"Məndə qorxu deyilən şey yoxdur" - Sevinc Babayevanın oğlu

10:00 / 09.05.2014

"Anamı itirdim, ağır günlər keçirdim"

Sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılmasından sonra, demək olar ki, maraqlı tərəflərin hamısı danışdı. ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a açıqlamasında bu qərarı “şou” adlandırdı, türkiyəli iş adamı Səlcuq Ağlayan isə bir qadının öz uşağına qovuşmasını müsbət hadisə adlandırıb.

Amma bu qalmaqal başlanandan, daha dəqiq desək, anası Sevinc Babayeva dünyasını dəyişən gündən mediada fasiləsiz olaraq açıqlama verən Ayxan Məmmədov neçə vaxtdır susqunluq nümayiş etdirir. “Yeni Müsavat” bir neçə gün A.Məmmədovla danışmaq üçün cəhd etsə də, nəhayət, onun fikirlərini öyrənməyə nail olub.

Ayxan Məmmədov öncə bildirib ki, artıq bu mövzu onun üçün gündəmdə deyil. Müsahibimizin sözlərinə görə, G.Əhmədovanın azadlığa çıxacağını onsuz da bilirmiş: “Mən onsuz da bilirdim ki, Gülər Əhmədova azadlığa çıxacaq. O, apelyasiya şikayəti verən gündən bəlli idi ki, tezliklə azadlıqda olacaq. Boş-boşuna apelyasiya şikayəti verməzdi o adam. Bilirdi ki, azadlığa çıxacaq. Ona görə də şikayətini etdi. Mən bilirəm ki, onun arxasında dayanan adam var. O, heç vaxt müstəqil, öz iradəsi ilə hərəkət etmir. Xüsusən də belə məsələlərdə”.

A.Məmmədov dedi ki, G.Əhmədova mövzusu onun üçün qapanıb. Artıq bu məsələyə mövqe bildirmək, bununla bağlı nəsə mülahizələr irəli sürmək fikri yoxdur. “Gülər Əhmədova ilə görüşüb danışmaq istəyərsinizmi” sualına cavabda isə A.Məmmədov bildirdi ki, sabiq deputat istəsə, onunla görüşər: “Gülər Əhmədovanın nəsə sözü olsa, məni axtara bilər. Ünvanımı da bilir, yerimi-yurdumu da. Onunla danışmaqda heç bir problem görmürəm”.

Müsahibimiz hesab edir ki, bütün baş verən proseslərdən yeganə ziyanlı çıxan adam özü olub: “Mən sizə bir şey deyim. Bu günə qədər baş verənlərə baxın. Heç kimə heç nə olmadı. Ziyan mənə dəydi. Bütün həyatım alt-üst oldu. Anamı itirdim, ağır günlər keçirdim. Hələ də o itkinin ağrısı canımdan çıxmayıb. Məndən fərqli olaraq hamı həyatına davam edir”.

A.Məmmədov G.Əhmədovaya deyəcək heç bir sözü olmadığını bildirdi: “Siz də onun məhkəməsində iştirak etmişdiniz. Yadınıza gəlirsə, mən ona bütün ürək sözlərimi, düşündüklərimi demişəm. Bundan sonra ona deyəcək heç bir sözüm yoxdur”.
Müsahibimiz G.Əhmədovanın həbsdən çıxmaqla azyaşlı bir uşağın həsrətinə son qoyulması, onun oğlunu qucaqlaması ilə bağlı deyilən fikirlərə də öz münasibətini bildirdi: “Hamı deyir ki, o mənzərə çox təsirli idi. Mən də deyirəm ki, gedin sayın, həbsxanalarda nə qədər qadın var? Onların da uşaqları, yolunu gözləyən körpələri var. Mənim də anam vardı, mən də bu hadisədə anamı itirdim. Bəs bir övlad kimi mənim itirdiyim niyə nəzərə alınmır? Ananın yerini kim verə bilər?”

Müsahibimiz hesab edir ki, G.Əhmədovanın azadlığa çıxması ortada bir məntiqsizlik olduğunu göstərir: “Əgər onu həbs eləmişdilərsə, deməli, nəsə təqsiri var idi. Ona görə də mən haqlı bir sual verirəm: həbs eləməyin nə idi, buraxmağın nə? O ki buraxacaqdınız, həbs eləməzdiniz də... oturardı evində-eşiyində. 1 il 3 ay qaldı içəridə. Elə buraxardılar. Camaatı qoyun yerinə qoyublar”.

A.Məmmədov bu günə qədər G.Əhmədova barədə dediklərinə görə nə peşmançılıq çəkir, nə də qorxu hissi: “Nə narahatçılığım, nə qorxum var. Ümumiyyətlə, məndə qorxu deyilən şey yoxdur. Hər zaman da bu günə qədər dediyim sözlərin arxasında dayanmışam”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM