Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il  Fərmanının və əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin strateji aspektləri

08:01 / 16.03.2019

ŞƏFA ƏLİYEV

İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü


         Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev tərəfindən 28 fevral 2019-cu ildə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Bu iri maliyyə tutumlu və mühüm sosial-iqtisadi əhəmiyyətli Fərmanın verilməsi Azərbaycan dövlətinin öz vətəndaşının rifahına nə dərəcədə strateji yanaşmasının bariz nümunəsidir.  Şübhəsiz, bütün bunlar üçün dövlət başçısının siyasi iradəsi, öz vətəndaşının sosial müdafiəsinə strateji yanaşması və onun yanında olması önəmli rol oynamışdır.

Qeyd edək ki, müstəqilliyin bərpasından sonrakı dövrdə sosial-iqtisadi inkişafın formalaşması proseslərinin mükəmməl təşkili hazırkı uğurların əsas zəmini kimi baxıla bilər. Belə ki, müasir dövrdə Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonrakı proseslərdə tarixi problemlərin həll edilməsi lazım gəlmişdir. Güclü dövlətçilik atributlarının yaradılması, sosial-iqtisadi inkişafın dayanıqlılığı və dinamikliliyi təmin edilmişdir. Milli sərvətlərdən milli rifah naminə istifadənin təşkili, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadi inkişaf modelinin bazar iqtisadi prinsiplərinə uyğunlaşdırılmasında böyük uğurlar əldə olunmuşdur. Ölkənin iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxması üçün ardıcıl və təsirli tədbirlərin görülməsi intensivləşmişdir və bu tarixi missiyaların reallaşdırılmasında Ulu Öndər, böyük şəxsiyyət və dahi zəkaya malik Heydər Əliyevin xidmətləri danılmazdır.

1993-2003-cü illərdə Heydər Əliyev - Azərbaycanda sosial-iqtisadi inkişaf modelinin memarı kimi yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafın müstəqil və milli maraqlar əsaslı modeli formalaşdırılmışdır:

ü  Ölkəmiz özünün milli sərvətlərindən istifadə etmək strategiyasını reallaşdırmağa nail olmuşdur.

-  Bütün sahələrdə köklü islahatlar aparılmış və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün əsaslı zəmin yaradılmışdır.

-  Azərbaycan neft və qaz amilindən istifadə etməklə, milli iqtisadiyyatın müstəqil və dayanıqlı iqtisadi inkişaf modelini formalaşdırmışdır.

- Azərbaycan regionda və dünyada çox mühüm əhəmiyyət kəsb edən enerji layihələrinin təşəbbüskarı və əsas maliyyə donoru kimi çıxış etmişdir.

-  Ölkəmizin sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması və sosial rifahı ana xətt kimi strateji səviyyəyə qaldırılmışdır.

2003-cü ildən sonrakı dövr isə “İlham Əliyev- Azərbaycanda müasir sosial-iqtisadi inkişaf modelinin qurucusu kimi” adlandırılsa, daha ədalətli olardı. Belə ki:

- 2003-cü ilin sonlarından başlayaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində yeni çağırışlar əsas götürülməklə, sosial və iqtisadi islahatların dərinləşdirilməsi təmin olunmuşdur.

- Neft və qaz sahələri ilə bərabər, qeyri-neft sektoru sahələrinin inkişafı sürətləndirilmişdir.

- Ölkə regionlarının sosial-iqtisadi inkişafı prioritet kimi qəbul olunmuş və ardıcıl olaraq dövlət proqramları həyata keçirilmişdir.

- Mərkəzi şəhərlərlə bərabər, ölkə regionlarının siması dəyişmiş, infrastruktur gücləndirilmiş, regionların sosial-iqtisadi inkişaf prosesləri daha fəal müstəviyə qaldırılmışdır.

- Ölkəmizdə iqtisadi sistemin bazar iqtisadiyyatı mexanizmləri təkmilləşdirilmiş və iqtisadi mexanizmlərin dayanıqlılığı təmin olunmuşdur.

- Sahibkarlığın inkişafı üçün sistemli tədbirlər görülmüş və dövlət dəstəyi mexanizmləri gücləndirilmişdir.

- Milli iqtisadiyyatın neftdən asılılığının azaldılması strategiyasının işlək modelini formalaşdırmaq mümkün olmuşdur.

Bu qeyd olunanlar baxımından qlobal problemlər və tendensiyalar müstəvisində Azərbaycan reallıqlarına diqqət yetirmək pis olmazdı:

- Məlum olduğu kimi, son 10 il ərzində dünyada qlobal dəyişikliklər və tendensiyalar bütün sahələrə ciddi təsir göstərmişdir:

- dünyada qlobal problemlər artmaqda davam edir, beynəlxalq təşkilatların, BMT-nin və dünya ölkələrinin səylərinə baxmayaraq, 800 milyondan çox insan aclıqdan əziyyət çəkir;

- dünyanın əksər ölkələrində vətəndaş müharibələri, humanitar fəlakət, aclıq və yoxsulluq şiddətlənmişdir;

- son dünya maliyyə böhranından sonra elə bir ölkə olmamışdır ki, bu böhranın mənfi nəticələrinin təsirindən özünü sığortalaya bilsin;

- belə bir şəraitdə, Azərbaycan dövləti və dövlət başçısı mürəkkəb qlobal problemlərin təsiri altında olmalarına baxmayaraq, özünün sosialyönlü siyasətindən bir addım da geriyə çəkilmədi, əksinə, ölkə əhalisinin sosial-iqtisadi rifahı ilə bağlı məsələlər daha da dərindən və ardıcıl şəkildə diqqət mərkəzində saxlanıldı.

Bundan əlavə, bir sıra digər qlobal problemlər və tendensiyalar müstəvisində Azərbaycan reallıqları diqqət çəkir:

·        2015-2016-cı illərdə ölkəmizdə maliyyə qeyri-sabitliyinin baş verməsinin əsas səbəbi hamıya məlumdur və bunun mənfi fəsadlarını qısaca  ümumiləşdirmək istərdim.

·        Dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsi, dünyanın bir çox, o cümlədən, qonşu ölkələrdə milli valyutaların devalvasiyaya uğraması baş verdi və şübhəsiz, bunlar ölkəmiz üçün təsirsiz ötüşə bilməzdi.

·        Milli valyutanın – manatın, ikiqat devalvasiyası baş verəndə və maliyyə-kredit sistemində problemlər artanda, yenə ölkə Prezidentinin müdrik və uzaqğörən siyasəti Azərbaycanı sosial-iqtisadi problemlərlə üz-üzə qalmaqdan qurtardı.

·        Çevik qərarlar, tənzimləyici dövlət dəstəyi mexanizmləri, sosial-iqtisadi islahatların sürətləndirilməsi, əhalinin sosial problemlərinin sistemli şəkildə həll edilməsi mexanizmlərinin gücləndirilməsi tədbirlərinin miqyası genişləndirildi.

Belə bir şəraitdə ölkəmizdə Strateji Yol Xəritələri və strateji hədəflər - sosial rifaha aparan ən yaxın yol kimi müəyyənləşdirilmişdir:

- Qlobal təsirdən yaranan şəraiti obyektiv qiymətləndirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial-iqtisadi inkişafın mühüm istiqamətləri üzrə yaxın və uzaq perspektivi əhatə edən strateji yol xəritələri hazırlandı və gecikdirilmədən icrasına başlanıldı.

- İqtisadiyyatın mühüm sahələrində canlanma, iqtisadi fəallıq artdı, yeni sahibkarlıq subyektlərinin yaradılması və inkişaf stimullaşdırıldı.

- Milli valyutanın – manatın, devalvasiyasından iqtisadiyyatımızın və insanlarımızın itirdiklərinin sürətli bərpası üçün güclü iqtisadi zəmin yaradıldı.

- Sosial müdafiə sistemində, iqtisadi sahələrdə köklü islahatlar, şəffaflığın artırılması, vətəndaşlar üçün bütün sahələrdə rahatlıq və asan texnologiyalar əsaslı xidmətlərin göstərilməsi, həyat səviyyəsindən və sosial rifahdan məmnunluq, bir sözlə, ölkə vətəndaşlarının sosial rifahı bütün məsələlərdən üstün tutuldu.

Hesab edirik ki, ölkəmizdə iqtisadi və sosial prioritetlərin kökündə insan amili - vətəndaş dayanır və bunları aşağıdakılarla izah etmək olar:

-  2018-ci il Azərbaycanda ölkə Prezidentinin qiymət verdiyi kimi, dərin iqtisadi islahatlar ili olmuş və islahatların yeni mərhələsinə təkan vermişdir.

-  İqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində önəmli addımlar atılmış və qeyri-neft sektorunun inkişafı intensiv fazaya keçmişdir.

-  Makroiqtisadi sabitlik bərqərar olmuş, manatın məzənnəsi möhkəmləndirilmiş və inflyasiya ən aşağı səviyyədə saxlanılmışdır.

-  Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artmış, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına müsbət təsir göstərmişdir.

-  Sosial və iqtisadi proseslərdə müasir innovatik yanaşmalar, kreativ qərarlar, vətəndaş məmnunluğu ilə bağlı priortetlik daha da strateji səviyyəyə qaldırılmışdır.

Ölkə Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı 25 fevral 2019-cu ildə keçirilən müşavirə bir daha bu qeyd olunanların bariz ifadəsidir:

Ø Məlum olduğu kimi, 25 fevral 2019-cu ildə ölkə Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilmişdir və bu müşavirənin sosial-iqtisadi əhəmiyyəti tezliklə özünü göstərmişdir.

Ø Artıq bu müşavirəyə qədər sosialyönlü istiqamətlər üzrə silsilə tədbirlər başlamışdı, məcburi köçkünlər üçün müasir yaşayış massivləri, qəsəbələr və şəhərciklər yaradılmış, şəhid ailələrinin sosial məsələləri həll edilmiş, əhalinin digər kateqoriyadan olan həssas təbəqələrinin sosial müdafiələri isə gücləndirilmişdir.

Ø Minimum əməkhaqqı 38 % artırılmış, 180 manata çatdırılmış və nəticədə 600 min insanın əməkhaqqının artırılması təmin edilmişdir.

Ø Minimum pensiyaların məbləğı 116 manatdan 160 manata qədər artırılmış və bu artım 223 min insana şamil olunmuşdur.

Ø Bir sıra təqaüdlər üzrə də əhəmiyyətli artımlar təmin edilmişdir və s.

Ø Həmin müşavirədə Prezident İlham Əliyev qeyd etmişdir ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır və bununla əlaqədar müvafiq göstərişlər verdiyini, təkliflər paketinin hazırladığını bildirmişdir.

Bunlarla bərabər, 2019-cu ilin yanvar-mart aylarında ölkə Prezidentinin sosial aspektli Fərman və Sərəncamlarını da qeyd etmək vacibdir:

-  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 21 dekabr 2018-ci il.

-  “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 28 yanvar 2019-cu il.

- Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 30 yanvar 2019-cu il.

-  Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 19 fevral 2019-cu il.

-  “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 21 fevral 2019-cu il.

-  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 25 yanvar 2019-cu il.

-  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 28 yanvar 2019-cu il.

- Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 7 fevral 2019-cu il.

-  Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 8 fevral 2019-cu il.

-  Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 14 fevral 2019-cu il.

-  Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 14 fevral 2019-cu il.

-  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 27 fevral 2019-cu il.

-  Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 25 fevral, 2019-cu il.

-  Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 26 fevral 2019-cu il.

-  “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 9 mart 2019-cu il.

Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanının strateji aspektlərinə ayrıca diqqət yetirmək istərdik:

Ø  28 fevral 2019-cü ildə Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanı verilmişdir və bu Fərmanın strateji sosial-iqtisadi əhəmiyyəti kifayət qədər böyük və əhatəlidir.

Ø  Bununla ölkə Prezidenti göstərdi ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin mərkəzində insan amili stratejidir və əsas məqsəd ölkə əhalisinin həyatının yaxşılaşdırılması, sosial həyatının yüksəldilməsidir.

Ø  Fərmanın sosial tutumu xeyli yüksəkdir, belə ki, bu Fərman 900 minədək insanı əhatə edəcəkdir və Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsinə 700 mln. manatdan çox vəsait ödəniləcəkdir.

Ø  Bu Fərmanın iri sosial tutumlu olması bir daha göstərdi ki, dövlət öz vətəndaşının yanındadır və dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ø Fərmanın birinci hissəsində fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur.

Ø Bu halda 2015-ci il fevral ayının 21 və dekabrn 21 tarixləri, yəni məzənnə dəyişdiyi tarixlər əsas götürülməklə qiymətləndirmələr aparılacaqdır.

Ø 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə aparılacaqdır.

Ø 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borclarına münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) qiymətləndirmə aparılacaqdır.

Ø 2015-ci ilin fevarlın 21-nə və dekabrn 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.

Ø Qiymətləndirmə və ödənişlər zamanı, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcəkdir və yerdə qalan məbləğ isə bu şəxslərin sərəncamına veriləcəkdir.

Ø Ödəniş vaxtı bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği isə 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz.

Ø Fərmanın ikinci hissəsində fiziki şəxslərin gecikməkdə olan borclarının uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənməsi və restrukturizasiya olunması nəzərdə tutulmuşdur.

Ø Bu halda bank sektorunun maraqları nəzərə alımaqla 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borclarının uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənməsi və restrukturizasiya olunması həyata keçiriləcəkdir.

Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanının sosial aspektləri sırasında bunları xüsusilə fərqləndirmək yerinə düşərdi:

-  Bu Fərman ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

-  İnsanların həyat səviyyəsinin və maddi vəziyyətinin yüksəldilməsinə xidmət edir.

-  İnsanların gündəlik həyatında və fəaliyyətində yaranmış sıxıntıları, çətinlikləri aradan qaldırır, borc öhdəliklərindən azad edir və ya yüngülləşdirir.

- Girov və zaminliklərlə bağlı insanların üzləşdikləri problemləri aradan qaldırır.

- Problemli kreditlərlə bağlı məhkəmədəki işlər geri çağrılır və insanlar bu problemlərdən də azad olurlar.

-  Əvvəldə qeyd etdiyimiz kimi, Fərman 900 minədək insanı əhatə edir və miqyasına, əhatə dairəsinə görə inqilabi bir Fərmandır.

Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanının sosial aspektləri sırasında isə aşağıdakılar daha çox diqqət çəkirlər:

v Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu problemlərlə bağlı şərh verərkən demişdir: “Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir, nəinki əhalinin, heç bank sektorunun da üzərinə yük düşməməlidir. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil. Yəni bu problemə maliyyə baxmından yanaşsaq, bu sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır”.

- Maliyyə naziri Samir Şərifov: “Bu sənədin hazırlanması zamanı prosesdə iştirak edən işçi qrupu məbləği xeyli müddət müzakirə edib və daha aşağı qiymətlərdə söyləyiblər. Əvvəl baxılan məbləği cənab Prezident iki dəfə artırıb”.

Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanının iqtisadi aspektləri də ciddi maraq doğurur:

Ø Bu Fərman eyni zamanda ölkədə iqtisadi fəallığın artırılmasında multiplikativ rol oynayacaqdır.

Ø İlk növbədə, problemli kreditlərin restrukturizasiya olunması bank sisteminin problemli kreditlərlə çətinliklərini həll edəcəkdir.

Ø Bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsinə əlavə stimullar verəcəkdir.

Ø Banklar güzəştli şərtlərlə və ucuz maliyyə resursları əldə etməklə özlərinin sağlamlaşdırılması proseslərini sürətləndirəcəklər.

Ø Bankların kredit portfeli problemli yüklərdən azad olacaq və onların səmərəliliyi artacaqdır.

Ø Real iqtisadiyyat sektorlarına kredit resurslarının yönəldilməsində banklar daha çox maraqlı olacaqlar.

Ø Problemli kredit borcu yüklərindən azad olmuş vətəndaşlarımızın iqtisadi fəallığı yüksələcək, dövlətin onlara göstərdiyi yüksək dəstəyin müqabilində sosial-iqtisadi proseslərdə daha çox səmərə verməyə çalışacaqlar.     

Eyni zamanda, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında
 Prezident Fərmanı ölkə əhalisinin həyatının yaxşılaşmasına güclü stimuldur. İri maliyyə tutumlu və inqilabi xarakter daşıyan bu Fərman Azərbaycan dövlətinin gücünün və iqtisadi qudrətinin bariz ifadəsidir. Hər bir vətəndaş bir daha əmin oldu ki, Azərbaycan dövləti və onun Prezidenti daim onların yanındadır və onların problemlərini həll etmək iqtidarındadır. Ölkə əhalisi gördü ki, dövlət aparılan islahatları dərinləşdirməkdə və insanların sosial həyatının yaxşılaşdırılmasında olduqca israrlıdır və bu məsələdə ölkə Prezidentinin siyasi iradəsi göz qabağındadır. Bunlarla bərabər, son günlərdə dövlət qulluqçularının əmək haqlarının da artırılması kifayət qədər təqdirəlayiqdir və bu addım dövlət qulluqçularının daha böyük səylə dövlətə, xalqa xidmət etmələrini stimullaşdırır və s. Yeni Azərbaycan Partiyasının 02 mart 2019-cu ildə keçirilən ümumrespublika müşavirəsində Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov vurğulayıb ki, “Azərbaycan dövlətinin həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşması dayanır...Sosial proqramların genişlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir”.

Beləliklə, bu Fərmanın icrası ölkə əhalisinin sosial-iqtisadi fəallığını yüksəltməklə bərabər, dövlət-xalq həmrəyliyini-bağlılığını daha da möhkəmləndirəcək və ölkəmizin, cəmiyyətimizin inkişafına güclü töhfələr verəcəkdir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM