Paytaxtda maşın oğurluğu ilə məşğul olan şəxs yaxalanıb.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Yasamal rayonu ərazisindən “Niva” və Sumqayıt şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Əliyev tutulub.
Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.
Xəbərdə o da qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.