Maraqlı fitonimlərdən biri-nar. Onun rəmzlər arasında yeri

18:08 / 03.06.2017

 
 
 
 

Dilçilikdə ən çox sözü keçən məsələ dilin işarəviliyidir. “...dilin işarəvi təbiəti məsələsi də sistemli elmi məsələ şəklində ilk dəfə F.de Sössürün tərəfindən irəli sürülmüşdür [9, 79]. İnsanların hələ dinlə tanışmadıqları dövrlərdə — Allahın qəlblərinə qoyduğu sonsuz sevginin hansı istiqamətə yönəldəcəklərini bilmədikləri dövrlərdə bu sevgini Baqi Olana deyil də, faniyə yönəltdikləri zaman kəsiyində totemlərin cəmiyyətin sosial yaşamında önəmli yer tutması bunun ən ibtidai nümunəsidir. Hələ hicri təqvimi ilə 1267-ci ildə yazılan “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərvişi Məstəli şah” komediyasında Axundov Azərbaycana, ələlxüsus, Qarabağa məxsus bitkilər haqqında məlumat verir. “Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefor və Bertram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parijin darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda əttibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki, görürsünüz (əli ilə bir kiyaha işarət edib) latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var. Cənab Linney bunu fərz edir üçümcü dərəcədə və cənab Turnefor onu fərz edir dördüncü dərəcədə, amma mən onu ikimci dərəcədə fərz edəcəyəm və bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir altıncı dərəcədə, amma mən onu fərz edəcəyəm onuncu dərəcədə və bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısıının əlacı münhəsirdir buna” [1, 52]. “Müsyö Jordan real tarixi şəxsiyyətdir. Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli fransız nəbatat alimi olmuşdur. M.F.Axundzadə real prototip əsasında Qərbi Avropa alimlərinin bədii obrazını yaratmışdır” [1, 251]. Bu əsər həm də vaxtilə Avropanın ən məşhur alimlərinə Qarabağın Azərbaycan torpağı olduğunun məlum olmasının sübutudur. Bunun digər sübutu isə Xurşidbanu Natavanın 1858-ci ildə Bakıda böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşməsidir. Bu haqda A.Dümanın xatirələrində deyilir: "Mənim dəvət olunduğum evdəki məclisdə iki tatar (azərbaycanlı-Z.Ə.) knyaz qadını və kiçiyinin əri iştirak edirdilər. Açıq deməliyəm ki, onlar gəlişimizi səbirsizliklə gözlədiklərindən, bizi sevinclə qarşıladılar. Knyaz qadınlarından biri Qarbağın son hakimi Mehdiqulu xanın arvadı, digəri onun qızı idi...” [14]. 
Sössürün sözün əşyanın işarəsi olması fikrini tərs çevirdikdə nar fitonimin günümüzdə də fərqli və təkmil şəkildə rəmz olma xüsusiyyətini qoruyub saxlamasını görmək olar. Məqalədə mümkün mərtəbə narın simvolik xüsusiyyətləri və dilin inkişafındakı rolu ələ alınacaq. Orta Asiya mənşəli olan, quru və isti iqlimlərdə, aran zonalarda yetişən nar üçün ölkəmizdə Göyçay və Ağsu rayonları daha münbitdir. Azərbaycan dilinin izahlı lüğətində nar “Nar: is. [fars. ənar] İçərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə.” şəklində şərh olunur [4, 391].
“Nar” sözünə geniş mənada yanaşdıqda, onun hərfi məna çərçivəsindən çıxıb nominativliyini ekpressivliyə verdiyi məlum olur. Belə ki, nar fitonimi bu ifadə planı ilə dildə inkişaf tempinin sürətlənməsinə səbəbiyyət verir. Narın məna izlərinə tarixdə dini və mifoloji mənbələrdə rast gəlinir. Mifologiyada nar zənginliyin işarəsi, qəhrəmanların yenilməzliyi və güclülüyünün simvolu kimi qəbul olunur. “Ayrıca evlilik bağının çözülməzliyini, həyat və yenidən doğuşu simgələmək üçün də istifadə edilmişdir” [11, 1]. Nar türk xalqlarının mədəniyyyətinin folklorunda nağılların, dastanların, atalar sözü, tapmaca və nəğmələrin mövzusu olmuşdur. “Nağıllarda nar bir tapmacanın cavabı, övladsız ailələrin uşaq sahibi ola bilməsi üçün sehrli bir meyvə, sevgililər üçün bir sınama vasitəsi, maddi və mənəvi hədiyyələr qazandıran bir vasitə, xəstəlikləri qabaqlayıcı sirli bir dərman, bəzən də talesizliklə nəticələnən bir hadisənin qaynağı olaraq işlənmişdir” [11, 1]. Müasir zamanda isə nar ən çox bitkilərlə müalicədə daha çox anılır. Nar çəkirdəyi yağının cildi bərpa eləməsi və qan dövranı pozulması halında ortaya çıxan portağal qabığı şəkli almış dərini tamamilə normala döndürməsi onun “yenidən doğuş adlandırdığımız” yönü ilə bağlıdır. 
Bu il nar daha bir rəmzə mövzu seçildi. Digər bir ifadə tərzilə desək, nar bu il 2015 ilk Avropa Olimpiya oyunlarının iştirakçısıdır və öz üzərində böyük və müstəqil bir ölkənin məsulliyyətini daşıyır (böyük və müstəqil bir ölkədən məsuldur).“Bakı 2015 Avropa Oyunlarının rəsmi loqosu 16 iyun 2014 tarixində elan edilmişdir. 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirmişdir.” “Bakı 2015 Avropa Oyunları Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi simvolları elan edir.”[12]. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir [12]. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək” [12].
Əgər, narın sadəcə hərfi mənasına bioloji baxımdan nəzər salsaq, onda “Nar kolu(ağacı) (lat. Punica granatum) — lythraceae (kınagiller – xınakimilər) fəsiləsinə aid bitki cinsi” dir. Yox, əgər, nar fitonimi semantic tərəfdən ələ alınarsa, o zaman bu yol bizi folklora, tibbə, dinə, üslubiyyata qədər aparar.
Mifologiyada nar.
Mifoloji anlamda nar zürriyyət rəmzi, evlilik bağının möhkəmliyinin rəmzi, tibbi tərəfdən sağlamlığın önəmli hissəsi, dində cənnətdəki meyvələrdən biri kimi bəhs edilir. Yaşayışları əkinçiliyə dayanan insanlar bəzi meyvə və tərəvəzləri həyatın davamının təmin ünsürü olaraq qəbul etmişdir.
Folklorda nar (tapmacalarda, nəğmələrdə, nağıllarda). Nar tapmacalara “Bazardan aldım bir dənə, evdə açdım min dənə ” cavab, nəğmələrə mövzu “Meyvələrdən üç meyvə var, üçü də, balam yeməli, Biri alma, biri heyva, biri nar” olmuşdur. Nar qızı nağılında nar həyat və yenidən doğuşu simvolizə edir. “Biri var imiş, biri yox imiş, bir padşahın bir oğlu varimiş. Bu oğlan bir gecə yuxuda nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan.” [5,105]. Üç qarıdan Nar qızının yerini soruşur. “...Nar qızının yerini sorur. Qarı cavab verir: -Onı gətirmək müşküldür, bu fikirdən daşın. Devlər səni öldirərlər. Qarı görür ki, əlac yoxdur, Nar qızının yerini söyləyib, buna deyir: -Buradan bir az uzaqda bir bağ var, o bağda bir nar ağacı və ağacın başında üç nar var” [5, 107]. “Burada oturub əvvəlcə narın birini parçalayır, içindən bir şey çıxmayır, ikincisindən də bir şey çıxmayır. Üçüncisini parçalayanda içindən gözəl bir qız çıxır. Çıxan kimi böyüyüb on beş yaşında bir nazənin sənəm olur.” [5,107]. Ümumiyyətlə, türk millətinin dastanlarında qızların ağacdan doğulması motivlərinə çox rast gəlinir. “dastanlarda qadına dərin rəğbət hissi vardır. Oğuzun anası Ay qağan, onun işıq və ağacdan doğulmuş qadınları mələk kimi gözəl qadınılardır” [3, 334]. Bundan başqa nar müəllifli mahnılardan “Nar ağacı, nar çiçəyi, bir ulduzdur hər ləçəyi” mahnısına da mövzu olub.
Bəddi təsvir vasitələrində. Nar fitonimi Azərbaycan ədəbiyyatşünaslığında məcaz növlərindən biri olan təşbehin tərkib hissəsi kimi çıxış edir. “Bal sousunda nar kimi qızarmış toyuq qanadı Fotolarla”[14].  “Nar kimi – qırmızı, qıpqırmızı. Nar kimi qızarmaq. Nar kimi yanaq.– [Atası] oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş(dü). Ə.Haqverdiyev” [4, 391]. Məcaz yaradan məna ünsürü – sema əsas sözdə periferik yerdə dayanır.
Dində nar. Elmin yeni kəşf etdiyi nar Quran-i Kərimdə zikr edilən meyvələrdən biridir. İbnəl-Qeyyiməl Cevziyye'nin Tıbbu'n Nəbəvi adlı əsərində narla əlaqədar bu məlumatlara yer verir. Cənab-ı Haqq belə Buyurur: "(Bu iki cənnətin) içlərində (görünməmiş) meyvələr, xurma və nar vardır." (Rəhman surəsi 68) İbn-i Abbasdan –merfû və mevkuf olaraq- belə zikr: "Sizin bu narınızdan, cənnət narından bir dənəyə aşılanmayan heç bir nar yoxdur".
Bu sözün mevkuf olması ən yaxın bir ehtimaldır. Hərb və digərləri Əlinin (Allah Razı Olsun) belə dediyini zikr edərlər; “Narı, tanelerini çevreleyen zarıyla birlikte yiyiniz, zîrâbu zarmîdenin sepileyicisidir”. “Quran”da narın adı 3 dəfə çəkilir: Ənam surəsi 99 ve 141, Rəhman surəsi 68-ci ayələrdə. Bunların ilk ikisində nar  Allahın Yaratdığı gözəl şeylərin bir örnəyi olaraq verilmişdir, üçüncüsündə isə cənnətdəki bir meyvə olaraq bəhs edilir.“Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin.Yığılıb toplandığı gündə haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz."(Enam, 141) “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın.Şübhəsiz ki, bunda (Allahın Öz Qüdrəti ilə Yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin Varlığını sübut edən) dəlillər vardır.(Ənam,99) “İçərilərində hər növdən meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır.”(Rahman,68) Hədislərdə isə bu kimi anılır: "Şirin nar yemək körpənin yaxşı xasiyyətli olmasını təmin edər. Cümə səhərlər nahardan əvvəl nar yemək çox yaxşıdır. Mədə bulanması və qusmaya qarşı nar yemək çox faydalıdır. Eyni şəkildə qansızlıq, oynaq ağrıları, təzyiq və basil üçün çox faydalıdır.”
  Fatimə (ra) iştahsız olmuşdu. Həzrəti Əli (radıyallahu anh) Həzrəti Fatimə (radıyallahu anha) 'nın xanaya şəriflərinə təşrif edib:
           — "Ya Fatimə! Dünya tatlılarından könlün nə istəyir? "— deyə soruşdu. Həzrəti Fatimə (radıyallahu anha):
          —"Ya Əli, nar istəyirəm" buyurdu.
Lakin evə gedərkən yol kənarına buraxılmış bir qoca xəstə gördü. Həzrəti Əli Əfəndimiz o qocaya yaxınlaşıb:
—"Könlün nə istəyir?" — deyə sual buyurdu. O da:
            —"Ya Əli! Beş gündür buraya atılmış dayanıram. İnsanlar keçib gedərlər. Kimsə mənə iltifat etməz. Mənim canım nar istəyir. "— dedi. 
Əgər buna verməsəm Cənabı Haqqın ayəsi sadalanarkən "Və dilənçiyə gəlincə (onu) danlama" (Duha 93.10) və Rəsulullah Əfəndimizin (Laa teruddüsseeile velev kene ale fersin) əmrlərinə müxalifət etmiş olaram. "— deyə düşündü və narı qocaya verdi. Qoca şəfa tapdı. Həzrəti Fatimə(r.a) anamız da evdə şəfa tapdı.
—"Ya Səlman! Bu gətirdiyin mənə olsa on olardı.Çünki Haqq Təala: "Kim bir yaxşılıq ilə gəlirsə, onun üçün on misli vardır" (Ənam 6, 160) Buyurur. Bu isə ona uyğun gəlmir” Buyurdular. Səlman (r.a) təbəssüm edərək, saxladığı bir narı da çıxarıb qaba qoydu.Və:
             —"Ya Əli! Allaha and içirəm ki, bu narlar on idi. Amma mən səni təcrübə üçün bir dənəsini saxlamışdım." buyurdu. (Ka'bül Ahbar'dan rəvayət olunmuşdur ) [3, 300]. Digər bir hədis-i şərifdə belə buyurulmuşdur: "Hər narda mütləq cənnət sularından bir damla vardır." Onun üçün nar yeyərkən çox diqqət etmək, tək bir dənəsini belə yerə salmamaq, yeyərkən heç kəsi şərik etməmək lazımdır. Çünki cənnət suyunun olduğu damla düşən dənə, yaxud başqa birinə verilən dənə ola bilər. Buna görə əsas nar yeyən adam ondan məhrum qala bilər. Onun üçün buna çox diqqət etmək lazımdır. Narın dənələrində olan o incə pərdəsində bir faydası vardır. Mədəyə son dərəcə faydalıdır. Ona "Dibağul-Mideti" (mədəni sərtləşdirən gərən) deyilmişdir. Turş nar ilə şirin narı, pərdələri ilə sıxıb içmək hərarəti dəf edər. İshal və ödə yaxşı gəlir."Hz.Ali (ra)" Narı ətli qisimiylə birlikdə yeyin.Çünki nar mədəni tabaqlayıb təmizləyər” [8]
İmam Əli (ə) buyurmuşdur: “Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin.” Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qaraciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm” [8; 13; 9]. 
Nar fitoniminin rəmzlər arasında yeri qısaca bəhs etdiyimiz məqalədə olduğundan daha genişdir.

ƏDƏBİYYAT
1. Axundzadə M.F. Əsərləri 3 cilddə 1-ci cild Bakı, 2005, 296 səh.
2. Axundov A. “Ümumi dilçilik” Bakı,1988, 250 səh.
3. Səfərli Ə. X.Yusifli “Ədəbiyyat” IX sinif üçün dərslik Bakı, 2001, 384 səh.
4. Azərbaycan dilinin izahlı lüğəti. 3-cü cild Bakı,1983, 595 səh.
5. “Azərbaycan nağılları” Bakı, 2005, 360 səh.
6. İbn el-Qeyyim el Cevziyye “Tıbb-ı Nebevi” 
7. https://lokmanhekimm.wordpress.com/category/bazi-yiyecek-ve-iceceklerin-fazileti-ve-hikmeti/
8. http://islamaz.com/kohne/index.php?newsid=1710
9. http://news.milli.az/society/206384.html
10. http://turkishstudies.net/Makaleler/1157077560_32_cerrahoğlumünir_t.pdf
11.http://tr.wikipedia.org/wiki/Nar;http://az.wikipedia.org/wiki/2015_Avropa_Oyunları
12. http://www.gidahareketi.org/Tubb-un-Nebevî-Nedir--159-haberi.aspx
13. https://www.google.az/search?client=opera&q=nar+kimi&sourceid=opera&ie=UTF-8&oe=UTF-8
14. Azərbaycan jurnalı 2008, 1 nömrə. 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=247


B.J.Nasraddinova
The place of pomegranate as a phytonym between the symbols
Summary
The article is about a pomegranate. A pomegranate is shown not only as a useful fruit but also as a phytonym. In a broad sense, going to the word "pomegranate", it becomes clear that it comes from the literal meaning, and gives nominative mean to the expression.This mysterious fruit plays a very important role in our folk: in the riddles , balladas , proverbs and so on . The importance of the symbol of the first europian olympic games is given in the different fields. 
Key words:  phytonym, allegory(symbol), pomegranate, medicine, Islam, mythology, folklore.

Ж.Б.Насраддинова
Из фитонимов место гранаты между символов
Аннотация
Статья о гранате. Граната показана не только в качестве полезного фрукта но и как фитоним. В широком смысле подойдя к слове «граната», становиться ясно что она выходит из буквальной значении и дает номинативность к экспрессию.Этот таинственный фрукт играет большую роль в нашем фолкьлоре: в загадках, балладах, пословицах и др. Важность как символ первых Европейских игр дается в различных областях.
Ключевые слова: фитонимы, аллегория, гранат, медицина, Исламской, мифология, фольклор


 Место фитонима гранат/nar  среди других фитонимических символов
Аннотация
          Данная статья  посвящена фитониму гранат/nar . Этот  фрукт  занимает значительное место  в фольклоре: в загадках, балладах, пословицах и  др. Фитоним гранат/nar является не только  райским фруктом, но выступает и  как символ: прочного брака, здоровья, любви к жизни и т.п..
Он является также одним из символов Европейских игр – Баку 2015 год.
         Ключевые слова: фитонимы, аллегория, гранат, медицина, ислам, мифология, фольклор.
 
Nəsrəddinova Jalə Bayram qızı 
Magistrant, Ümumi dilçilik 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM