Elçin Əhmədov: Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri

09:00 / 15.11.2018

Elçin Əhmədov

Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.

Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Bu baxımdan Ermənistan Baş nazirinin BMT Baş Assambleyasının 73-cü sessiyasında, son günlərdə isə Paris Sülh Forumunda çıxışı, eyni zamanda  qondarma “DQR”nın 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etmiş və 26 il əvvəl Xocalı soyqırımını torətmiş və tarixən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar oz dogma yurdlarından məcburən koçkün düşmüşdür.

Qeyd etmək vacibdir ki. münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü  və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir.

Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələri, eləcə də Təhlükəsizlik Şu­ra­sı sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması bildirilir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.  Son zamanlar isə, Avropa İttifaqı və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Buna baxmayaraq münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində ciddi fərqlər qalmaqdadır.  Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə, növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər – yəni,  80 mindən çox azərbaycanlı tarixən yaşadıqları doğma yurdlarına qayıtdıqdan sonra isə status məsələsi ilə bağlı məsələlər aydınlaşmalıdır. Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı  əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskva yaxınlığında “Mayndorf” qəsrində   Rusiya, Azərbaycan və Ermənistan  prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir.

Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar. Ancaq er­mə­­ni­lər öz müqəddəratını təyin etmə hüququndan hələ əsrin əv­vəl­lə­rində ən yüksək səviyyədə istifadə edərək özlərinin müs­tə­qil dövlətini – Ermənistan Respublikasını  yaratmış­lar. Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri isə müstəqil Azər­bay­­can dövlətində yaşayan milli azlıqlardan biridirlər. Bey­nəl­­xalq hüquq nor­ma­la­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər . Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Bu baxımdan, ermənilərin öz mü­qəddəratını tə­yin etmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının kobud şəkildə pozul­ma­sı deməkdir.

Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev aparılan görüşülər zamanı danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını bildirmişdir. Bununla yanaçı, ATƏT-in Minnsak qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınmışdı ki,  Azərbaycan və Ermə­nis­tan münaqişə tərəfləri, Dağ­lıq Qaraba­ğın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi danışıqlarda iştirak etməlidirlər. Yəni, bu beynəlxalq formatdır.  Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayarq iki dovlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox gorüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli gorüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur – E.Ə).  Bununla yanaşı, əgər Dağlıq Qarabağın erməni icması münaqişənin nizama salınması üçün aparılan danışıqlarda  iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə gorüşə bilərlər. Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı  İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır. Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etmişdir ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir.

Bundan əlavə, qeyd etmək vacibdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində siyasi müstəqillik anlamında nəzərdən keçirilə bilməz. Çünki, Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan  milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq nor­ma­la­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər (internal self-determination).Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir.

Ermənistan Respublikası hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir. Lakin unutmaq lazım deyil ki, ermənilər Cənubi Qafqazda öz müqəddəratını artıq bir dəfə təyin edərək hazırkı Ermənistan Respublikasını yaratmışlar.Əgər bu məntiqlə bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən, Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni qondarma erməni "dövlətləri" yaradıla bilər.

Bu baxımdan, ermənilərin öz mü­qəddəratını tə­yin etmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozul­ma­sı deməkdir. Ermənistan dərk etməlidir ki, nə hüquqi, nə də siyasi baxımdan güc mövqeyində deyildir. Əksinə, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın yekun statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini və qaçılmazlığını təsdiq edirlər.

Bununla yanaşı, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

 Azərbaycan Prezidenti  İlham Əliyev dəfələrlə öz çıxışlarında  Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu,  ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və  Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirmişdir. Azərbaycan Prezidentinin dediyi kimi,  ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir.

Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 27 il ərzində Minsk qrupunun göstərdiyi səy­lər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməmişdir. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respublikası­na qarşı Ermənistan Respublikasının birbaşa təcavü­zü faktının etiraf olunmaması ilə bağlıdır. Bundan istifadə edən Ermənistan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır.

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb. Eyni zamanda, dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq: “...Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq”.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Azərbaycan dünya birliyini  Ermənistanın Azərbaycana təcavüzünün regionda  törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və  Ermənistanı işğalçılıq siyasətindən  çəkindirməyə  çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş  səyləri nəticəsiz qalacaq, etnik  münaqişələrin miqyası daha da  genişlənəcəkdir.

 

 

 

 

 

 

 

 

 



Strategiya.az

Xəbərlər
11.12.2018

Akademiyanı bitirən 39 məzun diplomsuz qalıb- Video

11.12.2018

Berlində keçirilən anım tədbirində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb

11.12.2018

Səbaildə əl qumbaraları tapılıb 

11.12.2018

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

11.12.2018

İlhamə Quliyevanın oğlundan xəbər var 

11.12.2018

Bakının prospektləri arasında əlaqə genişləndirilir -63 yeni yol salınacaq

11.12.2018

Akademik -"Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir"

11.12.2018

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

11.12.2018

Velosipedçimiz Portuqaliyada 3-cü oldu

11.12.2018

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

11.12.2018

“Fənərbaxça”da qalmaqal – futbolçular prezidentə qarşı

11.12.2018

Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu xəbəri mütləq OXUYUN - VİDEO

11.12.2018

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11.12.2018

Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi

11.12.2018

Respublika çaylarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə edilib

11.12.2018

Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir

11.12.2018

“Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri mükafatlandırılıb

11.12.2018

46 mənzil və 3 qeyri-yaşayış obyektinin icazəsiz sökülməsinə görə cinayət işi başlanıb

11.12.2018

Qaçaqmalçılıq üçün əyninə çadra geyinən qadın və həyat yoldaşı ifşa olundu

11.12.2018

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

11.12.2018

XƏBƏRDARLIQ! - Külək güclənəcək, yağış, qar...

11.12.2018

Sabahkı hava şəraiti açıqlanıb

11.12.2018

“Moody's”: Neftin qiyməti 50-70 dollar/barrel arasında dəyişəcək

11.12.2018

Rusiyadan Azərbaycana gələn avtomobildə 75 ədəd güllə aşkarlanıb 

11.12.2018

Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir

11.12.2018

Qurban Qurbanovdan şok addım - təzminatdan imtina etdi

11.12.2018

"Məcmueyi-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvləri Ulu öndəri yad etdilər

11.12.2018

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim olundu

11.12.2018

Çayda batan şəxsin meyiti tapılıb

11.12.2018

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

11.12.2018

Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradır

11.12.2018

Noyabrda Azərbaycanda sutkada 801 min barrel neft çıxarılıb

11.12.2018

Keçirilən reydlər nəticəsində...

11.12.2018

Əfqanıstanda kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib

11.12.2018

Bakıda 2 maddə ilə axtarışda olan qadın saxlanılıb

11.12.2018

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb

11.12.2018

Neymar "Srvena Zvezda"ya qarşı oynayacaq?

11.12.2018

Yaxın Şərqdə yeni ixtilafa doğru: Ər-Riyadla Əbu-Dabinin təhlükəli oyunu?

11.12.2018

Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

11.12.2018

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11.12.2018

“Məni buna o vadar etdi” – Bacanağına olan acığını heyvanlardan çıxdı - VİDEO

11.12.2018

“Azeri Light”ın bir barreli 62,73 dollara satılır

11.12.2018

Neftin qiyməti bahalaşır

11.12.2018

Qubada 19 yaşlı gənc itkin düşüb

11.12.2018

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11.12.2018

Narkotik qəbul etdi, arvadını 5-ci mərtəbədən atdı

11.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

11.12.2018

Makron Fransada fövqəladə vəziyyət elan etdi

11.12.2018

"Lazarev klubu": "qara piar" kampaniyasında yeni həlqə

11.12.2018

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz