Politoloq
AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantı
Bu gün həm yerli, həm də beynəlxalq mətbuatda ən çox istifadə edilən anlayışlardan biri siyasi mədəniyyətdir. Bir çox hallarda bu anlayış fərqli məzmunlarda işlədildiyindən öz həqiqi mənasından uzaqlaşa bilir. Bəziləri onu "davranış qaydası", digərləri isə "siyasi norma" kimi dəyərləndirir amma bu kateqoriyanın dolğun mənası aydın şəkildə diqqətə çatdırılmır. O baxımdan, siyasi mədəniyyət kateqoriyasının məzmun və elementlərini diqqətə çatdırmağı məqsədəmüvafiq hesab edirik.
Siyasi mədəniyyət nədir?
Ümumiyyətlə, bəzi araşdırmaçılar siyasi mədəniyyəti milli mənəviyyat kimi dəyərləndirirlər. Amma bu mövqe məsələyə dar çərçivədən yanaşmanın fonunda ortaya çıxıb. Məsələyə geniş rakursdan yanaşsaq, qeyd edə bilərik ki, siyasi mədəniyyət vətəndaşların hakimiyyətlə qarşılıqlı münasibətlərinə aid olan mövqe və davranışların əsasını təşkil edən dəyərlərin, eyni zamanda, siyasi sistemin iştirakçıları arasında təzahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur.
Demokratiyanın səviyyəsini müəyyən etməyə imkan verən siyasi mədəniyyət elementləri
Bu baxımdan, bir ölkənin siyasi sisteminin hüquqi əsaslar və siyasi dəyərlərə söykəndiyini, başqa sözlə, həmin ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri siyasi mədəniyyətdir. Çünki siyasi mədəniyyət demokratiyanın səviyyəsini müəyyən etməyə imkan verən aşağıdakı elementlərin daşıyıcısıdır:
1. Vətəndaşların siyasi hakimiyyətə münasibəti onların davranış və rəylərində öz əksini tapır. Siyasi mədəniyyət isə məhz bu cür davranış və rəylər əsasında formalaşır, inkişaf edir;
2. Siyasi hakimiyyətin ölkə vətəndaşlarına münasibəti də siyasi mədəniyyətdə əksini tapır. Məsələn, hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə ya onları siyasi həyatda iştirak etməyə sövq edir, fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətinə mane olmur, ya da hər bir vasitə ilə fərdlərin siyasi iştirakçılığı və sosiallaşmasının qarşısını alır. Bu da, nəticə etibarilə, fərdlərin siyasi iştirakçılıq səviyyəsi və dolayısıyla, siyasi mədəniyyətinə təsir edir;
3. Siyasi mədəniyyətin inkişaf etməsi vətəndaşların siyasi idarəetməyə təsirini artırır. Eyni zamanda, cəmiyyətin fəal üzvləri qərar qəbulu və icrası prosesinə də təsir göstərir. Bu isə hakimiyyət-cəmiyyət münasibətlərinə birmənalı şəkildə müsbət effekt bağışlayır;
4. Siyasi mədəniyyət idarəetmədə iştirak edən və etməyən fərdlərin mənəvi-psixoloji yönümlərini və dəyərlərini müəyyən edir. Bu da ölkə daxilindəki siyasi davranış və mövqeləri formalaşdıran amil kimi çıxış edir. Sözügedən faktor bir ölkənin perspektiv inkişaf səviyyəsini müəyyənləşdirən kontur qismində dəyərləndirilir.
Ölkənin siyasi inkişafını təmin edən strateji faktor
Sadalananlar onu deməyə əsas verir ki, siyasi mədəniyyət siyasi sistemin önəmli komponentlərindən biri olmaqla ölkənin siyasi inkişafını təmin edən fundamental faktor qismində çıxış edir. Eləcə də yüksək siyasi mədəniyyətin formalaşması üçün cəmiyyətdə güclü siyasi liderlərin mövcudluğu zəruri amil kimi dəyərləndirilir. Ona görə ki, önəmli idarəetmə təcrübəsi və potensialına sahib olan liderlər legitim siyasi mühit yaratmaqla siyasi mədəniyyətin yüksək səviyyəsini təmin etmiş olur, bu da siyasi dəyərlərin transformasiyasına zəmin yaradır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM