Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri

12:06 / 23.06.2021

Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu  və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

     Bu gün dünyamız, iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə yeni dəyişikliklər dövrünü yaşayır. Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə səbəb olmuşdur. 1990-ci illərdə dünyada baş verən iqtisadi və siyasi dəyişikliklər içərisində ən önəmlisi Sovet İttifaqının (SSRİ) dağılması olmuşdur. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bölgədə yeni dövr başlamışdır. Sovet İttifaqının dünyada geniş coğrafi ərazini əhatə edən və daxilində bir çox kütləni  birləşdirən bir dövlət olması, burada olan dəyişikliklər bütün dünyaya  yaxından təsir etmişdir. Azərbaycan Respublikası müstəqilliyi əldə etdikdən sonra istər-istəməz bütün sahələrdə və o cümlədən dövlət idarəçiliyində də islahatlar həyata keçirmək məcburiyyətində qalmışdır. 1991-ci ildə federativ dövlət quruluşundan milli dövlət quruluşuna keçmək Azərbaycan qarşısında dayanan mühüm məsələ idi.  Dövlət idarəetməsi anlayışı çoxnövlü və mürəkkəb olduğundan inzibati hüquqda onun vahid tərifi yoxdur. İdarəetməyə geniş mənada təşkilati fəaliyyət və idarə olunan obyektə məqsədyönlü təsir kimi baxılır. Dövlət idarəetməsi əsas və birinci əlaməti inzibati hüquq predmeti kimi onun ümumi xarakterli olmasıdır. Bu əlamətə görə ümumi idarəetmə özündə başqa idarəetmə sahələrindən fərqləndirən təşkilati, funksional və hüquqi aspektləri birləşdirir.

Respublikanın yeni Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipinin təsbit olunması ilə (7-ci maddə) dövlət aparatının aparıcı bölməsi olan dövlət idarəetmə orqanları icra hakimiyyəti subyektlərinə dəyişdirilmiş, əmək bölgüsü hakimiyyət bölgüsü ilə əvəz edilmişdir.

Bu gün dövlət idarəçiliyində modernləşmə, milli dövlət qurmaq konsepsiyasının əsas hədəflərindən biri səmərəli dövlət idarəçilik sistemini formalaşdırmaqdan ibarətdir. Müstəqillikdən sonra Respublika əvvəllər üzləşmədiyi siyasi, iqtisadi, institusion, hüquqi və psixoloji problemlərlə qarşılaşmasına baxmayaraq bu problemlərin həlli nəticəsində əldə olunan siyasi, iqtisadi və dövlət idarəçiliyi sahəsindəki nailiyyətlərlə səmərəli milli inkişaf modelini formalaşdırmışdır. Dövlətin fəaliyyətinin iqtisadi, siyasi əsasları və  hüquqi təminatının səmərəlilik göstəricilərindən  asılı olaraq onun dövlət idarəçilik sistemi formalaşır. Bu prosesdə hər bir ölkənin idarəçilik sisteminin onun tarixi və mədəni inkişafının məhsulu olması həqiqətini də unutmaq olmaz.

Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirir. Aparılan islahatların əsas məqsədi səmərəli  idarəçilik sisteminin formalaşdırılması, demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatının, hüquqi  dövlətin əsas dayaqlarının qurulması prosesinin sürətləndirilməsindən ibarətdir. Keçirilən islahatlarla bunu əsaslandırmaq olar. Müasir islahatların əsasları sırasına :

-        şəffaf idarəetmə;

-        innovativ idarəetmə;

-        dövlət xidmətlərinin əlçatanlığı və rahatlığı;

-        asan və nəzakətli xidmət;

-        çevik və peşəkar xidmət;

-        vətəndaş məmnunluğu;

-        ictimai nəzarətin gücləndirilməsi  daxildir.

Azərbaycan  Respublikası müstəqillik əldə etdikdən sonra  bütün sahələrdə olduğu kimi dövlət idarəçilik sahəsində də islahatların həyata keçirilməsinə başlanılmışdır. Dövlət quruculuğu və idarəetməsi sahəsində islahatların əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışından sonra reallaşmağa başlamışdır. Ümummilli lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən, ilk növbədə, “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. İqtisadiyyatı dağıntıya məruz qalmış, sosial-siyasi həyatını qeyri-stabilliyin bürüdüyü  ölkənin rəhbərliyinə yenicə qayıtmış  Ulu öndər  ölkəni hiper inflyasiyadan, total ictimai-siyasi və sosial böhrandan, xaosdan xilas etmiş, siyasi, makroiqtisadi, makromaliyyə stabilliyinin və dinamik sosial-iqtisadi inkişafın bünövrəsini qoymuşdur. Stabilləşdirmə, islahatlar, dünya iqtisadi inteqrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf, xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının başlıca konturlarını təşkil edirdi. Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.Hal-hazırda 30 ildir ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyət göstərməkdədir. Geridə qalan 30 il ərzində çox sayda çətin  yollardan keçmişdir. Müstəqillik əldə etməklə birlikdə Azərbaycanda milli dövlət quruculuğu prosesi başladı. Kod adı keçid dövrü və milli dövlət quruculuğu olan dövlət idarəçiliyində islahatlar bir tərəfdən əyalətədn milli dövlətə çevrilməyi, digər tərəfdən isə müasir dünya standartlarına yaxınlaşma ilə xarakterizə olunur. Dövlət idarəçiliyində islahatlarda məxsusilə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə yeni konstitutusiyanın qəbulu ilə yeni mərhələ açılmış və 1998-ci ildə müvafiq sahədə islahatlar üzrə komissiyanın qurulması ilə daha da sürətlənmişdir. Ölkədə dövlət idarəçiliyinin strukturunda, maliyyə əsaslarında, normativ bazasında, kadr hazırlığı sistemidə, dövlət qulluğunda və s. sahələrdə mühüm adımlar atılmışdır. Hal-hazırda da bu proses davam etməkdədir. Azərbaycanda dövlət idarəçiliyində islahatların müxtəlif problemlərinin olmasına baxmayaraq, qətiyyətlə beynəlxalq təşkilatla əməkdaşlıq yolu ilə ölkə digər sahələrdə olduğu kimi bu sahədə də irəli gedir.

Prezident İlham Əliyev ulu öndərimizin idarəçilik irsindən maksimum bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son 18 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

              İslahat anlayışı dövlət anlayışı qədər qədimdir (təxminən e.ə. III minillik). Bunu öyrənmək üçün çoxlu sayda tarixi mənbələr vardır. Azərbaycan ədəbiyyatındakı vəsiyətnamələr, divannamələr, siyasətnamələr, risalələr və s. bu qəbildən olan mənbələrdir. İdarəetmədə islahatlara tək bir elmi anlayış vermək mümkün deyil.  XX əsrin ortalarından etibarən dövlət idarəçiliyi islahatlar üzrə dünyada aparılmış elmi tədqiqatlar, milli dövlətlərin ortaya çıxması və  Azərbaycanda milli dövlətin yaradılması, qloballaşma və onun milli  dövlət üzərindəki təsirləri, milli dövlətlərin getdikcə aşınması, Azərbaycanda dövlət idarəçilyi sistemi, dövlət idarəçiliyində islahatlar yerli özünüidarəetmə, dövlət qulluğu sistemi, qloballaşmanın Azərbaycanın dövlət idarəçilik sistemi üzərində təsirləri, Azərbaycanda müasir dövlət idarəçiliyinin formalaşmasından bəhs edən, müstəqillik əldə edildikdən sonra Azərbaycanda islahatlardan bəhs edən mənbələri qeyd etmək olar.

İnkişaf etmiş qərb ölkələrində XX əsrin ortalarında etibarən “milli dövlət”    adı altında bəhs edilən müəyyən tədqiqatlar ortaya çıxmağa başlamışdır ki, bu mənbələr əsasında dövlət idarəçiliyində islahat anlayışını müəyyən etmək mümkün olmuşdur. İyirminci əsrdən sonra ortaya çıxan müstəmləkəçiliyin ləğv edilməsi nəticəsində milli dövlətlərin formalaşması prosesi başlamışdır. Eyni zamanda milli dövlətin önəmli ünsürü olan milli süverenlik termini üzərində də bir çox alimlər araşdırma aparmışdılar.  Araştırmalarda qloballaşmanın milli süverenlik və dövlət idarəçiyi reformları üzərindəki təsirləri və bu təsirlərin nəticəsində reformların qloballaşması araşdırmalarda vurğulanmaqdadır. Eləcə də milli dövlət və qloballaşma əlaqələri, təsirləri və gələcəyi əsas araşdırma mövzusu olmaqdadır.  Tədqiqatlarda sənayə cəmiyyətindən informasiya cəmiyyətinə, ikincisi, fordist istehsaldan əsnək istehsala, üçüncüsü, modernizimdən postmodernizmə, dördüncüsü, milli dövlətlər dünyasından qlobal bir dünyaya geçid üzərində araştırmalar aparılmışdır.O cümlədən qloballaşmanın gətirdiyi dəyişimlər bir çox alimlərin aktual araştırma mövzusunu təşkil etməkdədir.  Dəyişən dünyada idarəetmənin dəyişməsinə yenilənməsi üzrə Drucker, Peter dövlət idarəçiyində dəyişmə və idarəetmənin gələcəyi üzrə tədqiqatlar aparmışdır.

Dövlət idarəçiliyində qloballaşmanın təsir nəticəsində və xüsusilə də qloballaşma və  dövlət idarəçiliyində islahatların qarşılıqlı təsiri olaraq islahatlarda özünü göstərən yeni tendensiyalar bunlardır və müasir tədqiqatların əsas mövzusunu təşkil etməkdədir. Bunlardan milli dövlətlərdən qlobal dövlətlərə, optimal dövlətdən minimal dövlətə, qeyri-mərkəzləşmə, dövlətləşdirmə, milliləşdirmə, özəlləşdirmə, inkişaf idarəetməsi, yenidən təşkiletmə, yaxşılaşdırma, təkmilləşdirmə, uyğunlaşdırma, inteqrasiya, tənzimləmə, müdaxilə, davamlı inkişaf, dayanaqlı inkişaf, quruculuq və s. göstərmək olar.

 1995-ci il tarixində konstitusiyanın qəbulu ilə keçid dövrünün və qərarsızlığın sona çatdığını söyləmək mümkündür. Müstəqil Azərbaycanın ilk Konstitutusiyası 12 noyabr 1995-ci il tarixində referendum yolu ilə qəbul edilmiş və 27 Noyabr 1995-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan xalqının çoxəsirlik dövlətçilik ənənələrini və müstəqillik haqqında Konstitutusiya Akında müəyyən edilmiş prinsiplərə əsaslanan altı niyyət bəyan edilmişdir. Bu niyyətlər sırasında  demokratik quruluş, hüquqi, bəşəri dövlət, ədalətli iqtisadi və sosial  qaydalara əsaslanan vətəndaş cəmiyyətini qurmaq da vardır. O cümlədən konstitutusiya ilə Azərbaycan Respublikasının dövlət idarəçiliyi, hakimiyyət qollarının (qüvvələrinin) ayrılması, siyasi, iqtisadi sistemin və dövlətin əsasları müəyyən edilmişdir ki, bunlar və onların həyata keçirilməsi islahat tələb edirdi. 

Bu səbəbdən də 29 dekabr 1998-ci il tarixində ümummilli liderimiz Heydər Əliyev  “Azərbaycan Respublikasının dövlət idarəçilik sistemində islahatlar üzrə Dövlət Komissiyasının qurulması haqqında” fərman verdi.  Komissiyanın tərkibində müntəzəm fəaliyyət göstərən 4 istiqamət də işçi qrupu formalaşdırıldı və bu qruplara mütəxəssislər, yüksək vəzifəli dövlət qulluqçuları üzv edildi. Bu istiqamətlər; 1) dövlət xərclərinin idarəolunması sisteminin yenidən qurulması, 2) Maliyyə təftiş sisteminin islahatı, 3) dövlət idarəçilik sisteminin islahatı və 4) hüquq və məhkəmə sisteminin islahatı.   

Əsilində 1998-ci ildən etibarən ölkədə dövlət idarəçiliyi adına həyata keçirilmiş bütün islahatlar bu komissiyadan çıxmış və onun baxışlarına əsaslanan dövlət idarəçilik sisteminin quruculuğu prosesi başlamışdır.

Azərbaycan Respublikasının milli dövlət quruculuğu çərçivəsində qulluq sisteminin quruculuğu prosesi  rəsmi olaraq 1995-ci ildə Konstitutusiyasının qəbul edilməsi ilə başlamışdır. Xüsusilə 55-ci maddənin (vətəndaşların dövlətin idarəedilməsində iştirak hüququ) əks olunması ilə bu prosesin konstitusion əsasları yaradıldı. Bu istiqamətdə normativ hüquqi bazanın yaradılması, dövlət qulluğuna qəbulun imtahanla keçirilməyə başlanması, müvafiq dövlət qulluğu komisiyasının və şurasının yaradılması, dövlət qulluqçuların hazırlanması sisteminin yaradılması, qulluqçuların sosial təminat sisteminin formalaşdırılması və s. addımlar aparılan işlərdən xəbər verir. Bu prosesdə xarici təcrübənin öyrənilməsi sahəsində də ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edilir. Bu tədqiqat qeyd olunan işlərin analizi ilə paralel olaraq həm də bu sahədəki tarixi təcrübənin öyrənilməsi, ondan müyyən dərslərin çıxarılmasına da diqqət ayırmışdır.   Bu günə qədər Azərbaycan tarixində dövlət qulluğu düşüncəsinin təkamülü, onun inkişafının mərhələləri geniş izah edilmişdir. Azərbaycan tarixinin XIX əsdən sonrakı dövrünün bugünkü reallıqlar üzərindəki təsiri, buraxdığı izlər heç bir ideoloji, etnosentrist təsirlərə düşülmədən geniş təhlil olunmuşdur. Saray bürokratiyası, komendant üsül-idarəsi, milli kadr potensialının formalaşması, sovet nomenklaturası və bugünkü dövlət qulluğunun quruculuğunu mərhələlərlə təhlil edilmişdir. Azərbaycanda dövlət qulluğu sahəsində kadr hazırlığının tarixinə geniş yer vermiş və onun bu günü tarixi baxışla açıqlamağa çalışmışdır.Azərbaycan, Sovetlərin dağılmasından sonra 1991ci ildə müstəqiliyini qazanmış gənc bir dövlətdir. Bugünkü inziabati sistemdə olan bəzi problemlər Sovetlər birliyindən miras qalmışdır. 

          Konstitusiyaya təklif edilən bu və ya digər dəyişikliklər Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirilməlidir.Azərbaycan Respublikası Konstitusiyasında 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə növbəti dəyişikliklər həyata keçirilmişdir. Konstitusiyanın 23 maddəsində dəyişiklik edilmişdir və Konstitusiyanın mətninə  6 maddə  əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə edilən dəyişikliklər nəticəsində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılmışdır. Azərbaycan Respublikası Prezidentinə növbədənkənar seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Vitse-prezidentlik institunun təsis olunması da dövlət hakimiyyətini daha da möhkəmləndirmişdir. Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi bu layihə xüsusi əhəmiyyətə malikdir. Düşünürəm ki, istər parlament seçkiləri, istərsə də prezident seçkiləri ilə əlaqədar yaş həddinin götürülməsi demokratik prinsiplərin gücləndirilməsi deməkdir. Azərbaycan Respublikasında   islahatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də  demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir.

Azərbaycan dövlət idarəçilik sistemini Qərbi Avropa ölkələrinin dövlət idarəçilik sisteminə uyğunlaşdırmağa səy göstərməkdə və islahtları bu istiqmətdə davam etdirməkdədir. Azərbaycanda dövlət idarəçilik sistemində idarəçilik sahəsində radikal islahatlar yerinə təkmilləşdirmə, daha da dəqiqləşdirsək, mərhələli islahat və qərarların alınmasına üstünlük verilmekdedir. Bu özünü dövlət qulluğu sahəsində olan islahatlarda da göstərməkdədir.

 Bu İcra hakimiyyəti, qanunverici və məhkəmə orqanlarında xidmət göstərən dövlət qulluqçularını əhatə edir. Dövlət müəsissələrdə çalışan müəllim, həkim və mədəniyyət sahəsində çalışanlar isə dövlət qulluçusu sayılmır. Bu sahədə çalışan işçilərin hüquqi statusu, hüquq və vəzifələrinin tənzimlənməsində xüsusi bir qanun yoxdur. Bu sahədə xüsusi bir qanunun olması bu sahədə çalışan dövlət işçilərinin hüquqi satusu baxımından önəmli bir məsələ olacaqdır.

          Ölkəmizin davamlı inkişafının həm hal-hazırki dövründə, həm də gələcəkdə dövlətin əmin əllərdə olması üçün effektiv dövlət qulluğuna malik olmaq həyati vacib məsələdir. Bu o deməkdir ki, Dövlət strategiyalarının inkişaf etdirilməsi və yerinə yetirilməsi üçün əsas vasitə səmərəli, cavabdeh, şəffaf və məsul dövlət qulluğudur. Sakinlərin (vətəndaşlar) rifahı üçün vacib olan  səhiyyə, təhsil və digər sosial xidmətlərin yerinə yetirilməsində dövlət qulluğu əsas rola sahibdir. Dövlət xidmətlərinin mövcudluğu, əl çatabilərliliyi, şəffaflığı və keyfiyyəti bu xidmətləri təmin edən dövlət qulluqçularının motivasiyası və peşəkarlığından asılıdır. Əhalinin rifahı üçün aktual proqramları formalaşdırdığı və həyata keçirdiyi üçün dövlət qulluğu bir dövlətin (hökumətin) bel sütunudur (əsasıdır). Dövlət qulluqçuları həmçinin vətəndaşların çox zaman gördüyü dövlətin bir üzüdür. Maliyyə və digər resurslarla dəstəklənən güclü dövlət qulluğu əhalinin fundamental ehtiyaclarını ödəməklə ölkədə sülh və harmoniyanı təmin edir. Son 60 ildə sürətli, davamlı iqtisadi və sosial inkişafa nail olmuş dövlətlərin müvəffəqiyyəti yaxşı strutuklaşdırılmış, idarəedilən və müvafiq təhsilli, təcrübəli və əxlaqlı şəxslərdən təşkil olunmuş dövlət qulluqçularınından ibarət olmasıdır. Sinqapur, Koreya və Malayziyanın müvəffəqiyyətinə baxarkən dövlətlərin sürətli inkişafında müvafiq dövlət qulluğu sahəsində olan mühüm töhfələri qeyd etməliyik. O cümlədən ölkəmizdə dövlət qulluğu sahəsində çox əhəmiyyətli islahatlar həyata keçirilməkdədir. Dövlət qulluğu dövlətin mühüm institutlarından biri kimi qəbul olunmuşdur. Milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik ida­rəçiliyin yaradılması, döv­lət orqan­la­rı­nın fəaliyyətində çevikliyin və şəffaflığın, hesabatlılığın gücləndirilməsi, və­tən­­daşların qayğı və ehtiyac­larının daha dolğun təmin edil­məsi və dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə ye­ri­nə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularından formalaşdırılması islahatın əsas istiqamətlərini təşkil etmişdir. Ölkəmizdə bu istiqamətdə qəbul olunan seçki qanunvericiliyində namizədlərin əmlak bəyannaməsi, vəzifəli şəxslərin əmlak bəyannaməsi, dövlət qulluqçularının əmlak bəyannaməsi, dövlət qulluğuna  qəbulda şəffaflıq (video çəkiliş ilə və mətbuat işçilərinin iştirakı ilə müsahibələrin keçirilməsi) dövlət orqanlarının veb səhfələrinin dolğunluğu, dövlət orqanlarında (  Dövlət Gömrük Komitəsi) bir pəncərə sisteminin tətbiqi və müvafiq sahələrdə həyata keçirilmiş islahatlar ölkəmizdə şəffaflığın və hesabatlılığın təmin olunmasına yönələn səmərəli fəaliyyət kimi dəyərləndirilə bilər. Dövlət qulluğunda səmərəliliyin artırılması üçün aşağıdakı təklifləri verə bilərik:

·         Sübut olunmuş bacarıq və fəaliyyəti xarakterizə edən yeni karyera strukturu.

·         Obyektiv şəkildə hər il təşkil olunan yeni qiymətləndirmə sistemi.

·         Ömrü boyu öyrənmək və öz üzərində çalışmaq mədəniyyəti.

·         Heyət üzvlərini hər 2 və ya 5 ildən bir öz vəzifələrini dəyişməyə təhrik edən,    həvəsləndirən yeni mobil qanunlar.

·         Yüksək rəsmi şəxslərin seçilməsi, təyin olunması və qiymətləndirilməsi üçün yeni qayda və prosedurların qəbulu. Müasir yanaşmada dövlət qulluğu təhsil, səhiyyə və digər sosial xidmətlərdən yararlanan vətəndaşlara və bazar iqtisadiyyatından müxtəlif səbəblərdən yararlana bilməyənləri  təmin etmək üçündür. Təkmilləşmə üçün əsas aspekt Elektron hökumət anlayışıdır. Elektron hökumət menecmentliyini təkmilləşdirmək üçün informasiya texnologiyasını vətəndaşlara təklif olunan xidmətin keyfiyyətini yaxşılaşdırmağa, biznes sektoruna, digər dövlət və hökumət orqanlarına, həmçinin dövlət rəsmilərinə tətbiq edir. Dövlət idarəçiliyində səmərə və effektivlik gücünü artırmaq, e-hökumətin tətbiqinə başlanması istiqamətində Elekton İmza, Elektron Sənəd və Elektron Ticarət qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən  2003-cü il fevralın 17-də 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)", 2010-2012-ci illəri əhatə edən “e-hökumət” Dövlət Proqramı, “e-hökumət”in formalaşdırılması üçün Fəaliyyət Planı  və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il fərmanı  yaxın illər ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirir. E-dövlətin tələblərindən irəli gələrək vətəndaşlar, biznes qurumlar, ictimai təşkilatlar ilə əlaqələrində daha da şəffaf və hesabat təqdim edən olması, sadə və münasib üsüllarla münasibətlərin təşkilinin təmin edilməsi üçün geniş şəkildə elektron xidmətlərin tətbiq edilməsi həyata keçirilirməkdədir. Bütün bunlar da dövlət idarəçiliyində şəffaflığın və bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün  2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmiş, Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Dövlət qulluğuna şəffaf seçim və irəliləyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalaşdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında açıqlığın təmin olunması zəruri əhəmiyyət kəsb edir.Elektron hökümətin inkişafında müasir milli idarəetmə brendi olaraq “ASAN xismət” in rolu əvəzsizdir. Bir çox funksiyaları ilə sözügedən idarəetmə modeli elektron hökümətin səmərəli fəaliyyətinə öz tövhələrini vermişdir. Hal-hazırda Azərbaycan Respublikası ərazisində elektron müraciət və elektron xidmətlərindən ən geniş şəkildə istifadə edən qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) olması elektron hökümətlə sözügedən model arasındakı sıx bağlılığı göstərir. Bundan başqa sözügedən inkişaf fəaliyyətlərinə ASAN imzanı da daxil edə bilərik. Asan imza Azərbaycan Respublikasında elektron imzanın tətbiq olunmasında yeni bir istiqamət hesab olunur. Asan İmza elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün istifadə olunan mobil identifikasiyadır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

 

 

      Dövlət Qulluğuna  yeni yanaşmalar

ü  Müştəri / Vətəndaş yönümlülük

ü  İctimaiyyətin iştirakı və nəzarəti

ü  İdarəetmədə şəffaflıq

ü  Mərkəzləşdirilməmiş idarə,

ü  İnsan resurslarının idarə edilməsi,

ü  Performans Prioritet İdarəetmə,

ü  Yeni İdarəetmə yanaşmaları.

 

ü  Müştəri / Vətəndaş yönümlülük

Klassik dövlət idarəçiliyi anlayışı "dövlət nə istehsal edirsə, vətəndaş onu istehlak edir" bu günkü müasir dövlət idarəçiliyi anlayışına tamamilə ziddir. Son əlli ildə dünyada populyasiyada görünən artımla yanaşı, inkişaf edən texnologiya, rabitə və nəqliyyat vasitələrindəki artım ehtiyac növlərində dəyişikliklərə səbəb oldu. Buna görə, müasir dövlət idarəçiliyi anlayışı tamamilə “vətəndaş yönümlü” olmalıdır.

Vətəndaşların ehtiyacları müəyyən bölgələrə, şəhərlərə və hətta məhəllələrə görə dəyişir. Bu vəziyyətdə ehtiyacları təyin etmək, sərmayə qoymaq və lazımi yerlərə xərcləmək lazımdır.

 

ü  İctimaiyyətin iştirakı və nəzarəti

Bu o deməkdir ki, xalq yalnız seçkilərdə səs vermir, həm də birbaşa və ya siyasi qərar vermə və idarəetmə prosesində təmsil olunmaqla iştirak edir. İştirakın mənası, vətəndaş hüquqları, demokratik idarəetmə, korrupsiya ilə mübarizə və yoxsulluğun azaldılması hədəflənir.

1980-ci illərdən bəri dünyada idarəetmədə şəffaflıq anlayışı inkişaf etməyə başladı. Demokratik ölkələrdə ictimai nəzarət çox vacibdir. Dövlətin işlərini izləmək və nəzarət etmək vətəndaşın haqqıdır. Dövlət sektorunda şəffaflıq prinsipinə uyğun olaraq həyata keçirilən hər hansı bir iş, məxfi olmadan şəffaf və izlənilməlidir. İdarəetmə nə qədər şəffaf olarsa, qərarlarının qanuniliyi bir o qədər artır. Beləliklə, dövlət sektorundakı inzibati şəffaflıq sayəsində bir avtomatlaşdırma sistemi və bir yoxlama mexanizmi yaratmaq və korrupsiyanın qarşısını almaq mümkün olacaqdır.

İnsan resurslarının idarə edilməsi

1990-cı illərə qədər tətbiq olunan ictimai kadr idarəçiliyi əvəzinə yeni adı və yeni funksionallığı ilə yeni bir anlayış hakim oldu. İstər özəl sektorda, istərsə də dövlət idarəçiliyində, bir şəxs bir işə baxırsa, burada bir rəhbərlik var. Bu rəhbərlikdə bir iş, işin tələbləri və iş üçün uyğun kadrları təyin etmək üçün insan qaynaqları şöbəsinə ehtiyac duyulurdu.

            Performans Prioritet İdarəetmə,

Klassik dövlət idarəçiliyində performans meyarları nəzərə alınmırdı. Müəssisədəki müvəffəqiyyət və işçilərin keyfiyyətləri hər zaman ikinci dərəcəli idi. Lakin artan ehtiyaclar, sürətlə artan əhali və məhdud mənbələr səbəbindən xərc hesablamaları tələb olunur. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin ixtisarına paralel olaraq az adamla performans, səmərəlilik və ixtisaslı performans qaçılmaz oldu.

           Yeni  İdarəetmə yanaşmaları

Bu gün ölkələr klassik dövlət idarəçiliyi əvəzinə yeni dövlət rəhbərliyini (New Public Managment) həyata keçirməyə meyllidirlər. Yeni dövlət idarəetmə yanaşmasında, ictimaiyyətin yoxlanıla bilən olması, görülən işlərdə şəffaflıq və effektiv ictimai xidmət mədəniyyəti və kadrların daha təsirli və təşəbbüskar insanlar tərəfindən həyata keçirilməsidir.

Yeni dövlət rəhbərliyi yanaşmasında üç fərqli nümunə verilə bilər.

Bunlar;

Ümumi keyfiyyət idarəetməsi,

Strateji İdarəetmə vəQiymətləndirmə kimi göstərilə bilər.  Bunlardan birincisi, ümumi keyfiyyət menecmentinin başa düşülməsidir, bir müəssisədə keyfiyyətə nail olmaq bir nəfərlə deyil, hər bir vahidlə əlaqəlidir. Yeni dövlət idarəetmə yanaşmalarının ikinci anlayışı olan strateji idarəetmə yanaşması  dəyişən və inkişaf edən ətraf mühit dəyişikliyi amillərini nəzərə alaraq bəzi planlar hazırlamaq lazımdır. Bu planlar qısa, orta və uzun müddətli olaraq həyata keçirilir. Nəhayət, Qiymətləndirməyə isə  "ən yaxşı insanı tapın, bacarıqlarını öz müəssisənizdə istifadə edin" kimi tərif  verilə  bilər.

  Yaxşı idarəçilik (Good Governance) dövlət idarəçiliyi elminin inkişafı nəticəsində gəldiyi son mərhələdir. Artıq XX əsrin 90-cı illərindən bütün Qərb alimləri idarəetmədə yaxşı idarəçilik nəzəriyəsini əsas götürməkdədirlər. Beynəlxalq təşkilatlar da son illərdə yaxşı bir dövlət idarəçiliyini ifadə etmək üzrə "good governance" anlayışını çox geniş şəkildə istifadə etməkdədirlər. Birləşmiş Millətlər, Dünya Bankı, IMF və OECD kimi quruluşlar ənənəvi dövlət idarəçiliyindəki problemlərin ciddi bir dövlət islahatı və "yaxşı idarəçilik" (good governance) perspektivi ilə ortadan qalxacağını müdafiə etməkdədirlər. Haqqında danışılan təşkilatların nəşr etdikləri hesabatlarda dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın təmin olunmasında və korrupsiya kimi problemlərin ortadan qaldırılmasının ana reseptinin "yaxşı idarəçilik"dən keçdiyi vurğulanmaqdadır.

   

  Yaxşı idarəçiliyə keçidin əsas transformasiyaları kimi idarəedənlərin vətəndaşlara münasibətdə yaxınlaşması, hansı ki vətəndaş müştəriyə çevrilir, nəticəyə doğru oriyentasiya, qeyri-mərkəzləşmə prosesi, vətəndaşların dövlət siyasətinin mərkəzində yer almasıdır. Bütün bunlar da, vətəndaşın dövlətin gücünün qaynağı və inkişafının əsas subyekti kimi qəbul edir. Bu baxımdan vətəndaşın səsi ilə siyasi hakimiyyət formalaşdığından və vətəndaş dövlətin əsas vergi ödəyicisi olduğundan haqlı olaraq istəyir ki, onun səsi ilə vergisi ilə formalaşan dövlətin ona təqdim etdiyi xidmətlər yüksək səviyyəli olsun, vətəndaşlardan gələn sosial sifariş ona qanun şəkildə qayıtsın ki, ondan hər kəs bəhrələnə bilsin. Eləcə də, dövlət idarəetməsi onun üçün şəffaf və hesabat təqdim edən olmaqla yanaşı bu sahədə  işlək mexanizmlər də olsun. 

   Dövlət idarəetmə sisteminin islahatları konsepsiyasının layihəsində peşəkar dövlət qulluğu institutunun formalaşdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu məqsədlə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanaraq 21 iyul 2000-ci il tarixdə qəbul olunmuş və 2001-ci ilin sentyabr ayından qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 3 dekabr 2002-ci il, 24 iyun 2009-cu il, 20 aprel 2012-ci il, 11 aprel 2016-cı il tarixli Qanunları ilə ona dəyişikliklər edilmişdir .

"Dövlət qulluğu haqqında" qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratmışdır. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma təlabatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratmışdır. Qanun funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulma qaydalarından asılı olaraq dövlət qulluğu vəzifələrini siyasi, inzibati və yardımçı vəzifələrə bölür, inzibati və yardımçı vəzifələrin təsnifatını müəyyənləşdirir. Qanunda dövlət qulluğunun cəmiyyət qarşısında cavabdehliyini və cəmiyyətə xidmət göstərməyə yönümlülüyünü, şəffaflığını, peşəkarlığını, etikliyini təmin edən prinsiplər müəyyənləşdirilmişdir.

"Dövlət qulluğu haqqında" qanunda kadrlarla iş prosesinin mühüm məsələləri də öz əksini tapdı, kadr siyasətinin əsas istiqamətləri, kadrların komplektləşdirilməsinin prinsipləri və üsulları təsbit olundu. Qanun qəbul edildikdən sonra 2001-2005-ci illər ərzində onun icra mexanizmi yaradıldı, dövlət qulluğunun bir çox məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul olundu .

2002-ci il 29 mart tarixli Qanunla Azərbaycan Respublikasının “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamə təsdiq olundu. Vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və palnlaşdırılması işinin həyata keçirilməsi və s. Şuranın funksiyalarına aid edildi .

Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olunmuş və fəaliyyətə başlamışdır. Şuranın tərkibi bərabər sayda (hər biri altı nəfər təyin etməklə) ölkə Prezidenti, Milli Məclis və Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Belə bir müstəqil orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların maddi təminat və nizam-intizam məsələlərinin həlli zamanı istifadə olunan müxtəlif proseduraların səmərəliliyini, şəffaflığını və obyektivliyini təmin etməkdə çox mühüm rol oynamalıdır .

Dövlət Qulluğunu İdarəetmə Şurasının həyata keçirdiyi əsas funksiyalar bunlardır :

Ø  vahid dövtət kadr siyasətinin formalaşmasında iştirak;

Ø  dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;

Ø  dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;

Ø  dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodiki göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

Ø  dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodiki işinin əlaqələndirilməsi;

Ø  qanunda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətinə baxılması;

Ø  dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması; 

Ø  dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;

Ø  dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlıqda iştirak.

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinə onun tərkibindən üzvlərinin sadə səs çoxluğu ilə seçilən sədr rəhbərlik edir. O, Şuranın işini təşkil edir.

Əsasnamənin 3.6 maddəsinə görə Şuranın qərarının məcburiliyi dövlət qulluqçuları üçün müvafıq olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri və Konstitusiya Məhkəməsinin sədri tərəfındən təmin olunur .

2002-ci il avqustun 24-ü müstəqil Azərbaycanın tarixinə mühüm siyasi hadisə ilə daxil oldu. Həmin gün respublika vətəndaşları Prezident Heydər Əliyeb tərəfindən təklif olunmuş “ Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında” aktın layihəsinə ümumxalq səsverməsində fəal iştirak etdilər. Referenduma çıxarılan məsələlərin son dərəcə aktual olduğuna və Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasını təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə yönəldiyinə əmin olan Azərbaycan vətəndaşları vaxtında irəli sürülmüş bu təşəbbüsə öz müsbət münasibələtlərini nümayiş etdirərək, dövlətin siyasi xəttini müdafiə etdilər. Referendum müstəqil Azərbaycanın inkişafı yolunda, xüsusən insan hüquqlarının müdafiəsi və demokratik proseslərin genişlənməsində yeni mərhələnin təməlini qoydu .

Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" təsdiq edilmişdir. 2003-cü ilin avqustunda inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq olunduqdan sonra qanunun icrasına dair intensiv müzakirələr başlandı. Layihənin köməkliyi ilə strategiyalar proqramı hazırlandı və Dövlət Qulluğunu İdarəetmə Şurasının birinci iclasında müzakirəyə çıxarıldı. Proqramda dövlət qulluğu sahəsindəki problemli məsələlər, islahatların əsas məzmunu barədə faydalı xülasə əks olunurdu .

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar bütün dövlət idarəçiliyi orqanlarda elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır. Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət almış və elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldilməsi ilə yanaşı, vətəndaşların da məmnunluğunu da artırmışdır .

Azərbaycan Respublikasında “elektron hökumət”lə bağlı ideya ilkin olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunub. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası”nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalaşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi .

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi dövlət qulluğunun qarşısında duran vəzifələrdən biridir. Bu səbəbdən də idarəetmədə aparılan islahatlar prosesində dövlət orqanlarınıri fəaliyyətində şəffaflığın artırılması daim diqqət mərkəzindədir.

Dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları fiziki və hüquqi şəxslərin dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən narazı qalmasına, vətəndaş məmnunluğunun təmin olunmamasma və nəticədə dövlət qulluğunun nüfuzunun zədələnməsinə səbəb ola bilən mühüm təzahürlərdəndir.

Vətəndaşlara xidmətlərin göstərilməsi proseşində bürokratik süründürməçilik, süni inzibati maneələrin yaradılması dövlət qulluğunun nüfuzunu zədələməklə yanaşı, “vətəndaş-dövlət qulluqçusu münasibətlərində inzibati mübahisələrə də yol aça bilər.

Əhalinin dövlət aparatına olan münasibəti dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətin keyfiyyətindən, rahatlığından və müəssərliyindən birbaşa asılıdır. Buna görə də cəmiyyətdə mövcud olan sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət qulluğu, idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, əhalinin dövlətə və dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək islahatlar prosesində mühüm məqamlardan biridir.

Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.

 

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq olunmuşdur. Strategiya dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən konseptual sənəd rolunu oynamaqdadır. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsini nəzərdə tutur.Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir. Fəaliyyət planları Strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri özündə əks etdirir. Sərəncama əsasən Strategiyada nəzərdə tutulan tədbirlərin əksəriyyətinin həyata keçirilməsi üzrə əsas icraçı qurum və icrasının monitorinqi üzrə əlaqələndirici qurum kimi Dövlət İmtahan Mərkəzi müəyyən edilmişdir.

Strategiya çərçivəsində aşağıdakı inkişaf istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir:

· Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi

· Dövlət qulluğunda kadr siyasətinin inkişafı

· Dövlət qulluğunda rotasiya

· Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi

· Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi

· Dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi

· Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması

· Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət

· Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

· Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi

Mərkəz Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına uyğun olaraq 2019-cu il ərzində icra edilməsi nəzərdə tutulan 23 tədbirdən 14-ü üzrə əsas icraçı, 9 tədbir üzrə icraçı qurum kimi müəyyən edilmişdir. Hesabat ili ərzində həmin tədbirlərin icrası təmin edilmişdir. Tədbirlərin operativ və səmərəli icrasını təmin etmək məqsədilə Strategiyada icraçı qurum kimi müəyyən edilən orqanların əməkdaşlarından ibarət tərkibdə işçi qrupları yaradılmış, Fəaliyyət Planında müəyyən edilmiş tədbirlər müzakirə edilmişdir.Həmçinin, icraçı qurumlardan başqa, digər dövlət orqanlarına və publik hüquqi şəxslərə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı təkliflərini təqdim etmələri üçün məktublar göndərilmiş, yekunda onlardan gələn təkliflər də nəzərə alınmaqla müvafiq layihələr hazırlanmışdır.

          Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsirıin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zərruriliyi nəzərə alınaraq yaradılmışdır .Agentliyin yaradılması vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müəssər olması, dövlət qulluğürıun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyərlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin - “rəqabət” prinsipinin tətbiqinə başlanılmışdır. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Pespublikasi Prezidentinin 11 aprel 2016-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmışdır .Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilmişdir .

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə aşağıdakıları aid edə bilərik :

Ø  Dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edilməsi və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

Ø  Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdiriliməsi üçün test imtahanından keçən şəxsə sertifikatın verilməsi;

Ø  Dövlət qulluğu üzrə verilmiş sertifikatların uçotunun aparılması;

Ø  Dövlət orqanının yaratdığı müsahibə komissiyasının tərkibinə nümayəndələrin təqdim edilməsi;

Ø  Dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənilmsi və bu barədə hesabatın hazırlanması;

Ø  Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatlarn ümumiləşdirilməsi;

Ø  Dövlət qulluqçularının reyestrinin aparılması və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsinin təmin edilməsi;

Ø  Müvafiq sahədə kadr hazırlığının təmin edilməsi, həmçinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlərin görülməsi;

Ø  Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və imtahandan müvəffəqiyyətlə keçən şəxslərəsertifikatların verilməsi;

Ø  Abituriyentlərin biliyinin qiymətləndirilməsinin həyata keçirilməsi və s.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nizamnaməsini rəhbər tutur . Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir . Azərbaycanda dövlət idarəçilik sahəsində aparılan uğurlu islahatlar  ölkəmizdə səmərəli dövlət idarəçiliyinin modelini daha mükəmməl forma aldığını göstərir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM