İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy təqdim olunub

15:23 / 25.05.2017

 Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.

Sözügedən hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq hüquq Komissiyasının 1997-ci ildə isə sədri, 1990-2011-ci illərdə üzvü olmuş, “Université Paris Ouest Nanterre La Défense”-in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb.

Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq, Azərbaycan münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına sol qoyulması və Ermənistanın təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasının xüsusi önəm kəsb etməsinə dair mövqeyini davamlı şəkildə ortaya qoyur.

Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə, Azərbaycan Respublikası tərəfindən BMT Baş katibinə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünün hüquqi nəticələri, Dövlətlərin ərazi bütövlüyü və öz müqəddaratını təyinetmə hüququnun fundamental normaları, Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətləri, azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqi hüquqları və Ermənistanın məsuliyyəti üzrə hesabatlar təqdim edilmişdir.

Həmçinin, BMT-nin Baş Katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasəti və həyata keçirdiyi əməlləri beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir.

Bu hesabatın ardınca hazırlanan “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd əsaslı bitərəf baxış təmin edərək münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verir və bu istiqamətdə konkret təkliflərlə çıxış edir.

Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair hüquqi rəy təmin edilir.

- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;
- Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;
- İqtisadi və maliyyə fəaliyyətləri;
- İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;
- İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;
- İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər.

Sənədin təmin etdiyi hüquqi rəyə görə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir:

- BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının de-facto ayrılmasını təmin etmək üçün gücdən istifadə;
- Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;
- İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;
- Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;
- İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;
- Ərazinin mədəni irsinin dəyişdirilməsi.

Hüquqi rəyə əsasən, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

- Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;
- Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;
- Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;
- Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır.

Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq.

“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy”-in tam mətni


Etiket:

Strategiya.az

Xəbərlər
20.08.2019

"Gənc yazarlar nə istəyir?”

20.08.2019

Abşeronda evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs saxlanılıb

20.08.2019

Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib

20.08.2019

Azərbaycanlı müğənnilərin “Həci” sevgisi: Mən onun ... deyiləm

20.08.2019

Beş milyon dollar dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi başalyır

20.08.2019

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

20.08.2019

Bakıda 27 yaşlı qız itkin düşdü

20.08.2019

Qobu qəsəbəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

20.08.2019

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb

20.08.2019

Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanaya yerləşdirildi

20.08.2019

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

20.08.2019

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

20.08.2019

Sabahın hava proqnozu açıqlanıb

20.08.2019

Abşeronda tapançadan atəş açan şəxs tutulub

20.08.2019

Piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

20.08.2019

Bakıda çoxmərtəbəli bina yanır - Sakinlər təxliyə edilir

20.08.2019

Sinkfild kuboku: Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq

20.08.2019

Bərdədə oğurluq edən şəxslər saxlanılıblar

20.08.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

20.08.2019

Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritik olaraq qalır

20.08.2019

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

20.08.2019

Samuxda və Bakının 2 rayonunda qaz olmayacaq

20.08.2019

Ermənistan tərəfi iriçaplı pulemyotlarla atəşkəsi 22 dəfə pozub

20.08.2019

Avqustun 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.08.2019

Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

20.08.2019

Bakıda 17 yaşlı oğlan itkin düşüb

20.08.2019

Paytaxtın tarixi hissəsindən nazirliklər və dövlət qurumları köçürüləcək

20.08.2019

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

20.08.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub

20.08.2019

Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən "İqla S" raket kompleksi

20.08.2019

Türkiyədə davam edən meşə yanğınları qismən nəzarət altına alınıb

19.08.2019

Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb

19.08.2019

Astarada 4 ay əvvəl itkin düşən qadın axtarışa verildi

19.08.2019

Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı

19.08.2019

“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər

19.08.2019

 Avqustun 24-dək davam edəcək

19.08.2019

Gənclərin sosiallaşması ideoloji tərbiyə kontekstində

19.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19.08.2019

Maestro Niyazinin xatirəsi yad olunacaq

19.08.2019

Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

19.08.2019

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

19.08.2019

Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb

19.08.2019

HDİM Şirvan şəhərində tədbir keçirib

19.08.2019

Əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb

19.08.2019

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19.08.2019

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

19.08.2019

Radikal müxalifət terror faktlarını dəstəkləməklə nə demək istəyir? - Əli Həsənov

19.08.2019

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış

19.08.2019

Sabahın hava proqnozu açıqlandı

19.08.2019

Bakıda sabahdan bu küçələrdə təmir başlayır - Hərəkət məhdudlaşdırılır