Meşəbəyinin şantajı baş tutmadı

13:56 / 22.01.2014

Strategiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi Şüvü meşəbəyliyinin 8 saylı dolayında meşə gözətçisi işləyən Fətulla Əliyevin ağac qırıntısı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş çoxsaylı şikayətləri əsasında sözügedən müəssisənin meşə dolaylarında təkcə 2013-cü ildə bir neçə dəfə yoxlama aparılıb və hər dəfə onun tərəfindən göstərilən faktlar öz təsdiqini tapmayıb. Əksinə, aparılan yoxlamalar zamanı onun meşə gözətçisi işlədiyi dolayda pozuntu faktları aşkar edilib.

Bununla əlaqədar və yazdığı əsassız şikayət məktubları ilə bağlı meşə gözətçisi Fətulla Əliyevə bir neçə dəfə ETSN-nin Meşələrin İnkişafı Departamenti tərəfindən ciddi xəbərdarlıqlar edilib. Lakin o, məqsədli olaraq həyata keçirmək istədiyi şantaj xarakterli iddialarından əl çəkmək istəməyib və Astara MMBM-in ümumi iş ahəngini pozmağa yönələn faəliyyətini davam edib.

Belə ki, onun məqsədi yazdığı çoxsaylı şikayət məktubları ilə müəssisə rəhbərliyini şantaj etmək, müəssisənin müxtəlif səlahiyyətli işçilərinə hədə-qorxu gələrək onları özündən asılı vəziyyətdə saxlamaq olub, bununla da özünün pozucu və qanunsuz fəaliyyətinə göz yumulmasına şərait yaratmaq istəyib.

Qeyd edək ki, təkcə 2013-cü ildə onun tərəfindən ETSN-yə 10 şikayət ərizəsi daxil olmuş və bu ərizələr əsasında il ərzində onun iştirakı ilə Astara MMBM-də Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən 3, Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən isə 2 dəfə olmaqla ümumilikdə 5 kompleks yoxlama aparılıb. Aparılan yoxlamalar zamanı Fətulla Əliyevin yazdığı faktlar təsdiqini tapmadıqda hər dəfə o məsuliyyətdən yaxa qurtarmaq üçün əsassız bəhanələr gətirərək tərtib olunmuş sənədləri imzalamayıb, yaxud da yoxlamada iştirakdan imtina edib. O məqsədlə ki, yenidən əsassız şikayət məktublarının yazılması davam etsin, idarənin normal iş ahəngi pozulsun, onun dolayında törədilən qanunsuzluqlar ört-basdır olsun. Bir sözlə, şantaj yolu ilə Fətulla Əliyev öz əməllərini gizlətməyə çalışsa da, araşdırmaların nəticəsi onun qanunsuz əməllərini üzə çıxarıb.

Aparılan araşdırmalar zamanı onun işlədiyi 8 saylı dolayda 9.92 hektar meşə fondu torpağının zəbt edildiyi, ərazidə meşə ağaclarından təmizlənərək sitrus və dekorativ bitkilərdən ibarət bağların salındığı, biçənək sahəsinin yaradıldığı və qanunsuz istifadə edildiyi məlum olub. Ərazidən qanunsuz istifadə edən vətəndaşlar bu torpaqların onlara F.Əliyev tərəfindən müəyyən pul vəsaiti müqabilində verildiyini bildiriblər.

Yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Departamentinin 14 yaznvar 2014-cü il tarixli əmri ilə Əliyev Fətulla Cəfər oğlunun işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədə saxlanılması qeyri mümkün hesab edilib və o işdən azad olunub.

Sonuncu yoxlamalardan sonra müəssisə daxilində tam olaraq ifşa edildiyini başa düşən Fətulla Əliyev yenidən şantaj vasitəsinə əl atıb və əsassız şikayətlə mətbuata müraciət edib. Bununla bağlı yanvarın 17-də Nazirlikdə KİV nümayəndələrinin də iştirakı ilə operativ yoxlama qrupu yaradılıb və Astara MMBM-də təkrar yoxlamalara başlanılıb.

Yoxlama zamanı şikayətçinin iştirakı ilə qırıntılara və qanunsuzluqlara yol verildiyi iddia olunan meşə sahələrinə baxış keçirilib. KİV nümayəndələrinin də iştirakı ilə aparılan araşdırmalarda bu dəfə də şikayət öz təsdiqini tapmayıb.

Yoxlama qrupu, həmçinin şikayətçi F.Əliyevin gözətçi olduğu dolaya da baxış keçirib və bu dəfə daha ciddi faktlar üzə çıxarıb. Gözlənildiyi kimi, bir daha ifşa olunduğunu başa düşən Fətulla Əliyev həmin sahədəki yoxlamada iştirakdan yenə də imtina edib.

Yoxlamanın gedişində onun gözətçisi olduğu dolayın 32 yerində 17,3 hektar meşə torpağı sahəsinin Fətulla Əliyev tərəfindən külli miqdarda pul vəsaiti müqabilində müxtəlif şəxslərin zəbt etməsinə şərait yaradıldığı, 107 ədəd (qızılağac və dəmirağac cinsindən olan) qiymətli ağacın qanunsuz olaraq kəsilməsi faktı müəyyən olunub.

KİV nümayəndələrinin də iştirak etdiyi yoxlama qrupunun araşdırmaları davam etdirilir. Bu araşdırma tam yekunlaşmasa da, rəhbərlik etdiyi müəssisədə lazımi qayda-qanun yarada bilmədiyinə görə Astara MMBM-nin direktoruna da şiddətli töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılır. Yoxlamaların yekun nəticələrinə uyğun olaraq isə araşdırma materiallarının hüquq-mühafizə orqanlarına göndərilməsi istisna edilmir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM