İcbari Sığorta Bürosu sürücülərə avtomobili satarkən icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.
Bürodan verilən məlumata görə, bir çox hallarda etibarnamə ilə avtomobillərini satan vətəndaşlar satdığı avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə xitam vermir, bu isə onlar üçün gələcəkdə icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilir. Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur. Misal üçün, əgər avtomobilin yeni sahibi ard-arda bir neçə yol-nəqliyyat hadisəsi törədərsə, nəticədə əvvəlki sahibin adına yazılacaq Malus əmsalı hətta ən yüksək cərimə sinfi olan 1-ə kimi çata bilər, bu isə gələcəkdə yeni icbari sığorta müqaviləsi bağlandığı zaman ödəniləcək sığorta haqqının üç dəfəyədək artmasına səbəb olacaq. Bunu nəzərə alaraq, İcbari Sığorta Bürosu avtomobil sahiblərinə alqı-satqı zamanı satılan avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.
Müqaviləyə xitam vermə proseduru çox sadədir
Avtomobilinizi satdığınız zaman qüvvədə olan icbari sığorta müqavilənizə xitam vermək üçün vaxtilə həmin müqaviləni bağladığınız sığorta şirkətinə müraciət etməyiniz tələb olunur. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlərlə sığorta şirkətinin ofisinə yaxınlaşıb müvafiq istəyinizi bildirmək yetərlidir. Bundan sonra sığorta şirkətinin əməkdaşları satdığınız avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan və adınıza rəsmiləşdirilmiş icbari sığorta müqaviləsinə xitam verəcək. Beləliklə, siz satdığınız avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünüzü qorumuş olursunuz.
Müqaviləyə xitam verərkən vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən hissəsini geri almış olursunuz
Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyin daha bir cəlbedici cəhəti odur ki, bu zaman vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən inzibati xərclər çıxıldıqdan sonra müqavilə müddətinin sonunadək olan dövr üzrə hissəsi sığorta şirkəti tərəfindən sizə qaytarılır. Yəni misal üçün, müqavilənizi müddətinin bitməsinə beş ay qalmış xitam edirsinizsə və ötən dövr ərzində hər hansı yol-nəqliyyat hadisəsinə səbəb olmamısınızsa, sığorta şirkəti həmin beş ay üzrə olan məbləği hesablayaraq oradan müqavilənin bağlanmasına çəkilən inzibati xərcləri çıxır və yerdə qalan hissəni sizə geri ödəyir. Bu isə bir sıra hallarda avtomobilin mühərrikinin həcmindən asılı olaraq heç də az məbləğ olmur. Lakin onu da bilmək lazımdır ki, müqavilənin əvvəlki dövrlərində sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisələri sizə geri qaytarılacaq məbləği əhəmiyyətli dərəcədə azalda, hətta heçə endirə bilər.
Qeyd edək ki, Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə sığortalının təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq sığorta haqlarını artıran və ya azaldan güzəştlər və əlavələr sistemidir. Ümumilikdə 17 Bonus-Malus sinfi mövcuddur ki, bunlardan ilk 5-i sığorta haqqının artmasına səbəb olan Malus (cərimə) sinifləridir, 7-17-ci siniflər isə sığorta haqqının azalmasına səbəb olan Bonus (güzəşt) sinifləridir. 6-cı BM sinfi avtonəqliyyat vasitəsinə münasibətdə ilk dəfə icbari sığorta müqaviləsi bağlanılan zaman tətbiq olunur və sığorta haqqına hər hansı bir şəkildə təsir etmir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM