətlə yetirən ər saxlanılıb.
APA-nın verdiyi məlumata görə, Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.
İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
 
                         
                         
                         
                         
                         
                     
                                             
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    