Tarix elmləri doktoru, professor
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrildi. Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məhz Prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirdi.
BTQ Avrasiya məkanında ticarət əlaqələri, yük daşımaları sahəsində yeni və iqtisadi cəhətdən daha əlverişli nəqliyyat marşrutunun yaradılması zərurətindən ərsəyə gəlmişdir. Məlumdur ki, hazırda Avrasiya regionunda Avropa Birliyi və Çin əsas iqtisadi güc mərkəzləri kimi çıxış edirlər. Onların arasında yükdaşımaları şimaldan Transsibir dəmir yolu ilə Rusiya ərazisindən, cənubdan isə Hind okeanı-Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin fərqli geosiyasi maraqları baxımından Avropa Birliyinin və Çinin bu nəqliyyat marşrutlarına münasibətləri müxtəlifdir. Avropa Birliyi ölkələri hesab edir ki, Şimal dəmir yolu marşrutunun Rusiya ərazisindən keçməsi yüksək siyasi risklər doğurur. Digər yanaşmaya görə, Cənub dəniz yolu marşrutu üzrə daşınmalar isə xeyli vaxt itkisinə səbəb olur ki, bu da iqtisadi səmərəlilik baxımından əlverişsizdir. Ona görə də BTQ yeni marşrut kimi şimal və cənub istiqamətləri üzrə tranzit daşımalarının potensialını kifayət qədər artıran və geoiqtisadi baxımdan ciddi səmərəlilik vəd edən layihə kimi dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdır.
Qeyd edək ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsi olan BTQ dəmir yolu layihəsinin hazırlanması və reallaşması müxtəlif çətinliklərdən keçmişdir. Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün məqsədli şəkildə təbliğat apararaq onun iqtisadi baxımdan səmərəsiz olduğunu iddia edirdi. Lakin ilk növbədə Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi və etimadı bütün çətinlikləri dəf etməyə və növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparmışdır. Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. 2007-ci ildə BTQ dəmir yolunun tikintisinə dair Sazişin imzalanması nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirmişdir.
Son bir neçə ildə Azərbaycan həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarını, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərini müasir tələblərə uyğun yenidən qurmaqla dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilmişdir. Ölkəmizin transmilli enerji, nəqliyyat-kommunikasiya və yükdaşıma layihələrində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun regiondakı geoiqtisadi əhəmiyyətini, beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında rolunu artırmışdır. Azərbaycan BTQ dəmir yolu layihəsinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı kimi artıq dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
BTQ-nin Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacağı şübhə doğurmur. Dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa, eyni zamanda iqtisadi baxımdan əlverişli marşrut xəttidir və onun vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı dövrdə isə 17 milyon ton və daha artıq həcmdə yüklərin daşınması proqnozlaşdırılır. Həmçinin yeni dəmir yolu yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin kəskin artması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.
Azərbaycan ixracatçılarının dünya bazarlarına səmərəli və ucuz xərclərlə çıxmasına, marşrut üzərindəki dövlətlər arasında xarici ticarət dövriyyəsinin həcminin artmasına BTQ dəmir yolu mühüm təsir göstərəcəkdir. Bu nəqliyyat marşrutunun digər geoiqtisadi əhəmiyyəti Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən keçməklə Avropa ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından ibarətdir.
Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir. Avropa Birliyinin enerji-nəqliyyat təhlükəsizliyi siyasətində Azərbaycana həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi böyük əhəmiyyət verilməsi ölkəmizin geosiyasi dəyərini artıran mühüm amillərdən biridir. Eləcə də bu amil dünya iqtisadiyyatının mərkəzlərindən biri olan Çinin Azərbaycanın apardığı transmilli nəqliyyat siyasətini dəstəkləməsində özünü göstərir. Rəsmi Pekin Şərq-Qərb nəqliyyat dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə aid layihələrə xüsusi diqqət yetirir. Çin hətta BTQ dəmiryolu layihəsinə böyük maraq göstərmiş və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bildirmişdir. Hazırda Azərbaycanın Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemində mövqeyi getdikcə güclənir və onun tranzit imkanları artdıqca iqtisadi güc mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və s.) ilə strateji tərəfdaşlığı daha da möhkəmlənir.
Bütün bunlar bir daha göstərir ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaranacaqdır. Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM