Şəmkirdə elektriki elektrik cərəyanı vurub.
APA-nın verdiyi məlumat görə, hadisə rayonun İrmaclı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü elektrik Məmmədov Rasim Çoban oğlu iş başında olarkən cərəyan onu vurub.
R. Məmmədov dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb. Amma vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.