"Deməyin Fuad fağırdır, axı o, sözə köklənib..."- Müsahibə

16:02 / 30.11.2019

Çox vaxt insan sözünün əvvəlinə yaxşı sözü əlavə etməklə təqdim etdiyimiz adamı daha da böyütmək, onun üstün olduğunu vurğulamaq istəyirik. Hər kəsin bir düşüncəsi, təfəkkürünə sığdırdığı insanlıq meyarı var. Məsələn, mən düşünürəm ki, insan ancaq yaxşı olmalıdır, olmayanlar hansısa başqa genin daşıyıcılarıdı. Dost hqqında danışanda “əsl”i gücləndirici kimi “qaynaq” edirik sözün əvvəlinə. Axı dost sözü bütünlükdə münasibətin, doğmalığın, inamın, güvənin, bağlılığın, bərabərliyin, sevginin, dəyərin adıdı. Dost elə özü boyda böyüklük, ucalıq daşıyan məfhumdur. Bəlkə də məsələyə uzaqdan gəlişim, səbəbə varana qədər keçilən “yol” yorucu görünəcək, ancaq müsahib olmağa çalışdığım insanı sorub - soraqlayanda haqqında ilk olaraq eşitdiyim məhz bu iki kəlmə oldu:“Fuad müəllim yaxşı insan və əsl dostdur”. Bir insanı tanımaq üçün ətrafın onunla münasibətini müşahidə etmək və haqqında söylənənlərə görə özündə formalaşdırdığın fikrə əsaslanıb nəticə çıxarmaq bəlkə də asandır. Ancaq ünsiyyət, müsahib olmaq bir insanı tanımağın ən yaxşı yoludur məncə. Onda diqqətimi çəkən məqam təkcə yuxarıda sadaladığım keyfiyyətlər olmadı. Şeirə, sözə bağlılığı, həyatda baş verənləri, gündəmi, gördüyü, müşahidə etdiyi hər şeyi öz diliylə qələmin ağuşuna verməsi nəzərimdən yayınmadı. Söhbətdaşım Azərbaycan Yazıçılar Birliyinin üzvü, müxtəlif illərdə çap olunmuş 4 kitab müəllifi, şair-publisist Fuad İslamoğludur.

Strategiya.az əməkdaşımızın Fuad İslamoğlu ilə müsahibəsini təqdim edir:

-Xoş gördük, Fuad müəllim! Fəslin insana aşıladığı hiss və duyğuların təsiri altında “necəsiz” sualına müsbət cavab alacağımıza ümidliyəm.

-Ömür boyu mənə ümid bəsləyənlərin ümidlərinin puça çıxmaması üçün əlimdən gələni etməyə çalışan insan kimi, sizin də ümidinizin qırılmaması üçün hətta özümü yaxşı hiss etməsəydim belə, sizə müsbət cavab verəcəydim, ancaq şükür Allaha ki, hazırda özümü doğurdan da gümrah hiss edirəm, bununla belə, ara-sıra səhhətimdə problemlər də yaranır, özümü narahat hiss etdiyim vaxtlar da olur ki, bu da təbiidir, yaş amili öz sözünü deyir (gülümsəyir).

-Görüşümüz payıza təsadüf edir, “payız şairlərin fəslidir” deyirlər, sizin bu fikrə münasibətiniz?

-Mənim fikrimcə, bütün fəsillər gözəldir və hər fəslin özünəməxsusluğu var, sadəcə onu duymaq və zövq almaq lazımdır. Buna rəğmən, daha çox yaz fəslini sevirəm. Yazda doğulmuşam, bəlkə də xüsusi sevgim ondan irəli gəlir.

-Oxucularınıza məlumdur ki, şair Fuad İslamoğlu “Təmizlik”, “Yaşamalı dünyadır”, “Bu səs sənin səsindirmi” və “Qartal səmada tək uçur” adlı dörd kitab müəllifidir. Növbəti kitab haqqında düşünürsünüzmü?

-Təbii ki, növbəti kitab haqqında düşünürəm, Allah möhlət versə növbəti kitab və ya kitablar da işıq üzü görəcəkdir. Açığı deyim ki, demək olar üç kitab üçün hazır şeirlərim var, sadəcə olaraq onlara yenidən baxılmalı və korrektə olunmalıdır ki, buna da zaman lazımdır.

-Sizcə, yaxşı insanı cəmiyyət yetişdirir, yoxsa xarakter və ya insani keyfiyyət olaraq insanla bərabər doğulur “yaxşı”lıq?

-Burada həm irsi amil rol oynayır, həm də insanın yaşadığı mühit mühüm əhəmiyyət kəsb edir.

-Barənizdə “yaxşı insan, əsl dostdur" deyirlər. Bunu qazanc hesab edirsiz?

-Təbii ki, qazanc hesab edirəm, özü də çox böyük qazanc. Barəmdə deyilən bu sözlər məni çox sevindirir və bu, o deməkdir ki, ömrü hədər verməmişəm və hələ də yaşamağa dəyər.

-...Dağın da yükü ağırdır,
Seli aləmi dağıdır,
Deməyin Fuad fağırdır,
Axı o, sözə köklənib.

Bu bənddə şair Fuad İslamoğlu nə demək istəyir, yəni onun gücü sözdədir?

-Tamamilə düz qənaətə gəlmisiniz, söz insanı çox güclü edir, xüsusən də şairləri.

-Zamanla müxtəlif yüksək və məsuliyyətli vəzifələrdə çalışmısınız, bu sizin yaradıcılığınıza və ya yaradıcılığınız işinizə mane olubmu?

- Onlar bir-birinə mane olub deməzdim, çünki buna imkan vermək olmazdı və mən də imkan verməməyə çalışırdım. Bununla belə, işin yaradıcılığa təsiri olmuşdur. Sözsüz ki, iş olmasaydı, yaradıcılıqla daha sıx məşğul olar, dah çox yazmaq imkanı əldə edərdim.

-Yaradıcılığınızda atalar sözləri, aforizmlərlə “bəzənmiş” misralara çox rast gəlinir, bunun səbəbi nədir?

-Səbəbi çox sadədir, onların hər ikisi “xalq süzgəci”ndən keçmiş fikirlər olduğu üçün.

-Sizin üçün dost kimdir?

-Mənim üçün dost çox dəyərli bir varlıqdır, ancaq söhbət əsl dostdan gedir və çox təəssüf ki, onların da sayı azdır, ancaq yenə də şükürlər olsun əsl dostlar az da olsa var. Bilirsiniz, hər bir insanın dostunun olması labüddür, çünki elə şeylər var ki, onu yalnız dostlarla bölüşə bilirsən.

Dost hesab etdiyiniz şəxslərlə bağlı zənniniz sizi aldadıbmı?

-Təəssüf ki, bəli, özü də bir neçə dəfə. Təvazökarlıqdan uzaq da olsa deyəcəm ki, bu, mənim ağılsızlığımdan olmayıb, saflığımdan irəli gəlib. Belə bir məsəl var: “hər kəs öz arşını ilə ölçür”. Mən də bu cür yanaşdığım və hər kəsi özüm kimi sandığım üçün, bir neçə dəfə yanılmışam.

-İnsanlara tez yovuşursunuz?

-Demək olar ki, bəli.

-Ünsiyyətə şeirlə başladığınız məqam olubmu?

-Xeyir, belə hal olmayıb. Bunun səbəbi o olmuşdur ki, mən hər hansı şəxsin şeirə olan münasibətini bilməsəm, heç vaxt onun yanında şeir demərəm. İlk dəfə ünsiyyətdə olduğun insanın da şeirə münasibətini təbii ki, bilmək olmaz. Hesab edirəm ki, hər bir şeirə hörmətlə yanaşılmalı və şeir ümumi böyük yığıncaqlar istisna olmaqla, məhdud dairə sırasında yalnız onun dəyərini bilənlərə söylənilməlidir, çünki şeiri “ucuz” tutmaq olmaz.

-Şeirlərinizdə nə qədər varsınız və yaxud sırf öz obrazınızı yaratdığınız şeiriniz varmı?

-Kifayət qədər varam. Şairin şeirlərinin əksəriyyəti onun təxəyyülünün “məhsul”u olsa da, insan nəyisə dərk və ya hiss etmədən yaza bilməz, bununla belə, elə şeirlərim var ki, orada sırf öz obrazımı yaratmışam və yaşadıqlarımı ifadə etmişəm.

-Danışdım, yuxu bildilər, çoxu yoza bilmədi,
Tanrı yazdığı bəxtimi, heç kəs poza bilmədi.

Bu beytdə “yazı”dan-bəxtdən narazılıq ifadə edilir, yoxsa...?

-Xeyir, tam əksinə, bu “yazı”dan-bəxtdən razılığa eyhamdır. Qeyd edim ki, mən taleyimdən, bəxtimdən və “yazı”mdan çox razıyam. Allaha hər zaman şükür edirəm ki, mənə kifayət qədər ömür, sağlam can, zəruri tələbatlarımı ödəməyə maddi imkan, gözəl ailə-sədaqətli-həyat yoldaşı, qədirbilən övladlar və gözəl nəvələr vermişdir. Bütün bunlar olmaya da bilərdi, şükürlər edirəm ki, var.

-Ailədən söz düşmüşkən, ailə üzvləriniz ilə qiyabi olaraq bizi də tanış edə bilərsinizmi?

-Əlbətdə, niyə də yox? Həyat yoldaşım Nişanə xanım müəllimədir, hazırda təqaüddədir. Üç övladım var, böyük oğlum Nihad həkimdir, hazırda Sumqayıt şəhərində yerləşən “AQS” stomatoloji poliklinikasında baş həkimdir, qızım Ziyalə iqtisadçıdır, hazırda işləmir, kiçik oğlum Firad Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviridir. Səkkiz nəvəm var, onlardan böyük nəvəm Ləman həkimdir, Aydan müəllimədir, Fuad Bakı Dövlət Universitetinin, Gülzar isə Tibb Universitetinin tələbələridirlər, digər nəvələrim Sərxan, Nihal, Fatimə və Murad isə orta məktəb şagirdləridirlər.

-Bu yaxınlarda sakini olduğunuz Sumqayıtın 70 illik yubileyi qeyd edildi. Bu barədə nə deyə bilərsiniz, Sumqayıta və onun sakinlərinə nə arzu edirsiniz?

-Sumqayıt və onun sakinləri mənə çox doğma və əzizdir, çünki mənim ömrümün bir hissəsi Samux rayonunda, digər hissəsi Gəncə şəhərində keçsə də, əksər hissəsi isə bu şəhərdə keçib, odur ki, mən Uca Allahdan Sumqayıta uğurlarının davamlı olmasını, sakinlərinə isə uzun ömür, möhkəm cansağlığı və firavan həyat diləyirəm. Qeyd etməliyəm ki, bu gün Sumqayıt çox möhtəşəm bir şəhərə çevirilmişdir. Onu da qeyd etməyi özümə borc hesab edirəm ki, bu gün tək Sumqayıt deyil, istər Gəncə, istər Samux, bütövlükdə Azərbaycanımızın bütün şəhər və rayonları özlərinin intibah dövrünü yaşayır. Bu da sözsüz ki, təsadüfi deyil, bunun səbəbi odur ki, bu gün Azərbaycanımıza ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev kimi böyük şəxsiyyət-dünya şöhrətli siyasətçi rəhbərlik edir. Hər kəsə məlumdur ki, cənab Prezidentin apardığı müdrik siyasətin və xalq ilə iqtidar arasında olan sıx bağlılığın nəticəsində dövlətimiz daha da qüdrətlənir, xalqımızın rifahı hərtərəfli yaxşılaşır, eləcə də ölkəmizin hər bir guşəsi cənnətə çevrilir.

-Qartal səmada tək uçur,
İstiqaməti düz seçir,
Ən çətin yerlərdən keçir,
Başqa quşlara bənzəmir.

Səmada tək uçan qartal təsadüfən siz deyilsiniz ki? Mənə elə gəlir ki, obrazla özünüzü ifadə etmisiniz. Bu barədə nə deyə bilərsiniz?

-Sizin düz qənaətə gəlməyiniz də istisna olunmur, ancaq icazə versəniz, o şeirin açıqlamasını verməyim və bu məsələni sözügedən şeirin bütün bəndlərini oxuyan oxucunun mülahizəsinə buraxım.

-Dərin və məzmunlu müsahibəyə görə sizə öz minnətdarlığımı bildirirəm.

-Mən də sizə öz təşəkkürümü bildirirəm.

Söhbət etdi: Sevinc Qərib

YAŞAMALI DÜNYADI

Dünya qocalıb yaman, bir az nazını çəksək,
Dünya yaşasın deyə bağçasında gül əksək,
Hərəmiz bir tərəfdən qamarlayıb sökməsək,
Yaşamalı dünyadır.

Ərköyün böyüyübdür, bir az da əzizləyək,
Üst-başı toz içində gərəkdir təmizləyək,
Yığışıb övladları hərdən eləsə kömək,
Yaşamalı dünyadır.

Hafizəsi deyəsən bir balaca korşalıb,
Şirəsini çəkənlər yaman həddini aşıb,
Dəyməyənlə işi yox, nə dəyib, nə dolaşıb,
Yaşamalı dünyadır.

İnsanları deyəsən hədəqədən çıxıblar,
Taxt üçün bir-birinin evlərini yıxıblar.
Mən bilirəm çoxunun əl-qolunu yığıblar,
Yaşamalı dünyadır.

Azğınlıqları görüb dünya bir az sərtləşib,
At oynadanlar çoxu dünyasını dəyişib,
Onların ö dünyası- onlar ilə nə işin,
Yaşamalı dünyadır.

Dünya gəlimli dünya, həm gedimli dünyadır,
Öz oxundan çıxmayıb dünya gidi dünyadır.
Nökərə nökər dünya, zülmə gəda dünyadır,
Yaşamalı dünyadır.

Hər sərvətii bizimdi,üstündə əsmək gərək,
Ona əl uzadanın əlini kəsmək gərək,
Ona olan qayğını əgər əsirgəməsək,
Yaşamalı dünyadır.

Mən biləni, insanlar öz yolunu azmasa,
Qızmış başla iş görüb,elə quyu qazmasa,
Etdiyi pis əməli yuxu kimi yozmasa,
Yaşamalı dünyadır.

Çox cızından çıxanı öz yoluna qaytarıb,
Mənəm-mənəm deyəni qan qusdurub,tapdayıb.
Dünyaya xor baxanlar heç vaxt ruzi tapmayıb,
Yaşamalı dünyadır.

Meşəsini qoruyub, torpağını biz əksək,
Suyuna, havasına əgər qaravul çəksək,
Millətə dəyən zərbə “məndən ötdü” deməsək,
Yaşamalı dünyadır.

Düzü düz gözlə görüb, əgər tərif eyləsək,
Əyri yola düşənin “ayağını” kəsməsək,
Qeyrət, namus yolunda canı əsirgəməsək,
Yaşamalı dünyadır.

YALANDAN YAMAN QORXURAM

Ovu bərədə ovladım,
Gülü budaqda qoxladım.
Heç nədən heç vaxt qorxmadım,
Yalandan yaman qorxuram.

Günahsızdım, çox qınandım,
Həmişə düz olub andım.
Yalan dedilər- inandım...
Yalandan yaman qorxuram.

Başım daşdan-daşa dəydi,
Bilmədim bu xəta nəydi.
Yalanlar qəddimi əydi,
Yalandan yaman qorxuram.

Məni zindan zor qorxutmur,
Zülm, işgəncə, tor qorxutmur.
Dar ağacı, gor qorxutmur,
Yalandan yaman qorxuram.

BİLSƏK

Kimin başı məhək daşına dəydi,
O gündən o kəslər haqqa baş əydi.
O gün bütün xalqa qismət olaydı,
Olar, bir havaya “oynaya” bilsək

Olmaz hər dərmandan yaraya məlhəm,
Tapılar hər dərdin çarəsi bəlkə.
Çəmənzara dönər, dağılmaz ölkəm,
Örtülü qazanda “qaynaya” bilsək.

Gah nala, gah mıxa əgər vurmasaq,
Hər xırda iş üçün üzə durmasaq.
Biə bata bilmə heç bir qurumsaq,
Sirrimizi elə yayamaya bilsək.

Bir işin qulpundan yapışan zaman,
Düz yola çəkilər yaşlı, həm cavan.
Bütün işlərimiz olacaq rəvan,
Düşməni yaxına qoymaya bilsək.

Yollarımız cığır olub keçilməz,
Başa qapaz vuran başa çəkilmə.
Heç zaman düşmənlər başdan əkilməz,
Biz qisas almaqdan doymaya bilsək.

BİLƏR

İçimin yanğısıdır başımdan çıxan tüstü,
İş görürük tələsik, başdansovdu, əlüstü.
Bacarmırıq heç nəyi, açılmayır da üstü,
Kim necə köklənibdir, bunu tək YAZAN bilər.

Hərəyə bir pay düşsə bacarıb-bildiyindən,
Vətən cənnətə dönər gül-çiçəyin əlindən.
Bülbüllər cəh-cəh vurar buna sevindiyindən,
Millətim də ucalar!- bunları OZAN bilər.

Bu gözəl əməllərin səfini kim pozursa,
Sənin gördüyün işi kim adına yazırsa,
Əgər paxıllar sənə dərin quyu qazırsa,
Özü düşər quyuya, bunları qazan bilər.

Dədəm QORQUD milləti düzgün yola çəkirdi,
Xətai, Babək,Cavad düşmən bağrı sökürdü.
Aruz kimi namərdlər qardaş qanı tökürdü,
Bunları tarx yazan, bir də Xan QAZAN bilər.

Düz əmələ, düz sözə çoxdur ağız büzənlər,
Bu gərdiş, bu vərdişlə çətin dünya düələr
Əyrilərin kələfi tez açılar, çözülər,
Bunu tək Fuad deyil, həm də yol azan bilər.

OLARMIŞ

Dəyirmanı dən üyüdən daşıdır,
Üzüyü qiymətli edən qaşıdır.
İnsanı tanıdan onun başıdır,
Başı da başlara qatmaq olarmış.

Suyu olmayan quyular çaladır,
Tor görən gözlərə ağ da aladır,
Naxələf çıxan dost başa bəladır,
Dostları da qırıb atmaq olarmış.

Min oyunu var fələyin qaçılmaz,
Namərdlərə mənim qapım açılmaz,
Günəş batsa heç vaxt şölə saçılmaz,
Hər bir dərdə dərman tapmaq olarmış.

Qartalsız qayalar daş parçasıdır,
Qırqovulsuz meşə sar yuvasıdır,
Ceyran gəzən düzlər gül açasıdır,
Gözəl güllər- çiçəklər də solarmış...

Qartala, ceyrana, dağa sevgi var,
Torpağa,meşəyə, bağa sevgi var,
Kimin ki, qəlbində qağa, sevgi var...
Sevənlər çox şeyəqadir olarmış...

Fuad İslamoğlu

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM