Deputat: Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?!

10:39 / 25.08.2017

Deputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri “otxod” adlandırmış, ardınca baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes Gelandewagen” avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.

Dünən isə onun “Qarabağ” futbol klubunun qələbəsi haqda dediyi fikirlər rezonans doğurub. Belə ki, deputat A24.az-ın əməkdaşı ilə söhbətində “Qarabağ”la maraqlanmadığını deyib: “Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi ”Qarabağ” məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar”.

Deputatın bu açıqlamasının mətbuatda ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır” başlığı ilə dərc olunması isə müzakirələri daha da genişləndirib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Astan Şahverdiyev mətbuatda fikirlərinin təhrif olunduğunu dedi:

– Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır” başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, “Qarabağı”ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha “ovuldu”. Yəni bu cür demişəm. Bəs məni niyə belə “bəzəyirlər”? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu, onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır” başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!

– Bundan əvvəl verdiyiniz açıqlamalar da qalmaqal yaratmışdı.

– Təbii ki, bir insan kimi mənim bu məsələyə münasibətim mənfidir. Düşünürəm ki, onlar düz yolda deyillər. Bilirsinizmi, belə şeylərlə mənə təsir etmək mümkün deyil. Mənim həm əqli, həm də hər cür immunitetim onlarınkından qat-qat çoxdur. Mənə təsir edə bilməzlər. Kimsə məqsədli şəkildə bunu təşkil edir və bu cür hərəkətlər edir. Bir daha qeyd edirəm, belə olmaz. Axı böhtan-şər atmaq insanlara yaraşmaz. Bu, İslama, müsəlmançılığa sığmır. Bunlar nə qədər bu cür yol tutacaqlar?! Hamısı da cavan uşaqlardır. Onlar indidən belə başlayıblarsa, gələcəkləri nə olacaq?

– Ümumiyyətlə, “Qarabağ FK”-nın bundan əvvəlki oyunlarını izləyirdinizmi, azarkeşisinizmi?

– Elə bir azarkeşiyəm ki, bəlkə, heç ölkədə mənim kimi 1-2 azarkeş ola, ya olmaya. Bəli, “Qarabağ” idmana böyük yeniliklər gətirdi, ölkəyə bu cür sevinc bəxş etdi. Klubun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının həm də siyasi mənası var. Mən həm bir vətənpərvər, həm də idmanı xoşlayan bir insan kimi deyə bilərəm ki, onun qələbəsinin mənası çox böyükdür, bəlkə də, ağlasığmazdır.

– Klubun bundan sonra da uğur qazanacağına inanırsınızmı?

– Hamısını izləyirəm. Elə bu gün axşam püşkatma mərasimi olacaq. Allaha dua edirəm ki, bu, münasib bir püşkatma olsun, klub bundan sonra da “play-of”a çıxsın. Mən bunu arzulayıram. Nə qədər ki “Qarabağ” müvəffəqiyyətli oyun göstərəcək, ermənilər bir o qədər yanıb-töküləcək. Məsələn, aprel döyüşləri zamanı Fransada idim. Həmin vaxt ermənilərin bizim səfirliyi necə mühasirəyə alıb, daş-qalaq etdiklərinin şahidi olmuşam.

“Qarabağ” mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır ki, desin, “Qarabağ məni maraqlandırmır”? Bu, mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar.

Hər şeyin təhəri var da. Kişi mübarizəsini də kişi kimi aparar.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM