Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Strategiya.az-a verilən məlumata görə, Qız Qalası konservasiya işlərindən və yeni muzey ekspozisiyasının qurulmasından sonra açılır
Şəhərimizin qədim tarixinin əsas rəmzlərindən biri, milli memarlığımızın incisi, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasından sonra öz qapılarını ziyarətçilər üçün açır.
2 yanvar 2014-cü il tarixindən Bakı sakinləri və şəhərin qonaqları Qız Qalasını ziyarət edərək yeni muzey ekspozisiyası ilə hər gün saat 10.00-dan 18.00-dək tanış ola biləcəklər.
İçəri Şəhərdə yerləşən tarixi abidələrimizin qorunub saxlanılması və bərpası sahəsində həyata keçirilən geniş miqyaslı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni irsimizə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçəri Şəhərin qorunmasında və təbliğ edilməsində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu olmuşdur.
Qız Qalasında muzey konservasiyası işlərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq 2009-cu ildə başlanılmışdır.
İstifadə olunacaq bərpa materiallarının, konservasiya üsulunun seçilməsindən və müvafiq sınaqlardan sonra, 2011-ci ilin mart ayında abidənin kontrforsu və baxış meydançasında başlayan müvafiq işlər, 2012-ci ilin iyun ayından Qalanın əsas dairəvi hissəsinin fasadında davam etdirilmişdir. 2013-cü ilin yanvar ayında abidənin daxilində konservasiya işlərinə start verilməsi ilə əlaqədar Qala ziyarətçilər üçün bağlı elan olunmuşdur.
Konservasiya işləri Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi altında xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilmişdir.
Konservasiya prosesi həmçinin, abidənin tarixinin və təyinatının öyrənilməsində öz tövhəsini verə bilən elmi tədqiqatlarla müşaiyət olunmuşdur. Cari ilin oktyabr ayında Qız Qalasının həm fasadında, həm də daxilində bərpa və konservasiya işləri müvəffəqiyyətlə başa çatmış və Qalanın daxilində beynəlxalq standartlara cavab verən müasir muzey ekspozisiyasının yaradılmasına başlanılmışdır.
Latviyanın "DD Expo" şirkətinin təcrübəli mütəxəssislərinin köməyi ilə yaradılmış yeni muzey ekspozisiyası ilə tanışlıq zamanı ziyarətçilər
Qalanın tarixi, daxili strukturu, tikilməsinin məqsədi və təyinatı ilə bağlı fərziyyələrlə, onu daimi əhatə edən əfsanələr və digər maraqlı faktlarla yaxından tanış ola biləcəklər. Qız Qalasının baxış meydançasından isə açılan mənzərə, həm qədim İçəri Şəhərin, həm də günü-gündən gözəlləşən və inkişaf edən müasir Bakının görüntüləri ziyarətçiləri heyran edəcəkdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM