Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü sona çatıb
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü ilin 31 dekabr tarixində sona çatıb. Strategiya.az-ın məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən hesabatda qeyd edilib. Hesabata əsasən, müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Şurada üzvlüyün yaratdığı imkanlardan tam istifadə edən Azərbaycan bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymağa nail olub.
Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında idi.
Bu iki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirib və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil edib. 2012-ci ilin may 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilib. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənib və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilib.
Bundan əlavə, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulanıb, habelə terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçib. Əsas mövzu kimi 28 oktyabr tarixində "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilib. Şuranın tarixində ilk dəfə bu mövzu üzrə keçirilən və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki-Mun və İƏT-in Baş Katibi Əkmələddin İhsanoğlu iştirak ediblər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurasının sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlandı və onun gücləndirilməsinin vacibliyi, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və TŞ-nın qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi qeyd edilib. Bu tədbirdən əlavə, ötən ilin oktyabr ayında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının iş metodlarına dair Şuranın açıq müzakirələri də təşkil edilib.
Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan dövlətimizin milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərib. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılıb. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılırdı və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks etdirilib. Bu kontekstdə, 2012-ci il mayın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş "Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət" mövzusunda Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri ("Arria" formulası çərçivəsində) böyük maraq doğurub. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv-dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumətlərarası təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib. Müzakirələrdə əsas natiqlər qismində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov və aparıcı beynəlxalq hüquqşünaslardan biri, Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.
Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verən Azərbaycan qitənin üzləşdiyi müxtəlif problemlərin həllinə Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də fəal töhfə verməyə çalışıb. Təsadüfi deyil ki, məhz Azərbaycanın Şuraya hər iki sədrliyi müddətində Şuranın Qərbi Afrika bölgəsinə (Liberiya, Kot Divuar və Sierra Leone) və Afrikanın Böyük Göllər regionuna (Konqo Demokratik Respublikası, Ruanda və Uqanda) səfərləri təşkil edilib. Bundan əlavə, sonuncu səfər çərçivəsində həmçinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin həmsədrliyi ilə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutdu və yekunda Birgə Kommünike qəbul edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının 2013-cü ilin oktyabr ayında sədri qismində Afrika İttifaqının İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirlərini qəbul etdi. Həmçinin, adıçəkilən Əlaqələndirmə Qrupunun yüksək səviyyəli üzvlərinin iştirakı ilə oktyabrın 31-də Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri təşkil edilib.
Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirildi, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.
Keçən iki il ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx işbirliyi və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirib. Şurada üzvlüyü müddətində Azərbaycanın yüksək fəaliyyəti və hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi onlar tərəfindən dəfələrlə təqdir edilib. Təhlükəsizlik Şurasında qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının təmin edilməsinə xidmət edəcəkdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM