Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib.
"Report" xəbər verir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
![](https://i.virtualaz.org/193951_src.jpg)
![](https://i.virtualaz.org/193952_src.jpg)
![](https://i.virtualaz.org/193950_src.jpg)