Ziyalı kimliyi və ziyalılıq məsələsi: sosio-psixoloji nəzər və fəlsəfi dünyagörüşü kontekstində

11:56 / 21.10.2014

 Gündəlik və elmi leksikonda istifadə edilən mühüm, işlək kateqoriyalardan biri də ziyalı və ziyalılıqdır. Ziyalı anlayışı bəzi hallarda müxtəlif terminlər, bir çox hallarda isə ümumi kateqoriyalarla ifadə edilsə də, özündə ehtiva etdiyi məna çalarları etibarilə konkret sosial statusa malik olan müəyyən stratanı (təbəqəni) bildirir. Ərəb sözü olan “ziyalı” anlayışı etimoloji mənada “aydın”, “nurlu” kimi sinonim sözlərlə ifadə olunsa da, semantik olaraq konkret bir sahədə müəyyən elmi biliklərə dərindən yiyələnmiş, öz fəaliyyət mexanizmi ilə adekvat elmi istiqamətdə fundamental töhfələr bəxş edən şəxs kimi səciyyələndirilir. Başqa sözlə sosioloji terminlə ifadə etsək, ziyalı funksional vahiddir. Yəni onun sosiumdakı mövqeyi və mövqeyinə müvafiq funksional fəaliyyəti sayəsində yeni ictimai dəyərlər təşəkkül tapır, ziyalının intellektual potensialı istiqamətləndirici və tənzimləyici mexanizm qismində çıxış edir.

 

Ziyalı ilə intellektual şəxsin fərqi nədir?

 

Zaman-zaman “ziyalı kimdir”, “ziyalı ilə intellektual şəxsin fərqi nə(lər)dən ibarətdir” kimi suallar səsləndirilir və bəzi hallarda bu istiqamətdə verilən cavablar müəyyən fikir dolaşıqlıqları meydana gətirir. Və çox zaman “müəyyən elmi istiqamətdə konkret biliklərə malik olan hər bir şəxs ziyalıdır” fikri səsləndirilir. Amma qeyd etmək lazımdır ki, ziyalılıq anlayışına fəlsəfi substratlar əsasında yanaşmaqla belə bir aksiomatik reallığı ortaya çıxara bilərik ki, konkret elmi istiqamətdə müəyyən biliklərə yiyələnmiş hər bir şəxs ziyalı deyildir. Ziyalı yiyələndiyi elmi biliklərə və bunun sayəsində əldə etdiyi sosial statusuna müvafiq davranış və fəaliyyətə malik olan şəxsdir. Antik yunan filosofu Sokrat qeyd edirdi ki, hər bir ziyalı adlandırılan şəxs əldə etdiyi biliklərə, fəlsəfi - intellektual potensialına müvafiq surətdə davranmırsa, o zaman həmin şəxs ziyalı adlandırılmamalıdır. Sokratın bu fikrini modern sosioloji terminlərlə ifadə etsək, qeyd edə bilərik ki, fərd (geniş anlamda şəxsiyyət) o zaman ziyalı adlandırıla bilər ki, o əldə etdiyi bilikləri, mövcud intellektual potensialını sosiumda özünün  sosial statusu və daşıdığı dəyərlərlə uzlaşdırsın və müvafiq davranış forması sərgiləsin. Ən əsası odur ki, ziyalı adlandırılan şəxsin fəaliyyəti və dəyərləri ictimai dəyərlərlərlə uzlaşsın və ictimai əhəmiyyyət kəsb etsin.

 

 

Toplum maraqları ziyalının fərdi və ictimai fəaliyyəti kontekstində

 

Hər bir cəmiyyətdə sosial statusundan asılı olmayaraq fərdlərin fəaliyyəti o zaman səmərəli və sosium üçün faydalı olur ki, o, ictimai əhəmiyyət kəsb etsin və hansısa korporativ maraqlara yox, toplumun ümumi dəyərlərinə və ali mənafeyinə tam cavab versin. Cəmiyyətşünaslıq elminin əsasları sübut edir ki, funksional vahid olan ziyalının da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsi onun ictimai dəyərlərlə və maraqlarla uzlaşmasından asılıdır. Əgər ziyalı adlandırdığımız şəxsin intellektual məhsulu fərdi və ictimai dəyərlərlə uzlaşırsa, eləcə də innovativ səciyyə daşıyırsa, deməli,  cəmiyyətin milli maraqlarına və dəyərlərinə adekvat surətdə cavab verir. Bu isə cəmiyyətdə fərdlərin və institutların fəaliyyətinə yeni istiqamət və təkan verməklə stimulverici xarakter daşıyır.

 

Ziyalı və eqo məsələsi: sosioloji baxış

 

Bütün bunlar isə bir daha ziyalı və eqo məsələsini aktuallaşdırır. Funksional vahid olan ziyalı adlandırılan şəxsin intellektual potensialı sosiumda tənzimləyici və yönləndirici mexanizm kimi çıxış etdiyindən eqoizmin təzahürü olmamalıdır. Sosioloji terminlə ifadə etsək, ziyalının fəaliyyət mexanizmi nə qədər fərdi səciyyə daşısa da, bir o qədər ictimai maraqlara cavab verən alturist xarakterli olmalıdır. Bəzən sosioloji ədəbiyyatda “alturizm” fərdi maraqların və dəyərlərin kobud surətdə sosial maraqlara qurban verilməsi kimi təqdim olunsa da, əslində, ifrat eqoizmin əksi kimi səciyyələndirilməlidir. Yəni fərd öz maraqlarını və dəyərlərini kobud surətdə başlıca istinad və hərəkət mənbəyi kimi götürmür, ictimai xarakterli mənafe və normalara da xüsusi yer verir. Başqa sözlə, maraqların və dəyərlərin uzlaşdırılması mexanizminin işləkliyi təmin edilir ki, bu da cəmiyyətdaxili ahəngdarlığı və dinamikanı şərtləndirən faktor qismində çıxış edir.

 

“Ziyalı maskası” – ictimai əhəmiyyəti olmayan fərdi maraqların təmin olunması vasitəsi 

 

Təəssüflər olsun ki, bir çox hallarda, ziyalı və ziyalılıq statuslarından konkret siyasi maraqların təmin olunması üçün ideoloji vasitə qismində istifadə edilir. Bu sırada cəmiyyət daxilində autsayderə çevrilmiş şəxslər xüsusilə fərqlənir. Özəlliklə də, sosiumda təşəkkül tapmış norma və dəyərlərə uyğun olmayan fəaliyyət mexanizminə malik olan şəxslər bu və ya digər vasitələrdən özlərinin korporativ maraqlarını təmin etmək üçün yararlanırlar.

Beləliklə, bu cür şəxs və halların timsalında “ziyalı maskası” ictimai əhəmiyyəti olmayan fərdi maraqların təmin olunması vasitəsi kimi çıxış edir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM