Politoloq
Son zamanlar yerləşdiyi coğrafi məkana və sahib olduğu resurslara görə dünya siyasətində müəyyən əhəmiyyətə malik olan bir sıra ölkələrdə baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də, çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət etdiyini növbəti dəfə göstərdi. Və bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir.
Bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı qara piar kampaniyası aparır, illeqal vasitələrə istinad edir, daha sonra isə “idarə edilən xaos” yaratmaqla nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
Bütün bunlara baxmayaraq, hegemon güc mərkəzlərinin “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi siyasət ifşa olunmaqdadır. Artıq dünya ictimaiyyətində belə bir yekun qənaət var ki, bəhs olunan aktorlar ayrı-ayrı ölkələrin müstəqilliyinin dəstəklənməsi adı altında beynəlxalq miqyasda demokratik dəyərlərdən siyasi təsir vasitəsi və manipulyasiya predmeti kimi istifadə edirlər. Bir sıra ölkələrdə baş verən bu cür hadisələrdən anlaşıldı ki, dünya siyasətində güc mərkəzi kimi çıxış edən nəhəng aktorların ixrac etməyə çalışdıqları heç də “demokratik dəyərlər” sistemi deyil. Bu, yalnız hegemon güclərin geostrateji maraqlarına xidmət edən təzyiq vasitəsidir.
Beləliklə aydın olur ki, demokratiya bütün hallarda milli maraqlara söykənməlidir. Bir sıra ölkələr bu prinsipdən irəli gələrək “ixrac edilən demokratiya”nı birmənalı şəkildə qəbul etmirlər. Məsələ kontekstində növbəti strateji məqam budur ki, hegemon güc mərkəzləri “ixrac edilən demokratiya”dan imtina edən müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Suveren daxili və xarici siyasət həyata keçirən, nəhəng aktorların irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin təzyiqlərə məruz qalmaları gözləniləndir, çünki “demokratiya” ssenariləri transmilli güclərin hegemonluq fəlsəfəsinə söykənir. Təsadüfi deyil ki, “demokratiya” ssenarilərinin gerçəkləşdirildiyi ölkələrin kəskin daxili və xarici situasiya ilə üzləşməsi “idarə edilən xaos” oyunlarının nəticəsi kimi səciyyələndirilir.
Vurğulamaq gərəkdir ki, “ixrac edilən demokratiya”nı qəbul etməyən dövlətlər həyata keçirilən rasional daxili siyasət kursunun fonunda demokratik inkişafın milli modelini formalaşdırmaqla idarəetməni təkmilləşdirirlər. Ümumiyyətlə, bəzi araşdırmaçılar bildirirlər ki, demokratiya özündə ümumbəşəri dəyərləri ehtiva etdiyindən universal mahiyyətə malikdir. Amma müxtəlif ölkələrin nümunəsində aşkar görünür ki, özündə ümumbəşəri dəyərləri ehtiva edən demokratiyanın milli modelini yaratmaq və onun davamlılığını təmin etmək mümkündür. Milli demokratiya modeli dedikdə ümumbəşəri dəyərlərin milli mental xüsusiyyətlərlə uzlaşdırılması fonunda ortaya çıxmış ümumi və xüsusi dəyərlər sistemi nəzərdə tutulur. Odur ki, milli demokratiya modeli özündə milli mental xüsusiyyətləri və xalqın özünəməxsus keyfiyyətlərini ehtiva etdiyindən ümummilli inkişafın təmin edilməsinin ən ideal vasitəsidir. Dünya təcrübəsindən məlumdur ki, müxtəlif geosiyasi məqsədlər və planlar əsasında ixrac edilən demokratiya modelləri, ilk növbədə, həmin xalqın milli xüsusiyyətlərinə və müvafiq dəyərlər sisteminə uyğun olmadığından ziddiyyətlər mənbəyi kimi çıxış edir. Odur ki, ümummilli inkişafın strateji əsaslarının formalaşdırılması və onun davamlılığının təmin edilməsi üçün özündə milli dəyərlər sistemini ehtiva edən inkişaf və transformasiya modelinə istinad etmək zəruridir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM