Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

18:35 / 02.03.2020

Əli Həsənov

Tarix elmləri doktoru, professor

02 mart 1949-cu ildə neçə-neçə şanlı qələbələrə müəlliflik etmiş Nuri Paşanın haqq dünyasına qovuşduğu gündür. Onun rəhbərlik etdiyi müzəffər Qafqaz İslam Ordusu
101 il öncə Bakını bolşevik-erməni işğalından azad etmişdir. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi və Azərbaycanımızın gələcək paytaxtına çevirilməsində misilsiz tarixi missiya yerinə yetirdi.
O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə - öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibətilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında, qardaşın-qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, XX əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı - Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16-da Naxçıvana, 25-də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və İslam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə, ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı


Etiket:

Strategiya.az

Xəbərlər
31.03.2020

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır - BƏYANAT

31.03.2020

Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından...

31.03.2020

Prezident İlham Əliyev: Təcili olmayan layihələr təxirə salına bilər

31.03.2020

Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik

31.03.2020

Operativ Qərargah vətəndaşlara müraciət etdi

31.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

31.03.2020

Millət vəkilinin məqaləsi ərəb dünyasında yayılıb

31.03.2020

DİN əhaliyə növbəti xəbərdarlıq etdi

31.03.2020

XİN: Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir

31.03.2020

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

31.03.2020

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

31.03.2020

Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” ilə bağlı bəyanat yayıb

31.03.2020

Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

31.03.2020

31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

31.03.2020

Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

31.03.2020

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

30.03.2020

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

30.03.2020

Şagird və abituriyentlərin nəzərinə

30.03.2020

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

30.03.2020

Ukraynanın 5 deputatı koronavirusa yoluxub

30.03.2020

Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olunub

30.03.2020

Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq

29.03.2020

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB

29.03.2020

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

29.03.2020

Azəriqaz “ASAN Kommunal”da işə başladı

29.03.2020

Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29.03.2020

Bakı küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

29.03.2020

"Azəriqaz" 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

29.03.2020

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu 

29.03.2020

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

29.03.2020

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR