Həmsədrlərin son bəyanatı Ermənistanın status-kvonu saxlamaq siyasəti ilə üst-üstə düşür

14:58 / 24.06.2017

Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

Sözügedən bəyanatı “İki sahil” qəzetinə şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov bildirib ki, bu bəyanat əvvəlkilərdən heç nə ilə fərqlənmir və  bir qədər də  narahatlıq doğurur: “Mücərrəd ifadələr, işğalçı ilə işğala məruz qalana fərq qoyulmaması bu münaqişənin həllinə imkan vermir. Bəyanatda xüsusilə də Dağlıq Qarabağdakı  separatçı, işğalçı rejim de-fakto hakimiyyətin nümayəndəsi kimi təqdim edilib ki, bu da qəbuledilməz fikirdir. Separatçı rejimi de-fakto hakimiyyətin nümayəndəsi kimi qiymətləndirmək həmsədrlərin bu istiqamətdə bir mesajıdır.”

E.Əhmədovun sözlərinə görə, həmsədrlər Bakıya gəlməmişdən əvvəl Laçında, Kəlbəcərdə, Qubadlıda və Zəngilanda olublar. Lakin bəyanatda  həmin rayonların adını çəkərkən “Azərbaycanın rayonları” ifadəsi yoxdur. Halbuki söhbət Azərbaycan rayonlarından gedirsə, onların Azərbaycana məxsus olmaları vurğulanmalı, işğal rejiminin mövcudluğu,  sözügedən rayonlara səfərin hansı məqsəd daşıdığı bildirilməli idi.

E.Əhmədov vurğulayıb ki, həmsədrlərlə görüşündə Prezident İlham Əliyev  bildirib ki, mühüm tədbirlər və Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində Ermənistan tərəfi cəbhə bölgəsində təxribatlar törədir. Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə bu halın səfərin yekununa dair bəyanatda əks etdiriləcəyini qeyd etsə də nəticədə sənəddə  onlar birinci növbədə  Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Daha sonra isə həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və “Dağlıq Qarabağın de-fakto hakimiyyəti”nə də ünvanlayıblar: “Buradan da aydın olur ki, artıq sonuncu bəyanatda “Dağlıq Qarabağın de-fakto hakimiyyəti” ifadəsi ikinci dəfə işlədilib. Birinci dəfə “de-fakto hakimiyyəti” ilə görüşdüklərini, ikinci dəfə isə onları vəziyyətin gərginləşdirilməsindən çəkinməyə çağırdıqları bildirilib.”

Professor qeyd edib ki, həmsədrlərin müxtəlif vaxtlarda “tərəflərin sülhdən çəkinməsi”, “sülhə hazır olmamaları”, “xarici İşlər nazirlərinin  görüşlərinin planlaşdırılması”  tipli ifadələri kimi, bunlar da “növbətçi” ifadələrdir: “Onlar hər dəfə regiona səfərlərinin sonunda bəyanat verirlər. Bu bəyanatların yekunu kimi, ilin sonunda hesabat hazırlayırlar. Bunlar da “növbətçi” bəyanatlardır və hesabat xarakteri daşıyır. Əgər onlar münaqişənin həllinə çalışsaydılar,  25 il ərzində yüzlərlə səfərlər ediblər və bir dəfə də olsun bəyanatlarında işğalçıların işğal etdikləri ərazilərdən  çıxarılmasının vacibliyi ifadəsi işlədilməyib. Bu ifadə olmayana qədər münaqişənin həllindən danışmaq mümkün deyil. İndiyə kimi  bəyanatlarda Dağlıq Qarabağla yanaşı, 7 rayonun işğalı faktına  da yer verilmir. Odur ki, onların bu bəyanatı, işlətdikləri ifadələr  ancaq Ermənistanın status-kvonu saxlamaq siyasəti ilə üst-üstə düşür. Əgər onlar danışıqların intensivləşməsini istəyirlərsə bu Azərbaycana lazım deyil. Münaqişəni həll etmək istəyirlərsə, onların bəyanatlarında Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan çıxması ilə bağlı BMT-nin məlum 4 qətnaməsi göstərilməlidir. Onu görmədiyimizə görə, bu bəyanatlar ilin yekunları ilə bağlı hesabatlara salınması məqsədilə verilir. Bu hesabatların qarşılığında həmsədrlər məvacib alırlar. Nəticə etibarilə  həmsədrlərin bu bəyanatı qəbuledilməzdir, münaqişənin həllinə ikili yanaşmadır.”

Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana danışıqların imitasiyası ilə məşğul olmağa imkan verməyəcəyi ilə bağlı fikirlərini xatırladan ekspert  Ermənistanın danışıqları “danışıqlar” naminə apardığını,  bunun da işğal rejiminin ömrünü uzatmaq məqsədi daşıdığını bildirib.

“25 il ərzində Minsk qrupuna 32 sədr və həmsədr rəhbərlik edib. Bu günə kimi də onların irəli sürdükləri təkliflər heç bir nəticə verməyib. Azərbaycan Prezidenti onu da bildirir ki, bizim də səbrimizin bir həddi var. Bu o vaxt qurtaracaq ki, artıq münaqişənin dinc yolla həlli mümkün olmayacaq. Azərbaycanın bir tələbi var ki, münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll edilməli, BMT-nin 4 qətnaməsi qeyd-şərtsiz yerinə yetirilməlidir”,- deyə E.Əhmədov vurğulayıb.     


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM