Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir

17:59 / 11.12.2019

Vüqar Rəhimzadə

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


Dövlətlər çox olduğu kimi, dövlət başçıları da çoxdur. Amma bu reallığı etiraf edək ki, hər bir dövlətə onun bugününü və gələcəyini düşünən lider nəsib olmur. Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır. Bütün bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.”

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən bəhs edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Çünki Azərbaycanımızın bugünkü uğurlarından fəxrlə bəhs etməyimiz bizləri daim müstəqillik yolumuzun heç də hamar olmadığını, ölkəmizin 1991-ci ildən 1993-cü ilin iyununadək təlatümlü bir dövr yaşadığını xatırlamağa sövq edir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaq cəhdləri Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra problemlərin aradan qaldırılması, Azərbaycanın bir müstəqil dövlət kimi özünü dünyaya təqdim etməsi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması, demokratik dövlət quruculuğu yolunda biri-birindən önəmli addımların atılması, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanların yaradılması və s. kimi uğurlarımızın əsasında Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi dayanır. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramın həyata keçirilməsi qeyri-mümkündür. Məhz sabitliyin yaradılması ilə Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə beynəlxalq əməkdaşlığın qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasının qoyulmasına geniş yol açan “Əsrin müqaviləsi” imzalandı. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

 “Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın bu gün səsinin bir çox beynəlxalq təşkilatların tribunasından eşidilməsi, diplomatik uğurları düzgün qurulan təmələ söykənir» söyləyən V.Rəhimzadə bildirib ki, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı.

Baş redaktor onu da əlavə edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsiplərin inkişafını qarşıya mühüm vəzifə kimi qoymuşdur: «1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilib, həmin dövrdən etibarən imzalanmış Sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən maddələr böyük çoxluq təşkil edir. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkib. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılıb, tədbirlər həyata keçirilib. 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.»

«İqtisadi tərəqqi, eyni zamanda, diplomatik mübarizədə qələbə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də geniş yol açır. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik» söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Xalqımız bugünkü uğurlarımızın fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz ədalətli həllini tapacağına əmindir» söyləyən V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir: «Onun fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin hansı dövrünə nəzər salsaq bir tədqiqat mövzusudur. Bu baxımdan Onun xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.»

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Son 16 ildə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın davamlı uğurlarını, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir: «Vaxtilə «Yeni, müstəqil Azərbaycan uğrunda» düşünürdüksə, bu gün artıq «yeni hədəflərə doğru» deyirik. Bu uğurlar dahi şəxsiyyət Heydər Əliyevin Vətəni, xalqı üçün gördüyü işlərin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev «Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm» söyləyərək, bu vədini əməli işi ilə təsdiqlədi. Məhz sözlə əməl birliyi onun 2008, 2013 və 2018-ci il prezident seçkilərində təkrar qələbəsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son illərin statistikası Azərbaycanın hərtərəfli inkişafı barədə aydın təsəvvür yaradır. Bu gün ölkəmizin sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və regionda lider dövlət olduğunu, dünya birliyinin fəal üzvünə çevrildiyini təsdiqləyir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu, təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Müsbət meyillərin güclənməsi ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını təmin edir.»

«Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur» söyləyən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib: «Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər malik olduğumuz imkanların, ən əsası Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olaraq formalaşmış inkişaf modelimizin təqdimatında və dəstəklənməsində mühüm rol oynayır. Heydər Əliyev siyasətinin alternativsizliyi beynəlxalq səviyyədə də etiraf olunur. Təkcə cari ilin ötən dövründə Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycanın 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etməsi, həmçinin Prezident İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışında işğalçı dövlətə, beynəlxalq aləmə ünvanlanan mesajlar ölkəmizin dünya birliyində artan roluna işıq salır. Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən bir dövlət kimi adını müasir tariximizə yazıb. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr regionun iqtisadi mənzərəsinə yeni dəyişikliklər edir. Son 16 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar sözün həqiqi mənasında yeni bir Azərbaycanı, yeni cəmiyyəti reallığa çevirib. Yeni Azərbaycanın konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq gerçəkliyə çevrilməsi üçün etibarlı baza yaradılıbsa, bu etibarlı bazanın üzərində son 16 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük quruculuq meydançasına çevrilib.”

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində daha da zənginləşir: “Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsilə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, mühüm sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.”

Baş redaktor onu da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik: “Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, ölkənin nailiyyətələrinə özünün sanballı töhfələrini verir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, siyasi çəkisinin, nüfuzunun artması, ölkədə keçirilən seçkilərdə inamlı qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinə inamın, partiyaya dəstəyin göstəricisidir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi, dekabrın 2-də Milli Məclisin plenar iclasında bu məsələyə baxılaraq, dövlətimizin başçısı İlham Əliyevə müraciət göndərilməsi, həmçinin ölkə Prezidenti tərəfindən bu mühüm addımın qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi və ona müsbət cavabın əsasında cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli «Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında» Sərəncamı bir daha bu reallığı təsdiqlədi ki, “Güclü dövlət, yüksək rifah” Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prinsipidir. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər məhz bu məqsədə xidmət edir. Xalqımız tam əmindir ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının istər 23 dekabr bələdiyyə, istərsə də gəlin il fevralın 9-da keçiriləcək parlament seçkilərində qələbəsi şəksizdir. Bu qələbələr yeni-yeni hədəflərə yol açmaqla yanaşı, Azərbaycanın tarixinə yazılacaq növbəti uğur səhifələrinin sayını daha da artıracaq.

V.Rəhimzadə bildirib ki, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi üçün Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.


Etiket:

Strategiya.az

Xəbərlər
01.04.2020

Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb

01.04.2020

Bütün marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək

01.04.2020

 Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir

01.04.2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

01.04.2020

Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı

01.04.2020

Professor Akkan Suver: Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir

01.04.2020

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

31.03.2020

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır - BƏYANAT

31.03.2020

Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından...

31.03.2020

Prezident İlham Əliyev: Təcili olmayan layihələr təxirə salına bilər

31.03.2020

Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik

31.03.2020

Operativ Qərargah vətəndaşlara müraciət etdi

31.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

31.03.2020

Millət vəkilinin məqaləsi ərəb dünyasında yayılıb

31.03.2020

DİN əhaliyə növbəti xəbərdarlıq etdi

31.03.2020

XİN: Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir

31.03.2020

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

31.03.2020

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

31.03.2020

Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” ilə bağlı bəyanat yayıb

31.03.2020

Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

31.03.2020

31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

31.03.2020

Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

31.03.2020

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

30.03.2020

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

30.03.2020

Şagird və abituriyentlərin nəzərinə

30.03.2020

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

30.03.2020

Ukraynanın 5 deputatı koronavirusa yoluxub

30.03.2020

Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olunub

30.03.2020

Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq

29.03.2020

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB

29.03.2020

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

29.03.2020

Azəriqaz “ASAN Kommunal”da işə başladı

29.03.2020

Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29.03.2020

Bakı küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

29.03.2020

"Azəriqaz" 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

29.03.2020

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu 

29.03.2020

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

29.03.2020

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)