Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik ölkələr sırasında aparıcı yerlərdən birini tutur və bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan praqmatik daxili və xarici siyasət kursu dayanır. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasını, çoxşaxəli islahatlar proqramını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu qət etdiyi yolu qısa müddətdə keçdi və tarixi uğurlara da imza atdı.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” şüarını irəli sürən İlham Əliyevə Azərbaycan xalqı 2003, 2008, 2013 və 2018-ci illərdə dəstək ifadə edərək Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qaldığını ortaya qoydu. Bu gün dünyanın tanınmış siyasi liderləri, ictimai xadimlər, beynəlxalq ekspertlər və digərləri də etiraf edir ki, ötən 18 il ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkədə ictimai-siyasi sabitliyin təmininə, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqlarının qorunmasına gətirib, çıxartmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Dağlıq Qarabağ kimi ağır bir yaranın aradan qaldırılmasına gətirib çıxartdı.
Prezident İlham Əliyev: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə də xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas səbəbidir, əsas şərtidir. Azərbaycan dünya miqyasında bu gün sabitlik məkanı kimi, sabitlik adası kimi tanınır və bu, bizim böyük nəaliyyətimizdir”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr yenicə müstəqilliyini elan edən bir respublikanın hansı ağır sınaqlarla üz-üzə qaldığını biz gənclərə tarix kitablarından məlum edir. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkə tədricən mövcud böhranlardan çıxa bildi. Bu siyasi kurs Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Heydər Əliyev siyasətinə və həmin siyasətin İlham Əliyev nümunəsində yeni keyfiyyət mərhələsinə keçiriləcəyinə olan inamın nəticəsidir ki, Azərbaycan dövləti bu gün dünyada öz sözünü deyən, öz haqqını tələb edən və planetin gələcəyi üçün önəm daşıyan qlobal proseslərdə yaxından iştirak edən ölkələr sırasında yer alır.
Heç şübhəsizdir ki, Azərbaycan xalqının həyatında sıçrayış, ciddi dəyişikliklər Prezident İlham Əliyevin Ali posta seçildiyi 2018-ci ildən sonrakı dövrdə də davam edir. Xüsusi ilə, aprelin 11-də xalqın böyük dəstəyi ilə növbəti müddətə dövlət başçısı seçilən Möhtərəm Cənab Prezident İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi aspektdə dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil etmək üçün əhəmiyyətli addımlar atılacağını bəyan etdi və ötən 3 ilin statistikası da göstərir ki, buna nail oldu.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı bir daha hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strategiya nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirtdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Prezident İlham Əliyev: “İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi. Daha da cəsarətli siyasət aparıldı. Müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Bu gün dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir. Və Vətən müharibəsi bir daha onu göstərdi”
Bu gün 3 il bundan öncə verilən vədlərin yerinə yetirilmə əmsalına nəzər yetirərkən bir daha deyilən sözlərin, verilən vədlərin qətiyyətlə yerinə yetirildiyinə şahidlik etmək olar:
1. Azərbaycan 30 ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ problemini həll etdi;
2. Dünyanın enerji təhlükəsizliyində mühüm yeri olan Cənubi Qaz Dəhlizi layihəsinin reallaşmasına nail oldu;
3. Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyətinə nail oldu. Şimal-Cənub, Qərb-Şərq nəqliyyat xətlərinin həyata keçməsində həlledici həlqələrdən birinə çevrildi;
4. Planeti cənginə alan karonavirusla mübarizə sahəsində beynəlxalq təşəbbüslərlə çıxış etdi və BMT səviyyəsində xüsusi sessiyanın keçirilməsinə nail oldu və s.
Bunlar ötən 3 il ərzində ölkəmizin imza atdığı mühüm nəaliyyətlərdir. Lakin görülən işlər bununla yekunlaşmır. Azərbaycan hazırda Qoşulmama hərəkatı və Türk şurası kimi təşkilatlarına sədrlik edir. Ölkəmizin gücü və haqlı mövqeyi bu təşkilatlar vasitəsi ilə qlobal tribunalara daşınır. Prezident İlham Əliyev hücum diplomatiyası kimi unikal ideoloji nəzəriyyəsi hesabına Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin möhkəm hüquqi bazasını yaratdı. Bir sıra beynəlxalq və regional təşkilatların Ermənistanın hərbi təcavüzü ilə bağlı qətnamələr qəbul etməsinə nail oldu.
Prezident İlham Əliyev: “Dağlıq Qarabağ ordusu anlayışı yoxdur! Dağlıq Qarabağ Respublikası anlayışı yoxdur! Münaqişənin yalnız 2 tərəfi var. Ermənistan və Azərbaycan. ATƏT-in MİNSK qrupunun həmsədrlərindən soruşun, münaqişə tərəfləri kimlərdir?! Onlar da eyni sözləri söyləyəcəklər. Ermənistan və Azərbaycan! Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu başqa sualdır, lakin o, tərəf deyil. Və biz onlarla danışmayacağıq”
Bir sözlə, Prezident İlham Əliyev beynəlxalq arenalardan çıxışları zamanı dünyada mövcud olan ikili standartları darmadağın etdi və işğal altında olan torpaqların azad edilməsi məsələsinə münasibətdə riyakar siyasət və xarici müdaxilə təhlükəsini aradan qaldırdı. Çoxsaylı tədbirlərdə işğalçı Ermənistanın mövqeyinə vurulan sarsıdıcı zərbələr 44 günlük müharibədə əldə edilən tarixi zəfərin məntiqi nəticəsinə çevrildi.
Prezident İlham Əliyev: “2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitutsiyamıza və müqəddəs Qurani Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacam və bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu. Tarixi ədaləti bərpa etdi”
Bəli, Azərbaycan xalqı bu gün Vətən müharibəsində torpaqlarımızı işğal altında saxlayan, sərvətlərimizi talayan, maddi-mədəni abidələrimizi məhv edən məkrli düşmən üzərində şanlı qələbənin qürurunu yaşayır. Bu gün Qarabağ azaddır! Və orda bərpa-quruculuq işləri gedir. Biz gənclər isə əminik ki, növbəti müddətə dövlət başçısı seçilən İlham Əliyev Azərbaycanın güclü dünya siyasətində öz yeri və rolu olan aparıcı mövqelərə yüksələn dövlətə çevirmək istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyevin iradəsi sayəsində yaranan xalq-lider birliyi yeni tarixi nəaliyyətlərə imza atmağın qarantına çevriləcək.
Vətən müharibəsi biz gənclər üçün dövrümüzün ən şərəfli, şanlı səhifəsi kimi daim xatırlanacaq. Bu gün əminliklə deyə bilərəm ki, hər bir gənc böyük fəxarət və şərəf hissi ilə həmin günləri yad edir, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir.
Murad Cənnətov
YAP üzvü, III dərəcəli dövlət qulluqçusu
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM