Tarix elmləri doktoru, professor
Bu gün hər bir azərbaycanlı kimi, mənalı həyatının düz 30 ilini öz dövlətinin qurulması və inkişafına sərf etmiş keçmiş məmur kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. 27 sentyabr 2020-ci ildə başlanmış ikinci Qarabağ müharibəsi 10 noyabr tarixində Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. İşğalçı Ermənistan dövləti və Paşinyan rejimi kapitulyasiyaya məcbur edilmiş, bununla bağlı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Birgə Bəyənatı imzalanmışdır.
İkinci Qarabağ müharibəsi son əlli illik zaman kəsiyində “dünyanın ən qısamüddətli, lakin çox effektli müharibə nümunəsi” kimi zaman-zaman ən samballı hərbi-siyasi tarix kitablarına daxil ediləcək...
Bu müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların “sülhyaratma dəhlizləri”ndə düyünə salınmış, “həlli çox çətin olan münaqişələr” siyahısına daxil edilmiş Dağlıq Qarabağ problemini öz gücü ilə, xarici aləmdən heç bir dəstək almadan həll etdi. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında inləyən tarixi torpaqlarımızı, yaşayış məskənlərimizi özümüzə qaytardı. Yüz minlərlə yurd-yuvasından didərgin salınmış vətəndaşımızın o yerlərə qayıtmasına şərait yaratdı.
İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımi anda öz dövləti və Milli Lideri ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Bu gün tam məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda 40 gün müddətində həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ gələcəkdə dünyanın əksər hərbi səlnamələrinə kitablarına daxil ediləcdir!
Bu şanlı qələbə münasibətilə bütün XALQIMIZI və qəlbi Azərbaycanla döyünən xaricdəki soydaşlarımızı, ŞANLI ORDUMUZUN əsgər və zabitlərini və MÜZƏFFƏR ALI BAŞ KOMNDAMIZI- PREZİDENT İLHAM ƏLİYEVİ, möhtəşəm qələbənin təmin olunmasında əməyi keçən bütün dövlət qulluqçularını və hər bir vətəndaşlarımızı ürəkdən təbrik edirəm!
Ayrıca bu şanlı qələbənin təmin olunmasında Azərbaycana göstərdikləri hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövləti və türk xalqına, Türkiyənin MİLLİ LİDERİ, hörmətli Prezident Rəcəp Tayyip Ərdoğana və Türkiyənin əksər içtimai-siyasi təşkilatlarına xüsusi təşəkkürümü ifadə edirəm və birgə qələbəmizə görə onları da ürəkdən təbrik edirəm!
Dünəndən başlayaraq bütün xalqımız böyük qələbəni bayram edir, qələbə münasibətilə xüsusi qürur və sevinc hissləri keçirir! Əlbəttə, xalqımız üçün həqiqi qürur yaşanacağı bir hadisə baş verib- Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə yeni bir əzəmətli səhifə həkk olunub, Qarabağ çoxillik işğaldan tam azad olunub və Dağlıq Qarabağ münaqişəsi sona çatıb! Xalqımızın İllərdir ki, davam edən torpaq, doğma ocaq nisgilinə, insanların əzab-əziyyətinə, qaçqın və köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyulub, 30 ildir ki, Qarabağ torpaqlarında pozulmuş tarixi ədalət bərpa olunub! Bundan böyük və bundan daha sevincli hadisə Azərbaycanda nə ola bilər ki?! Azərbaycan xalqının, Vətən müharibəsində xüsusi qəhrəmanlıq və rəşadət nümunələri sərgiləmiş əsgər və zabitlərimizin son Qarabağ müharibəsində ortaya qoyduğu qəhrəmanlıq nümunəsi və igidlik möhtəşəm idi və bunun sevincini yaşamamaq, qürur hissini keçirməmək mümkün deyildi axı! Bu hadisə bizim üçün milli rəşadət nümunəsidir və Azərbaycan tarixinə mütləq şəkildə əbədi həkk olacaq, hər azərbaycanlının milli yaddaşında silinməz iz buraxacaq!Torpaqlarımızın belə qısa zamanda -“bir göz qırpımı”nda azad edilməsi xalqımızın sarsılmaz birliyinim, qəhrəman və yenilməz Ordumuzun, rəşadətli əsgərlərimizin qətiyyətli döyüş iradəsi və qələbə əzminin nəticəsi idi!
Bütün Azərbaycan xalqının bu günkü möhtəşəm qələbə sevincini paylaşaraq, ilk növbədə bu qələbəni öz həyatları bahasına bizə bəxş etmiş, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə öz canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların doğmalarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm! Qoy məzarları nurlu olsun şəhidlərimizin!
İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin, xalqının və Prezident İlham Əliyebin əksər qələbələrinin və uğurlarının təməlində ümumxalq iradəsi və iqtidar-xalq birliyi dayanır. 17 il çiyin-çiyinə çalışdığım illərdəki müşahidələrimə söykənərək qeyd etmək istəyirəm ki, İlham Əliyev keçən dövrdə ən çətin məqamlarda, ciddi milli iradə nümayiş etdirmək məqamı gələndə həmişə öz doğma xalqına güvənmiş və milli iradyə söykənmişdir. Dövlət başçısı və Ali Baş Komandan kimi onun ikinci Qarabağ müharibəsindəki yenilməz qələbəsinin təməlində də, əvvəlki dövrlərdə qazandığı bütün uğurlarlar kimi, məhz öz xalqına güvənməsi və milli iradəyə söykənməsi amili dayanmışdır. Prezident olaraq İlham Əliyev daim milli birlik və vətəndaş həmrəyliyi yaratması, bu birliyə söykənməsi, xalqının ciddi etimadına və inamına güvənməsi onun həm müstəqil siyasətinin, həm də bu yoldakı əksər uğurlarının qarantı olub.
Eşq olsun Müzəffər Ordumuz və Ali Baş Komandanımıza! Qoy xalqımızın birliyi, milli-vətəndaş həmrəyliyi və iqridar-xalq ittifaqı günü-gündən daha da möhkəmlənsin və həmişə var olsun!
Yaşasın Azərbaycan xalqının vahid milli iradə daşıyıcısı və qürur mənbəyi Prezident İlham Əliyev! Qoy Uca Tanrı Sizi, Xalqımızı və Şanlı Ordumuzu qorusun, Cənab Prezident! Azərbaycan xalqının istək və arzuları, ellikcə duaları Sizinlə və qəhrəman əsgərlərimizlədir!
Qarabağ Azərbaycandır və həmişə də Azərbaycanın olacaq!
Strategiya.az
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
Bakı, Sumqayıt və Abşeronda ibtidai siniflərdə dərslər həftədə 3 dəfə olmaqla bərpa olunacaq
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
AŞPA Ermənistanın qətnaməyə düzəlişlərini rədd etdi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
Ramin Quluzadə vəzifəsindən azad edildi
Hikmət Hacıyev: Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar
Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ
Neft ucuzlaşıb
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb
Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər
Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib
Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib
Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib
Bu gündən bərbərxana və gözəllik salonları açılır
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür
Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar
Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb
Azərbaycan nefti 56 dollardan baha satılır
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir
Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi
Şuşada yeni yarimstansiya tikilir
Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir