Şəmkir, Goranboy, Gədəbəy, Tərtər və Ucar rayonlarından silsilə oğurluqlar törətdiyinə görə tutulan Arzu Əsgərlinin və Qurban Məmmədovun ətrafında Şəmkir RPŞ əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onlar ötən il iyulun 14-də rayon ərazisindəki mağazalardan birindən 240 manat pul və 5.000 manat dəyərində tütün məmulatı oğurlayıblar.
Xatırladaq ki, Arzu Əsgərli Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayında yaxalanmışdı. Onun digər dəstə üzvləri ilə birlikdə şəmkirdə 5 mağazanı qarət etdiyi, həmyerlisi Anar Quliyevə məxsus “Niva” markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirdiyi məlum olmuşdu.
Faktla bağlı araşdırmalar davam edir. (ARB TV)