BMT-nin Baş katibi Antonio Quterreş iqlimə dair zirvə toplantısının iştirakçılarına müraciətini sərt xəbərdarlıqla başlayıb.
Quterreş deyib: “Əgər biz həyat tərzimizi dərhal dəyişməsək, həyatımız təhlükə altında qalacaq...Təbiət qəzəblənib. Əgər onu aldatmaq mümkün olduğunu düşünürüksə, çox yanılırıq, çünki təbiət bizdən qisas alacaq”.
Baş katib xatırladıb ki, təbiətin qəzəblənməsinin təzahürlərini artıq bu gün hər yerdə görmək olar. O deyib: “Bir neçə gün bundan əvvəl mən Baham adalarında oldum. İki gün ərzində Dorian qasırğası orada qarşısına çıxanı məhv edirdi. Mənim orada gördüyüm dağıntılar apokalipsisə oxşayırdı. Bunlar sadəcə dağıntı deyil, bizim gələcəyimiz barədə xəbərdarlıqdır”.
“Bugünkü sammit söhbətlər xatirinə çağırılmayıb. Söhbətlər çox olub. Bu görüş fəaliyyət görüşüdür. Çıxışımın əvvəlində dediyim kimi, bu sammitə “bilet almaq” üçün əvvəlcədən hazırlanmış nitq kifayət deyil. Bizə konkret əməllər lazımdır”, - deyən Antonio Quterreş sözünə davam edib: “Vergi ödəyicilərinin qazandığı trilyonlarla dolları qazıntı şəklində yanacaq hasilatına sərf etmək absurd deyilmi? Axı bu yanacaq qasırğalara, tropik xəstəliklərin yayılmasına və münaqişələrin artmasına çevrilir. Məgər yeni kömür zavodları tikmək absurd deyilmi? Axı bu zavodlar bizim gələcəyimizi qara tüstü dumanına bürüyür. Məgər havanın çirklənməsini təşviq etmək absurd deyilmi? Axı bunun nəticəsində dünyada milyonlarla insan məhv olur, bəzi ölkələrdə şəhər sakinləri evlərindən çıxmağa qorxurlar”.
BMT-nin baş katibi deyib: “Biz öz qazdığımız quyuya düşmüşük. Həmin quyudan çıxmaq üçün əvvəlcə onun qazılmasını dayandırmaq lazımdır. Bəli, hər şey pul ilə başa gəlir, lakin fəaliyyətsizlik bizə hər şeydən baha başa gələcək.
İqlimə dair Paris sazişinin iştirakçıları temperatur artımını 2 dərəcə, daha yaxşısı 1,5 dərəcə həddində saxlamalı öhdəyə götürüblər. Lakin parnik qazları emissiyasının artdığı, atmosferdə bu qazların konsentrasiyasının rekord səviyyəyə çatdığı indiki şəraitdə bu hədəflərə nail olmaq qeyri-mümkündür. Alimlər bildirirlər ki, vəziyyət belə davam etsə bu əsrin sonuna qədər Yer kürəsində orta temperatur 3 dərəcə yüksələcək. O vaxt mən sağ olmayacam, amma mənim nəvələrim və sizin nəvələriniz burada yaşayacaqlar. Mən onların yeganə evinin dağıdılmasında iştirakdan imtina edirəm. Mən bizim bu günümüzü məhvə sürükləyən, nəvələrimizi gələcəkdən məhrum edən cinayətin lal-dinməz şahidi olmaqdan imtina edirəm”.
Sammitin açılışında Baş katiblə bərabər gənc nəslin nümayəndələri də çıxış ediblər. Onlardan biri – 16 yaşlı İsveç məktəblisi Qreta Tunberq zalda əyləşən dünya liderlərinə müraciətlə deyib: “Siz bizə, gənclərə ümid bəsləyirsiniz. Nə haqla?! Siz boş-boş danışmaqla mənim arzularımı, mənim uşaqlığımı oğurlamısınız. Mənim hələ bəxtim gətirib. İnsanlar əzab-əziyyət çəkir, ölürlər, bütöv ekosistemlər dağılır. Biz kütləvi şəkildə məhv olmağın astanasındayıq. Siz isə yalnız pul barədə danışır, bizi fasiləsiz iqtisadi inkişaf barədə nağıllarla doydurmaq istəyirsiniz. Buna nə haqqınız var?!”
Baş katib deyib: “Cavanlar bu problemin həlli üçün öz varıantlarını təklif edir, bizi məsuliyyətli olmağa çağırır və təcili tədbirlər görülməsini tələb edirlər. Onlar haqlıdırlar: biz planetimizi qorumaq vəzifəsinin öhdəsindən gələ bilməmişik. Bu səhvi düzəltmək lazımdır”.
Antonio Quterreşin fikrincə, “vaxt keçir, lakin hələ hər şey itirilməyib”. O deyib: “Gəlin bizdən daha müdrik olanlara – dini liderlərə, biznes rəhbərlərinə və xüsusən bizim təbiətə münasibətimizi dərhal dəyişmək tələbi ilə küçələrə çıxan gənclərə qulaq asaq. Gəlin iqlim dəyişmələrinə qarşı savaşda birlikdə qalib gələk”.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM