"Qızımı qara paltarda gəlin köçürdüm" - Şəhidin ailəsi ÜRƏKLƏRİ DAĞLADI - VİDEO

15:12 / 19.06.2017

"Amilə layiqli oğul böyüdəcəm"


Strategiya.az bildirir ki, ARB TV-nin "Yolun sonu" verilişinin budəfəki buraxılışı şəhid Amil Əliyevin xatirəsinə həsr olunub.

Novruz Əliyev - atası:
 "8-ci sinifi bitirəndən sonra şəhərə çıxdı gəldi. Həm mənə kömək edirdi, həm də məktəbdə oxuyurdu. Hərbi xidmət vaxtı gəldi, getdi hərbiyə. Sərhəd zastavaslnda nümunəvi xidmət göstərdi. Onu gizir vəzifəsində oxumağa göndərdilər. Biz razı olmadıq. Sonra öz istəyi ilə ərizə yazıb 2010-cu ildə kursa getdi. Kursu bitirəndən sonra Qazax bölgəsinə xidmətə getdi. Hiss edirdik ki, hərbiyə getməmiş hərbini istəyir. 2012-ci il iyunun 1-nə toy təyin eləmişdik. Bacısının toyuna gəldi. 7 gün icazə vermişdilər buna. Yola saldıq. Dedi ki, mən qalmıram. Dedik ki, bəs icazə almısan. Səhərisi gün gəlin maşını həyətə gəlməli idi. Səhər saat 9 oalrdı ki, mən bazara getmişdim. Elə mən yarı yola çatanda mənə zəng gəldi ki, oğlun torpaq uğrunda şəhid olub. Yoldaşıma xəbər verdim ki, uşaq yaralanıb. Dedi ki, düz boynuna al, şəhid olub? Dedim hə şəhid olub. Hüzuru yola verdik, uşağı dəfn elədik, sonra qızı qara paltarla gəlin yola saldıq".

Telnaz Qəniyeva - anası: "Məktəbi oxuyub qurtardı. Arzularım çox idi onla bağlı. Özü də o qədər vətənpərvər uşaq idi ki. Əsgərliyə gülə-gülə yola saldım. Deyirdi ki, ana, sən mənim üçün çox narahatsan, amma mənə görə narahat olma. Əsgərlikdən gəldi, evləndirdim. Özü əsgər getməmiş istəmişdi. Mən də qızın anasına dedim, qaldı. Qızın anası dedi ki, səndə ürək var. Oğlun əsgərlikdədir. Dedim, Allah böyükdür. Sevinclə toy elədim. Oğlu olan günü götürüb hər bir qohuma zəng eləmişdi ki, mənim oğlum oldu. Sevinirdi, çox sevinirdi. Əvvəl gəlib mənim otağıma girirdi. Məni öpürdü. Mən də ona çox bağlı idim. Deyirdi ki, narahat olma. Təki sevin ki, mən vətən uğrunda şəhid olaram. Dedim ki, oğul təki sən vətəni qoru, ailəni mən saxlayaram. Vağzalda qucaqlayıb dedi ki, ana, ağlama, mən Ülviyyənin evdən çıxmağına dözə bilməzdim. Ona görə getdim. Ülviyyə toyu olan qızımdı. Dedi ki, səhər Ülviyyə gəlin köçür, mən dözə bilmərəm. Ad günündə gəlib bacıma dəyərəm. Məni o qədər öpdü. Sürücü dedi ki, elə eləməyin, ayrıl uşaqdan. Gecələr də elə bilirəm ki, qapı açıldı, o, gəldi. 5 ildi qapı çıqqıldayır, elə bilirəm gəlir. Allah haqqı, qızım, özüm gözümlə gördüm ki, gəlib "vayenni" paltarını asıb ipdən. Çıxıb qışqırdım ki, Amil ölməyib, gəldi. Tutdular məni. Mən hamamın içindəydim, dedi ki, mama sənsən? Dedim hə, Amil, gəldin? Çıxdım, tapa bilmədim. Vallah gözümlə gördüm. Deyirlər xəyallarla yaşayırsan. Qıza xonça üçün şirniyyat hazırlayırdıq. Yoldaşıma dedim ki, nəsə lazımdırsa, dur get al. Mən də əlimdə mətbəxdə xamır yoğrururdum. Bir də gördüm ki, içəri girdi, "klyoklar" bunun əlindən düşdü. Dedim ki, nə olub? Dedi ki, heç nə. Elə bil bir başa qışqırdım. Dedim ki, Amilə nəsə olub? Dedi ki, yox, heç nə olmayıb. Dedim ki, bəs niyə rəngin qaralıb. Dedi ki, vallah heç nə olmayıb. Dedim ki, mən axşam yuxumda görmüşəm. Yuxuda görürəm ki, evim od tutub yanır, pəncərənin 4 tərəfindən tüstü çıxır. Dedi ki, yaralanıb. Ondan sonrasını xatırlamıram. İlk dəfə onun məzarına getdim. Gördüm ki, qala bilmirəm. Gördüm deyir ki, ana mən burdayam niyə gəlmirsən?. Durdum səhər-səhər məktub yazdım, qoydum yastığın altına, getdim. Sübh vaxtı, namaz vaxtı. Yazdım ki, mən getdim Amilin yanına, axtarmayın məni. Getdim, elə qəbirin üstündə uzanmışdım. Gördüm ki, qardaşlarım, oğlum məni gəlib maşına qoyub gətirdilər.  O, olmayandan sonra həyat heç nədir".

Günel Rzayeva - həyat yoldaşı: "Kəndə qardaşımın toyuna gəlmişdi. Orada gördü. Ondan sonra istədik birbirimizi. Əsgər gedəndə dedi ki, məni gözləyərsən. Dedim ki, baş üstə. Çox gözəl insan idi. Ailəsinə qarşı, mənə qarşı. Mənə dedilər ki, əsas sənsən. Mənə dedilər, mən də dedim ki, mən gözləyərəm onu. Məni başqasına versəniz də, mən Amili gözləyərəm. Verməsəniz də, Amil gələndən sonra qoşulub ona qaçaram. Çox şən insan idi. Evə gələndə toy-bayram olurdu. O, gedəndə mən darıxırdım. Mənə demişdi ki, mən bəlkə gəlmədim əsgər qaldım. Valideynləri icazə vermədi. Sonradan getdi. Uşaq onu elə də xatırlamır. Çünki burada az olmuşdu. Uşağı aparmışdı gəzməyə, avtomat almışdı. Dedim ki, avtomatla oynaya bilir uşaq? Dedi ki, böyüyər erməniləri öldürər. Mən o avtomatı saxlayıram hələ də. Son dəfə mən ona sual verdim. Gördüm bir təhərdi. Dedim ki, mənlə, Yusifi çox istəyirsən? Dedi ki, dünyalar qədər istəyirəm. Dedim ki, onda bizə görə özündən muğayət ol. Bacısının xınayaxdısı oldu. Özü getdi çalğı gətirdi. Baldızım gəlin köçürdü, hazırlıq görürdük. Mən xəbərlərə qulaq asdım, adını eşitmədim. Eşitdim ki, Qazaxda atışma olub. Səhər zəng eləmişdim, zəng çatmadı. Ürəyimdə hiss eləmişdim ki, nəsə olub. Gəlib qonaqlara dedim ki, Amilə zəng çatmır. Sonra qayınatam gəlib dedi ki, Amil yaralanıb. Əvvəlcə inanmadım, sonra inandım ki, yaralanıb. Dedim ki, papa, mən də gəlim, Dedi aparacam, aparacam, aparmadı. Onda bildim. Əvvəl özümdə olmamışam, iynə vurublar. Sonra ayılıb yalvardım ki, mənə iynə vurmayın, onu son dəfə görüm. Dedilər ki, hə yaxşı. Bir də gördüm ki, kimsə məni oyadır ki, Amili görmək istəyirsənsə dur ayağa. Durdum gördüm ki, cənazəsin gətirdilər. Amma bizə göstərmədilər. Yuxuma da girir. Heç inanmıram. Deyirəm ki, ölə bilməz. Anam da dedi, atam da dedi, o tərəf də, bu tərəf də dedi ki, qayıt. Dedim ki, yox, insan bir dəfə ailə qurar. Özü də istədiyi ilə. O, mənim hər şeyim idi. Heç vaxt ona xəyanət edə bilməzdim. Heç də həyatımdan narazı deyiləm. Deyirəm sağdı, ölməyi ilə barışmıram. Ömrünün axırına qədər övladımı böyüdəcəm. Amilə layiqli oğul böyüdəcəm. Ömrümün axırına qədər onun adını daşımağa hazıram. Bununla da fəxr edirəm".




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM