Kitablar haqqında bunları bilirsiniz? - MARAQLI

10:00 / 24.04.2017

"Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq”
Rey Bredberi

 

1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. Elə həmin ildə UNESCO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul etdi.

Maraqlıdır, dünyada nə qədər kitab var?

Modern.az xəbər verir ki, statistik göstəricilərə görə dünyada 130 milyon adda kitab mövcuddur.

Çəkisinə görə dünyanın ən ağır kitabı Londonda muzeydə saxlanılır. "Dünyanın coğrafi atlası” adlı bu kitabın hündürlüyü 1 metrdən artıqdır, çəkisi isə 320 kiloqramdır.

Dünyanın ən böyük kitabı isə "Dəniz qaydalarının toplusu” adlanır. Onun hündürlüyü insan boyundan uzundur, eni 1 metrdir, qalınlığı isə yarım metrdən çoxdur. Bu kitab Amsterdamda muzeydə saxlanılır.

Dünyada ölçüsünün kiçikliyinə görə 12 kitab mövcuddur. Onları birlikdə bir xörək qaşığına yerləşdirmək mümkündür. Bu kitabların sırasında müqəddəs kitabımız "Quran” da var.

Dünyanın ən kiçik kitablarından biri də 1899-cu ildə Varşava şəhərində hazırlanıb. Puşkinin 100 illik yubileyi şərəfinə hazırlanan "Yevgeni Onegin” kitabının ölçüləri 28x18 millimetrdir. Bu kiçik kitabın hər səhifəsinə 30 sətir yerləşdirilib. Kitab üçün xüsusi medalyon da hazırlayıblar. Medalyonun içərisinə kitabla yanaşı onu oxumaq üçün kiçik linza da qoyulub.

Dünyanın ən böyük tirajlı kitabı "Bibliya” sayılır. Bibliyanın bu günə kimi 6 milyard nüsxəsi çap olunub.

Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin "Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.

Ən böyük lüğət kitabı sayılan "Alman lüğəti”nin hazırlanması 1854-cü ildən başlanıb, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.

Ən böyük ensiklopediya kitabı isə "Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cilddən ibarət 105 min səhifəsi olan ensiklopediyada 165 milyon sözün izahı yerləşdirilib.

Qeyri-adi kitablardan biri Braziliyada saxlanılır. Rio de Janeiro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.

Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədər görkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleon isə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzində iki min söz oxuyurmuş.

Ən uzun adı olan kitab 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarət olub.

Kitab oğruları bibliokleptoman adlanır. Stiven Blumberq ən məşhur bibliokleptaman sayılır. O, 268 kitabxanadan 23 min kitab oğurlayıb. Stivenin şəxsi kitabxanasının dəyəri 20 milyondan artıq qiymətləndirilir.

Kitab oxumağa alışmaq, oxumağı daha yaxşı öyrənmək üçün ən yaxşı yaş dövrü 4-6 yaşdır.

Kitab oxuyanların 90 faizdən çoxu bir dəqiqəyə 210 söz oxuyur.

Sürətli oxu yavaş oxudan gözləri daha az yorur.

Kitab oxuyanlar əsasən 17-18-ci səhifədə onun maraqlı olub olmamasını müəyyənlədirirlər.

Hazırkı dövrdə dünyada əsas kitab alıcıları 45 yaşdan yuxarı olan insanlardır. Statistik göstəricilərə görə qadınlar kişilərə nisbətdə daha çox kitab alırlar.

Yazdığı kitaba görə ən yüksək qonorarı yunan şairi Oppian alıb. Həmin kitabda onun balıqçılıq və ovçuluq haqqında iki poeması çap olunub. Roma imperatoru Mark Avreli hər sətir üçün müəllifə bir qızıl sikkə mükafat verib. Kitabdakı sətirlərin sayı isə iki mindən artıq olub.

Dünyanın ən böyük kitabxanası Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasıdır. Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, milyondan artıq dünyanın müxtəlif ölkələrinin mətbu orqanları, 6 milyon əlyazması, 5 milyona yaxın xəritələr, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxındır. Kitabxanada 3600 nəfər çalışır.

 

 xezerxeber.az 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM