Azərbaycanın Avroatlantik məkana inteqrasiyası Avropa Şurası ilə əməkdaşlıq kontekstində

11:21 / 21.11.2014

Müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru, Cənubi Qafqaz regionunun isə lider dövləti olan Azərbaycan Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Avroatlantik strukturlarla əməkdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu əməkdaşlığı mümkün edən əhəmiyyətli faktorlardan biri isə ölkəmizin Qərbin müvafiq qurumlarında uğurla təmsil olunmasıdır.

Avropa Şurası ilə əməkdaşlıq əlaqələri müstəsna əhəmiyyət kəsb edir

Bu sırada Avropa Şurası ilə əməkdaşlıq əlaqələri müstəsna əhəmiyyət kəsb edir. Şübhəsiz, Avropa Şurası müstəqil daxili və xarici siyasət kursuna malik olan, demokratik təsisatların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi-hüquqi islahatların keçirildiyi bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə böyük önəm verir. Bu və ya digər formatda davam etdirilən əməkdaşlıq bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurub

Məlum olduğu kimi, cari il mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçmişdi. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam etdi. Bununla da, BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə daha bir uğurlu səhifə yazıldı. Artıq Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurub.

Azərbaycanın sədrlik müddətində əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər səmərəli olmasını təmin edib. Çünki müəyyən olunmuş prioritetlər bütün dünya, o cümlədən ölkəmiz və sözügedən təşkilat üçün kifayət qədər aktual olub. Bu kontekstdə Azərbaycan Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək verib, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirib, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edib, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verib, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyib. Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə nail olub.

Tərəflər arasındakı münasibətlərin gələcək inkişafına dair optimist proqnozlar səsləndirilir

Ümumilikdə, bu kontekstdə Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı münasibətlərin gələcək inkişafına dair optimist proqnozlar səsləndirmək mümkündür. Azərbaycanın sədrlik müddətini uğurla başa vurmasından sonrakı mərhələdə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyi və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyi söylənilir. Bu zaman ölkəmizin demokratik dəyərlərə sadiq olması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və mühafizə olunması ilə yanaşı, Azərbaycanla Avropa Şurasının ötən zaman müddətindəki əlaqələrinin uğurlu və səmərəli xronikası kimi amillər əsas götürülür. Məlumdur ki, ölkəmiz 13 il əvvəl - 25 yanvar 2001-ci il tarixində Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilib və qurum daxilində səmərəli ikitərəfli və çoxtərəfli münasibətlərə malikdir. Bəhs edilən quruma üzv qəbul edildikdən sonra Azərbaycanla Avropa Şurası arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. İlk növbədə, insan hüquqları və demokratikləşmə sahəsində sıx əməkdaşlıq əlaqələri formalaşdırılıb. Mövcud münasibətlər isə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasına, qanunvericilik bazasının zənginləşməsinə, ictimai-siyasi institutların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental töhfələr bəxş edib.

Nəticə etibarilə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həm bəhs olunan təşkilat, həm də ölkəmiz üçün olduqca faydalı olub.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM