Avrasiyanın gələcək geostrateji mənzərəsi regional ziddiyyətlər kontekstində

15:40 / 31.07.2014

Dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri mövcud olub. Xüsusilə də, beynəlxalq münasibətlər sisteminin güc mərkəzləri Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb.

Son zamanlar isə regional ziddiyyətlər daha çox diqqəti cəlb edir. Xüsusilə də Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr dünya siyasətində regional amillərin təsirinin daha daha da artdığını göstərir. Şübhəsiz, bütün bu ziddiyyətlər nəhəng güc mərkəzlərinin hegemonluq iddialarına söykənir. Avrasiya hegemonluğu uğrunda yeni mübarizənin strateji əhəmiyyətli regionlardan başlaması və “heartland” mübarizəsinin platsdarmı rolunda ayrı-ayrı ölkələrin çıxış etməsi təsadüfi deyil. Çünki əvvəla, həm Şərqi Avropa, həm də Yaxın Şərq və Şimali Afrika dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan geostrateji məkanlardır. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə bəhs edilən məkanlar qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan bölgələrdir. Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər zaman-zaman bu bölgə ölkələrini uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Daha da dəqiqləşdirsək, strateji əhəmiyyətli məntəqələr Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir. 

Hazırda eskalasiya mərhələsi başa çatan regional münaqişə və ziddiyyətlər Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək, desək, yanılmarıq. Çünki bu cür konfrantasiyalar hazırkı dönəmdə Avrasiyada inteqrasiya prosesini zəiflətsə də, ortamüddətli perspektivdə yeni əməkdaşlıq platformalarının gündəmə gəlməsini şərtləndirə bilər. Qarşıdurmaya cəlb olunan ölkələr (məsələn, Ukrayna) regionda və beynəlxalq miqyasda öz tərəfdaşlarını yenidən tanımaq şansı əldə etdilər. Bu, heç şübhəsiz, sonrakı dönəmdə müəyyən ediləcək taktiki və strateji addımların əsasları və istiqamətlərinə ciddi təsir göstərəcək. Bir sözlə, Avrasiya yeni geostrateji situasiyaya doğru irəliləyir.

Son regional ziddiyyətlər Şərqi Avropa bölgəsində bəzi dəyişikliklərə səbəb olmaqla geosiyasi transformasiyaya müəyyən qədər yol açdı. Məsələn, bu regionda baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır, başqa sözlə, bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək. Əlbəttə, Ukraynanın gələcəkdə növbəti siyasi böhranlar burulğanına düşməsi mümkündür. Müəyyən zaman kəsiyində siyasi mübarizənin bəzən kəskin, bəzənsə yumşaq forması özünü göstərəcək.
Dolayısıyla, dünya yeni geosiyasi şərait və zərurət qarşısındadır. Ayrı-ayrı regionlarda baş verən məlum proseslərdən sonra Avrasiyanın siyasi tarixində yeni bir səhifə açılmaqdadır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM