Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə təbriklərini çatdıran QMİ sədri qeyd edib ki, Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun.
Təbrikdə daha sonra deyilir: “Bu ilki Ramazan bayramı Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval-ruhiyyəsi ilə özəldir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!
Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işlərinin müjdəsindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq. Dövlət başçımızın Birinci vitse-prezidentlə bərabər Şuşa, Ağdam məscidlərini ziyarəti, Məkkədən gətirdikləri Qurani-Kərimi hədiyyə etmələri Allah Evinə ehtiram nümunəsi olmaqla yanaşı, həm də müqəddəs Kəbə Evinin daxilində Qarabağın azadlığı üçün edilən duaların qəbul olunmasının rəmzidir. Ağdam məscidini ziyarət edərkən biz, din xadimləri, dindarlar illərdir etdiyimiz duaların müstəcab olmasına, dövlət-xalq birliyi sayəsində Qarabağın azad olmasına, məbədlərimizin əsarətdən qurtulmasına, əzəli torpaqlarımızda dini-mənəvi irsimizə sahib çıxmağımıza görə Uca Allaha şükr-sənalar etdik. Bu, həm də İslam dünyasının uğuru, müsəlman aləminə fəxrdir”.
Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan COVID-19 bəlasının və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını diləyirik. Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.
“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi, xalqımızı hər zaman müzəffər qərar versin! Allah Azərbaycanı qorusun! AMIN!”, - deyə təbrikdə vurğulanır.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM