SEPARATİZM NEQATİV GEOPOLİTİK FAKTOR KİMİ

14:06 / 04.11.2014

Müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövcud olan dağıdıcı faktorlarından biri də separatizmdir. Separatizm formasından və səviyyəsindən asılı olmayaraq beynəlxalq təhlükəsizlik balansına mənfi təsir edən amillərdəndir. Tarixin müxtəlif dönəmlərində baş qaldırmış separatist meyillər bəzən kiçik miqyaslı - məhəlli müharibələrə, bəzənsə millətlərarası ciddi qarşıdurmalara səbəb olmuşdur. Məsələn, tarixi təcrübədir ki, bir sıra imperiyalar separatist tendensiyalar nəticəsində parçalanmışdır. Bundan başqa, geniş mənada separatizm faktiki olaraq bir sıra xalqların tarixində hərəkətverici (əslində, dağıdıcı) təsir qüvvəsi kimi çıxış etmişdir. Məsələn, Kanada, Hindistan və bir sıra Balkan dövlətləri separatizm nəticəsində yaranıblar. Amma separatist hərəkətlənmələrin fonunda yaranan dövlətlərin daim münaqişə və qarşıdurma içində olması da faktdır. Hər halda, XXI əsrdə separatist meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə səbəb olması amilini nəzərə alsaq, qeyd edə bilərik ki, bölücülük dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təhdid olmaqla yanaşı, millətlərarası ziddiyyət və qarşıdurmaların da mənbəyini təşkil edir...

 

SEPARATİZM NEOİMPERİALİST EKSPANSİYA KONTEKSTİNDƏ...

 

Əslində, separatizmin əsasında neoimperializm kontekstində dünyanı idarə etmək iddiasında olan aktorların milli və transmilli ambisiyalarının reallaşdırlması naminə atılan addımlar dayanır. Məsələn, Britaniya Hindistanında müsəlmanlarla hindular arasında olan çəkişmələr 2 dövlətin – Hindistan və Pakistanın yaranmasına səbəb oldu. Bu nəticənin əsasında isə imperialist Britaniya siyasətinin dayandığı hər kəsə məlumdur. Bununla yanaşı, Hindistan Banqladeşə dəstək verməsəydi, Banqladeş dövləti yaranmazdı. Göründüyü kimi, separatizm “zəncirvari proses” kimi davam edən destabillik mənbəyidir.

 

DÖVLƏT İÇİNDƏ “DÖVLƏT”

 

Etimoloji mənada seperatizm suveren bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlət qurmaq və ya milli, etnik zəmində parçalanma tendensiyası yaratmaq məqsədilə başladılan hərəkətlənmədir. Yəni dövlət içində “dövlət” yaratmaqla bir dövlətin suverenliyi təhlükə altına atılır, bundan sonra isə seperatizmə təkan verən güc mərkəzləri bu amildən maksimum səviyyədə yaralanmağa çalışırlar. Bununla da regional miqyaslı, qlobal xarakterli ziddiyyətlər və münaqişələrin “toxumu səpilir”.

Deməli, seperatizm açıq müstəvidə cərəyan edən müharibədən belə daha ciddi fəsadlara səbəb ola bilir. Ən azından separatizmin “boğulmuş” (sonrakı qarşıdurmalara səbəb olan gizli motivlər-N.Q.) rüşeymlərinin daha uzunmüddətli konfliktlərə səbəb olduğu heç kəsə sirr deyil. Ona görə də separatizm dünyada qarşısı alınması zəruri olan başlıca təhdidlərdəndir.

 

ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNƏ PARALEL SEPARATİZM FAKTI

 

Bu baxımdan, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ” da faktiki destabillik mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının növbəti dəfə ayaqlar altına alınmasının bariz təcəssümü və təzahürüdür.

Dolayısıyla, qondarma “Dağlıq Qarabağ”ın mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu göstərən bir nömrəli dəlildir. BMT başda olmaqla qlobal miqyasda sülh və sabitliyin təmin olunması missiyasına xidmət etdiyini iddia edən aktorlar isə hələ də “səssizlik siyasəti” yeritməkdə davam edirlər. Beynəlxalq hüquq normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir. Amma buna baxmayaraq, qondarma “Dağlıq Qarabağ”ın “sərbəst” fəaliyyət göstərməsinə nəinki mane olunmur, hətta bəzi hallarda buna şərait yaradılır. Məsələn, vaxtaşırı qondarma qurumda seçkilərin keçirilməsi bütövlükdə beynəlxalq hüquq normalarına zidddir. BMT-nin Nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir akt həyata keçirilə bilməz”.

Bundan başqa, ATƏT-in Helsinki Yekun Aktı və Paris Xartiyasında da milli dövlətlərin sərhədləri daxilində dağıdıcı məqsədlərə xidmət edən aktlar qəti şəkildə pislənilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM