Azərbaycan Qran-Prisinin əyləncə proqramının detalları məlum oldu

11:39 / 21.06.2017

22-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula-1 yarışları çərçivəsində həftəsonu keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

Cədvələ əsasən, tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula-1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-si, saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər.

Formula-1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

Formula-1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda, saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F-1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula-1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Bundan başqa, Formula-1 Şəhərciyində Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23-25 iyun tarixlərində, saat 11:00-dan başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür.

Eyni zamanda, tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən Oyun Zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı, Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula-1 təcrübəsinə yiyələnə biləcəklər.

Azərbaycan mədəniyyətinin inciləri bir arada

Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də, digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün əyləncə mərkəzi

Yarışların ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Əyləncəli proqramlar Sahil və Sabir parklarında yerləşən zonalarda da olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa icazə verəcək. Burada əyləncə tədbirləri iyunun 23-ü, saat 11:30-dan 19:30-dək, iyunun 24-ü, saat 11:00-dan 19:00-dək və iyunun 25-i, saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM