Tarix elmləri doktoru, professor
Şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35-ləri türk səmasında görmək nə xoş olardı!
Türkiyənin 2021-ci il yanvarın 1-dən Almaniyanın (2019) və Polşanın (2020) ardından NATO-nun Çevik Hərbi Müdaxilə Qüvvələrinin (VJTF) Komandanlığını öz üzərinə götürməsi xəbəri artıq KİV-lərdə yayılmışdır.
VJTF bütövlükdə NATO-nun Hərbi Müdaxilə Qüvvələrinin ən çevik hissəsi hesab olunmaqla, yüksək hərbi hazırlıqlı Birgə Xüsusi Qüvvələr Komandanlığının 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasından təşkil edilmişdir. VJTF tərkibinin 3/2-si (4200 nəfər) Komandanlığı qəbul edən ölkənin hərbi qulluqçuları və əsgərlərindən seçilməklə, qalan əsgərləri NATO üzvü olan ölkələrdən- ABŞ, Albaniya, Macarıstan, İspaniya, İngiltərə, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya və Slovakiyadan olmaqla cəmi 6 min 400 nəfərdən ibarət elitar hərbi qüvvələrdən təşkil olunmuşdur.
VJTF NATO-nun ən son model hərbi zirehli texnikası, tank əleyhinə raketlər, haubitsalar və digər xüsusi hərbi texnika ilə təchiz edilmişdir.
Qeyd edək ki, VJTF Rusiyanın 1914-cü ildə “Krıma müdaxiləsi və Ukraynanın suveren hüquqlarını məhdudlaşdıran digər fəaliyyətləri”nin ardından və həmin dövrdə Yaxın Şərqdə yaşanan bir çox iğtişaşlar da daxil olmaqla NATO sərhədləri ətrafında tez-tez dəyişən təhlükəsizlik mühitini idarə etmək məqsədilə 2014-cü ildə Uelsdə keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısında yaradılmışdır.
Əksər Türkiyə rəsmiləri- Prezidentdən Müfdafiə və Xarici İşlər nazirinə qədər hər bir yüksək ranqlı məmur 10 noyabr atəşkəs sazişinin bağlanmasından sonra dəfələrlə Azərbaycanın arxasında sona qədər dayanacaqlarını heç bir tərəddüd etmədən bəyan edirlər. Azətbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarına hər hansı təhlükə yaranacağı təqdirdə rəqiblərin bu məkanda qəhrəman türk əsgəri ilə qarşılaşacağını qətiyyətlə ortaya qoyurlar. Sevindirici hal odur ki, türk siyasi və hərbi elitasının Azərbaycana verdiyi birmənalı dəstək fonunda və Dağlıq Qarabağda bərabərhüquqlu sülhyaratma missiyasi ilə ruslarla yan-yana fəaliyyət göstərməsinə bəzi qüvvələrin ciddi maneçilik törətdiyi bir məqamda, kimlərinsə rəsmi Ankaranı bacardıqca Cənubi Qafqazdan uzaq tutmaq siyasəti qarşısında, qlobal dünya gücləri Türkiyə ordusuna və tütk generallarına Şimali Atlantika Blokunun ən nizami və çevik hərbi müdaxilə qüvvələrinin komandanlığını həvalə etdi. Bu o deməkdir ki, Şimali Atlantika Bloku rəsmi Ankaraya özünün çox böyük inamını və etimadını nümayiş etdirərək, NATO-nun ən elitar və çevik güc mərkəzini Türkiyə Cümhuriyyətinə tapşırdı. Bu həm də o deməkdir ki, Avropa və Asiyada, regionda və dünyada kimin nə planlamasından və etməsindən, Ankara və Qərb arasında hansı qarşıdurma toru qurmasından asılı olmayaraq, Türkiyə Qərb düşərgəsində qalır və Qərb ölkələri ilə münasibətlərini dərinləşdirmək xəttini davam etdirəcəkdir. Avropa və ABŞ-da indiyə qədər qəbul olunmuş, yaxud qəbul olunmasına cəhd edilmiş bütün antitürk sanksiyaları tədricən aradan qalxacaq və qardaş Türkiyə yenidən Avropanın, dünyanın sayılı-seçili ölkələrindən birinə çevriləcəkdir. Hətta, yaxın zamanlarda şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35 qırıcılarını Aralıq dənizi sahillərində və türk səmasında uçan görsəniz heç də təəccüblənməyin.
Yaxud, ABŞ və Avropanın əksər hərbi sanksiyalarının aradan qaldırılaraq, Türkiyəyə lazım olan alternativ hava qüvvələrindən müdafiə sistemlərinin veriləcəyi də artıq şübhə doğurmamalıdır.
Göründüyü kimi, Türkiyə Ulu Atatürkün müəyyən etdiyi demokratik inkişaf və avrointeqtrasiya siyasətini bundan sonra da davam etdirmək əzmindədir. Bunu bugünlərdə qətiyyətlə və inamla Türkiyə Çümhuriyyətinin Prezidenti və türklərin hazırkı şəksiz-şübhəsiz lideri R.T. Ərdoğanın özü bəyan etdi. O, söylədi ki, bəzi xarici və daxili qüvvələrin maneçiliyinə baxmayaraq, Türkiyə öz gələcəyini Qərblə inteqrasiya siyasətində görür və bu istiqamətdə bizi həm də ölkə daxilində çoxsaylı islahatlar, o cümlədən demoktarikləşmə sahəsində islahatlar gözləyir. Görünən odur ki, Türkiyə həm NATO ilə, həm də Avropa Birliyi və ABŞ-la əvvəlki tərəfdaşlıq münasibətlərini tam bərpa etmək istəyir və inşAllah buna nail olacaqdır!
Əlbəttə, bütün bunlar həm də bizim ölkənin mövqelərini dünyada və regionda möhkəmləndirəcək. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da heç zaman Azərbaycanı çətin problemlər qarşısında tək buraxmayacaq, qlobal və regional güclərin təsiri altına düşməsinə imkan verməyəcək.
Hazırda 10 noyabr birgə sazişinin şərtləri çərçivəsində Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi sülhyaratma prosesindən kənarda saxlamağa çalışan ermənilər və onların bəzi himayədarları da yəqin ki, bundan sonra Azərbaycanın və Türkiyənin bu istiqamətdəki istəklərini və təkliflərini qulaqardına vura bilməyəcəklər!
Strategiya.az
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb
Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər
Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib
Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib
Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib
Bu gündən bərbərxana və gözəllik salonları açılır
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür
Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar
Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb
Azərbaycan nefti 56 dollardan baha satılır
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir
Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi
Şuşada yeni yarimstansiya tikilir
Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
Kaspi Təhsil Şirkətindən növbəti xoş addım
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
BNA sürücülərə xəbərdarlıq etdi
Bu yollar buz bağlayıb - SİYAHI
Vətən sevgisinin təntənəsi
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub