Dünya iqtisadiyyatı və enerji təhlükəsizliyi geopolitik maraqlar kontekstində: təhdid və təhlükəsizlik

16:00 / 29.10.2014

XXI əsrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əsas amillərdən biri etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu və ya digər regionlarda iqtisadi, siyasi, humanitar əməkdaşlıq platformalarının formalaşdırılması demoqrafik, nüvə və enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud təhdidlərlə birgə mübarizə aparılmasını zəruri amilə çevirir.

Təəssüflər olsun ki, məhdud geosiyasi maraqlara söykənən bəzi transmilli strategiyalar bu cür etibarlı təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına əngəl olan aşkar təhdidlər yaradır. Bu sırada hegemonluq iddialarına malik nəhəng aktorların fəaliyyəti xüsusilə qeyd edilməlidir. Bu baxımdan, “Qlobal dövlət” və “Mondializm” konsepsiyaları əsasında daimi dominant güc kimi öz üstünlüyünü mühafizə etməyə çalışan hegemon güc mərkəzlərinin irticaçı xarici siyasəti istisna təşkil etmir.

 

Enerji resurslarına total nəzarət planı və “bumeranq effekti”

 

Mövcud geostrateji tendensiyaların fonunda araşdırmalar göstərir ki, qlobal güc mərkəzlərinin enerji siyasəti regional və beynəlxalq təhlükəsizliklə yanaşı, dünya iqtisadiyyatına ciddi neqativ təsir göstərir. Məsələn, təkqütblü dünya nizamının “orkestr şefi” olan ABŞ enerji resurslarına total nəzarət uğrunda müharibələr aparmaqla, əslində, dünya iqtisadi sisteminin tənəzzülünü gözə alaraq öz iqtisadiyyatının artımına nail olmağa çalışır. Amma bəzi hallarda bu məqsəd Vaşinqtonun özü üçün “bumeranq effekti” verir. Bu tendensiya bundan öncə də müşahidə edilib. Məsələn, 2003-cü ildə İraq müharibəsinin strateji məqsədlərindən biri də ölkə iqtisadiyyatındakı durğunluğun aradan qaldırılmasına xidmət edən tədbirlərin reallaşdırılmasına zəmin yaratmaq idi. Amma müharibənin iqtisadi baxımdan strateji planlaşdırmasında yol verilən yanlışlıqlar bu ölkə üçün neqativ nəticələrə yol açdı. Belə ki, 450 milyard dollar həcmində maliyyə vəsaitinin müharibəyə xərclənməsinə baxmayaraq, daha sonradan büdcədən 63 milyard dollarlıq döyüş xərclərinin ayrılması üçün əlavə büdcə qanunu qəbul edildi. Dolayısıyla, büdcədən müharibə xərclərinə ayrılan vəsait bu ölkə üçün rekord həddə çatdı. İnflyasiyanın artması isə bu ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinə, o cümlədən ayrı-ayrı maliyyə institutlarının fəaliyyətinə mənfi təsir göstərdi, dolayısıyla, dünya iqtisadiyyatı yeni böhran təhlükəsi ilə qarşı-qarşıya qaldı. Əslində, ABŞ-ın II Dünya müharibəsində əldə etdiyi 12 faizlik artım təcrübəsini yenidən tətbiq etməyə çalışması regional və qlobal təhlükəsizlik balansına laqeyd və avantürist yanaşmanın nümunəsi idi.

 

Avropa İttifaqı və inkişaf etmiş ölkələr Vaşinqtonun hədəfində...

 

Bundan başqa, “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin məhz indi yenidən aktuallaşmasının əsasında duran səbəblərdən biri də ABŞ iqtisadiyyatındakı gizli böhranın aradan qaldırılması niyyətidir. 1990-cı illərdə bu ölkə iqtisadiyyatı illik 3 faiz artım tempinə malik idisə, hazırda bu tendensiya müşahidə edilmir.

ABŞ-ın bu mənfi tendensiyanı aradan qaldırmaq üçün istinad etdiyi digər variant isə qlobal təhlükəsizliyə çox ciddi fəsadlar yarada bilər. Belə ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində enerji resurslarını nəzarət altına alan, eyni zamanda, əsas neft istehlakçısı rolunu oynamağa çalışan bəhs olunan nəhəng geosiyasi subyekt dünya miqyasında iqtisadiyyatı neft qiymətlərinə bağlı olan yeni iqtisadi sistem formalaşdırmağa çalışır. Bu, hətta inkişaf etmiş ölkələr üçün də ciddi təhdid deməkdir. Bu strateji plan çərçivəsində, xüsusilə də Avropa İttifaqı (Aİ), Yaponiya hədəfə alınıb. Çünki hazırda Yaponiya neft ehtiyacının 80 faizini, Aİ isə 30 faizini bütün dünyadakı enerji ehtiyatlarının üçdə ikisinin cəmləşdiyi Yaxın Şərq və Şimali Afrika bölgəsindəki resurslar hesabına ödəyir.

Görünən odur ki, bu cür enerji siyasəti qlobal miqyasda iqtisadi və enerji təhlükəsizliyinə yeni təhdidlər yaradır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM