Azərbaycan XİN ötən ilin aprel hadisələri və mövcud vəziyyət haqda

19:18 / 01.04.2017

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel döyüşləri ilə bağlı bəyanat yayıb.

XİN-dən verilən məlumata görə bəyanatda deyilir: "2016-cı ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsindən bir il ötür. 2 aprel 2016-cı ildə Ermənistan işğal olunmuş ərazilərdəki mövqeyindən atəşi intensivləşdirərək, qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrini və Azərbaycanın nəzarətindəki yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük kalibrli silahlardan hədəfə aldı. Ermənistanın bu hücumları və növbəti zorakı addımları nəticəsində Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qaldı, aralarında uşaqlar olmaqla 6 nəfər həlak oldu və 33 nəfər ağır yaralandı. Dövlət və özəl mülkiyyətə zərər yetirildi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyini təmin etmək və Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün zəruri əks-həmlə tədbirləri görüldü.

Ermənistanın təxribatçı hücumları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi xidmətçiləri arasında həlak olanlar və yaralananlar oldu. Ölümündən sonra Azərbaycan hərbi qulluqçularının cəsədlərində Ermənistan tərəfindən işgəncələrin törədilməsi halları da qeydə alındı.

5 aprel 2016-cı ildə Moskvada Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşdırıldı. Amma buna baxmayaraq, Ermənistan yenidən 26-27 aprel 2016-cı ildə təmas xətti boyunca yaşayış məntəqələri və kəndlərdə yaşayan mülki Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutdu.

Aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu cəbhədə vəziyyətin gərginləşməsinin əsas səbəbidir və münaqişənin siyasi həlli üçün başlıca maneədir.

Aprel gərginliyindən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası prezidentlərinin 16 may 2016-cı ildə Vyanada görüşü keçirildi. Rusiya Federasiyası prezidentinin dəvəti əsasında 20 iyun 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü keçirildi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar aparıldı.

O vaxtdan etibarən Ermənistan həyata keçirdiyi qərəzli siyasi-hərbi təxribatları və müxtəlif bəhanələri ilə təşəbbüsün saxlanmasına və Sankt-Peterburqda əldə edilmiş anlaşmaların konkret əməllərə keçirilməsinə, gərginliyin azaldılmasına imkan vermədi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlamadı.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin son bəyanatları və müharibə çağırışlı ritorikası və substantiv danışıqları boykot etməsi və qeyd-şərtlər irəli sürməsi açıq surətdə Ermənistanın konstruktiv şəkildə münaqişənin həllində niyyətli olmadığını göstərir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi imkanlarını artırması, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişməsi danışıqlar prosesini pozmaq və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək kimi çirkin niyyətlərini aşkara çıxarır.

Azərbaycan Respublikası bir daha bəyan edir ki, heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Münaqişənin həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, işğala əsaslanan status kvonun dəyişdirilməsi və regionda davamlı sülhün təmin olunması üçün Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM