Günah anestezioloqun üstünə atılır

12:34 / 20.05.2014

Strategiya.az xəbər verir ki, həkim səhlənkarlığının və səriştəsizliyinin qurbanı olan mərhum Elnarə Tofiqqızının cinayət işi Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Həmin işdə zərərcəkmiş tərəfin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov mediaya müsahibəsində istintaqın gedişində üzə çıxan mübahisəli məqamlardan danışıb. İlk olaraq isə bu hadisəyə ictimai marağın ciddiliyinə toxunub.

 Cəzalandırma ictimai vəzifəyə çevrilməlidir

 

- Elnarə Tofiqqızının ölüm faktı ilə bağlı başlanmış cinayət işinə ciddi şəkildə ictimai nəzarət təmin olunub. Demək olar ki, istintaqın gedişi tam açıqlığı ilə olmasa da, ümumi ardıcıllığı, bir çox detalları ictimaiyyət üçün açıq olub. Ona görə ki, burada söhbət iki azyaşlı körpənin həkim səhlənkarlığının qurbanına çevrilməsindən, onların anasız böyümək kimi acı həyat yaşamasından gedir.  Cəmiyyət bu məsələdə həssaslıq nümayiş etdirib. Həm mərhum özü, həm də həyat yoldaşı Anar Niftəliyev mətbuat işçisi olduğundan, bu məsələyə medianın diqqəti ikiqat artıq olub. Digər tərəfdən, hər bir şəxs özünü zərərçəkmişin yerinə qoymalı və bu səhlənkarlıqdan sığortalanmadığını başa düşməlidir. Bu səbəbdən Elnarə Tofiqqızının ölüm faktı və təqsirkarların cəzalandırılması bir ictimai vəzifəyə çevrilməlidir ki, bu cür halların qarşısı alınsın.

 

 Ekspertlər həkim həmkarlarının təəssübünü çəkir

 

Sizcə, həkim səhlənkarlığının qurbanına çevrilən ölüm faktları ilə bağlı başlanmış cinayət işlərində hüquq mühafizə orqanlarının münasibəti adekvatdırmı?

 

- Fikrimcə, bu cinayət işlərində hüquq mühafizə orqanları adekvat reaksiya vermirlər. Ancaq bunu onların şəxsi mövqeyi və ya səriştəsizliyi kimi dəyərləndirmək olmaz. Onların bu cür addım atmalarının obyektiv və subyektiv səbəbləri var. Xüsusilə, burada baş vermiş ölüm faktının araşdırılmasına cəlb edilən ekspertlər öz həkim həmkarlarının təəssübünü çəkərək yanlış qərarlar verirlər. Yaxud, istintaqı aparanlar arasında subyektiv maraqlardan çıxış edərək  həkimlərin məsuliyyətdən azad edilməsinə çalışan ekspertlər, hüquq mühafizə orqanı əməkdaşları da olur. Bütün bunlar cunayət işlərinin obyektiv qiymətləndirilməsinə, həqiqi günahkarların üzə çıxarılıb cəzalanmasına mane olur.  

 

- Bəs bunun qarşısını necə almaq olar? 

 

- Burada mühüm məsələlərdən biri müstəntiqlərin həmin araşdırmalara vicdanla yanaşmasıdır. Çünki həkim səhlənkarllığından heç kim sığortalanmayıb. Hüquq mühafizə orqanlarının həkim səhlənkarlığına qarşı münasibətini dəyişməyin əsas forması isə alternativ ekspert rəylərinin alınmasıdır. Düşünürəm ki, bu yolla onların yanaşmasını dəyişmək mümkündür.

 

- Elnarə Tofiqqızının cinayət işində dediyiniz hallarla rastlaşmısızmı?

 

- Müdafiə tərəfi olaraq biz də belə hallarla rastlaşmışıq. Ona görə də bu barədə zərərçəkmiş Anar Niftəliyev və mən müdafiəçi kimi Respublikanın Baş prokuroruna şikayət etmişik. Həmin şikayət məktubu mətbuatda dərc edilib. Və Baş Prokuror tərəfindən təmin edilib. Bundan sonra cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq, yenidən araşdırılmaq və obyektiv qərar vermək üçün Bakı Şəhər Prokurorluğuna verilib.     

  

Həkimlər bir-birini ittiham edir

 

- Sizin hüquq şirkəti də bu cinayət işinin araşdırılması ilə bağlı müstəqil təhqiqat aparır. Bu işlər nə yerdədir? Hansı nəticələr var?

 

- Müstəqil təhqiqat aparmaqda məqsədimiz istintaqa alternativ informasiyalar  verməklə ədalət mühakiməsinin obyektiv nəticəyə gəlməsinə şərait yaratmaqdır. Sözügedən cinayət işi ilə bağlı mətbuatda  saysız-hesabsız açıqlamalar gedib. Bu açıqlamalarda maraq doğuran və istintaqın obyektiv nəticəyə gəlməsi üçün əhəmiyyət daşıyan çoxlu məqamlar var. Əsas məqamlardan biri odur ki, Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatında iştirak edən həkimlər Mahir Məmmədov, Firuz İbrahimov və Fərəcullah İdrisov bir-birlərini ittiham edən açıqlamalar veriblər. Hansı ki, bu açıqlamalarla onlar özlərinin istintaqa verdikləri ifadələrini təkzib ediblər. Burada əsas diqqət çəkən məqamlardan biri mərhum Elnarə Tofiqqızının cərrahi əməliyyat zamanı narkoz üsulunun seçilməsi ilə bağlı məqamdır. Yəni, bu qərarın kimin göstərişi ilə həyata keçirilməsi cinayət işinin üzə çıxarmalı olduğu ən həssas məsələdir. Anestezeoloq Firuz İbrahimov narkoz üsulunun seçilməsində göstərişi əsas cərrah Mahir Məmmədovdan aldığını, Mahir Məmmədov isə Firuz İbrahimovun bu üsulu özü seçdiyini bildirib.

  

Günah anestezioloqun üstünə atılır

  

- Səhiyyə Nazirliyi də bir necə dəfə bu barədə açıqlama verdi. Bundan istintaqda istifadə edilməsinə cəhd olundumu?

 

- Səhiyyə Nazirliyi rəsmilərinin mətbuata verdiyi açıqlamalarda Elnarə Tofiqqızının əməliyyat zamanı dünyasını dəyişməsinə bütünlükdə tibb personalının məsuliyyət daşıdığını bəyat etdilər. Onların müalicə üsulunu və narkozun miqdarını seçərkən səhvə yol verdiklərini bildiriblər. Lakin istintaqda əsas kimi götürülən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ekspert rəylərində bu, əksini tapmadı. Həmin sənədlərdə tibb personalının deyil, təkcə cərrahi əməliyyatda narkoz üsulunu düzgün seçmədiyinə görə anestezioloqun təqsirli olduğunu qeyd ediblər. Bu ziddiyyətli məqamlar da əvvəlki müstəntiqlər tərəfindən araşdırılmamış qaldı.

 

- Mətbuatda gedən bu açıqlamalar istintaq materiallarına əlavə edilibmi?

 

- Biz bu materialları cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi şəkildə istintaqa təqdim etmişik. Həmin materiallar da cinayət işinə əlavə edilib. Bu sahədə mətbuatdakı dostlarımız bizə yardım ediblər.    

 

Bilirik ki, siz həkim-ekspertlərin rəyindən narazı qaldığınız üçün şikayət etmisiniz. Bu şikayətlərinizin əsasını nə təşkil edir?   

 

- Biz ilkin tibbi ekspertinin rəyindən narazı qaldığımız üçün müstəqil ekspert, nüfuzlu onkoloq, professor Adil Qeybullaya müraciət etdik. Ekspert kimi ondan baş vermiş ölüm faktına tibbi nöqteyi-nəzərdən qiymət verməsini xahiş etmişik. Professsor Adil Qeybullanın rəyini biz Nəsimi Rayon Prokurorluğuna təqdim etsək də, müstəntiq Ələkbər Rzayev bunu dəyərləndirməyib. Bu səbəbdən də biz şikayət verməli olduq.  

 

 

Millət vəkilinin sahibkarlıqla məşğul olması...

 

- Bu günlərdə sözügedən həkim terrorunun baş verdiyi “Medi Sina” Tibb Mərkəzi ilə bağlı sensasion bir məlumat yayıldı. Həmin klinikanın Milli Məclisin deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadəyə məxsus olduğu bildirildi. Bu barədə nə deyə bilərsiniz?

 

- Bəli, belə bir məlumat gedib. Klinikanın fəaliyyəti Nəsimi Rayon Prokurorluğu tərəfindən demək olar ki, araşdırılmayıb. Sözügedən məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, klinikanın fəaliyyətinin yarıtmaz olması və bundan irəli gələn ölüm faktı. İkincisi, Milli Məclisin deputatının sahibkarlıq fəaliyyəti ilə məşğul olması. Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 89.4-cu maddəsinə əsasən, Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda deputat mandatından məhrum edilir. Yəni, bu çox ciddi məsələdir.

 

- Hazırda istintaq Bakı Şəhər Prokurorluğunda aparılır. İşin gedişindən razısınız?

 

- Hələki istintaqın gedişindən heç bir narazılığımız yoxdur. Ümid edirəm ki, hazırda işi aparan Vaqif Süleymanov ədalət mühakiməsinin obyektiv nəticəyə gəlməsi üçün bütün gücünü səfərbər edəcək. Çalışırıq ki, bayaq qeyd etdiyimiz ziddiyyətli məqamlar aradan qaldırılsın və günahkarlar ciddi şəkildə cəzalandırılsın. Hazırda Bakı Şəhər Prokurorluğu əvvəlki mərhələdə Nəsimi Rayon Prokurorluğunun nəzərə almadığı, diqqət göstərmədiyi və araşdırmadığı həmin məsələlərin araşdırılması ilə məşğuldur. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM