"Küskün ölünün sevimli Qadınına məktubu"

12:08 / 14.05.2014

   Salam, Qadınım. Illərdi əhvalını sormuram. Nə aləmdəsən? Günün necə kecir? Dəyişməmisən? Saçların hələm bəyazlamayıb? Qadınım, doğum günümü heç qeyd edirsən? Elə bil susursan. Yaxşı bəs ölüm günümü? Çətin idi. Bilirsən yadıma nə düşdü,hər il doğum günümə bağışladığın ətirlərin. Təkrar üst-başıma vurmaq istəyirdim. Birdə mənə bağışladığın qol saatım vardı ha, qalın şüşəli, əqrəbləri isə nazik yaşılaçalar rəngdə. Heç onu ortalıqda görmürəm. Itirməmisənki? Yaxşı-yaxşı bir baxarsan, bəlkəm iynə-sap qabının içinə tullamısan, xəbərsiz. 

Qadınım, yatağımı özləmişəm. Biraz da qaranlıq otaqda sevişmələrimizi. Sonra da həzin musiqi ilə yuxuya getməyimizi arzulayıram. Qadınım, saçına sığal çəkmək, bərabərcə sabahlara kimi əylənmək, bərabərcə duş almaq, bərabərcə kirlənmək istəyirəm. Həyətimizdə alçaq hovuz vardı ha, onun yan-yörəsində səninlə güllər əkərdik. Yadındadı? Həvəsli idik yaşamağa. Həyat sanki sürət qatarıdı. Sonra birdən hər şey bitdi... Ucuz bir ölüm, ucuz bir yalan, ucuz bir şans. Sanki bütün yoxsulların taleyinə yazılan qədəri-qismətidi. Cənnət yoxsulların sığınacağı, son ümüd yerimi, əcaba? Uzun bir ölüm, uzun bir yalan, uzun bir şans, zənginlərin qazancı. Anlayıram, Qeyri-səlist məntiq , nahamar yollar, natamam insanlar kimi qəliz oldu cümlələrim...
Qadınım, dünən olmadı, bu gün olacaq. Bu gün də bitir, yenə olmadı, sabah olacaq deyə yaşayır, ölür, bitir, gedir insan oğlu. Yerdə qalan xatirələrin tör-töküntüsü. Sonra mirasını davam etdirəcək övladın cıxır meydana. Artıq biraz da unutmuş olur səni. Əlinə bir süpürgə alıb otağın küncündə-bucağında, üzərini toz örtmüş xatirələrin qırıntılarını süpürüb adi bir dəmir həkəndazın ortasına topalayıb mətbəxdəki zibil qutusuna bağışlayacaq və ordanda kim bilir haralara səyahət edəcəksən. Sağlığında görmədiyin, ayaq izlərin dəymədiyi bir yerlərə. Beləcə "ömür bir su içimi" deyib dərin bir "Ah" çəkəcəksən. 
Qadınım - Barı, barı sən xatırla, qadınım. Yəqin ki, bədənimin qoxusu hələmdə bədənini tərk etmyib... yoxsa keçmişdəki kimi fədakar deyilsən artıq? 
Qadınım – nə olub? Çox soyuq görünürsən. Yoxsa...Üşüyürsən? Aha. Dərdini anladım. Evlənmisən. Ərdəsən. Nə tez, evlənmisən? Anlayıram. Təkliyə alışmamısan. Yanındakı çox qayğılı və diqqətli görünür sənə qarşı. Yaman qoxlayır səni. Eyş-işrətə bəlkəm 5-10 dəqiqəlik ara verəsən? Əmin deyilsən? Haqlısan. Evində köhnə əlbisəsindən əsər-əlamət belə qalmayan, hekayəsi qərəz çoxdan tamamlanmış birinin yasını kim tutacaq ki?! Nə isə. 
Qadınım. Darıxdım yanında. Həmdə çox darıxdım. Mən öz əbədi qəfəsimə çəkilirəm. "Yoxsullarin Cənnətinə". Orda daha xoşbəxt və rahat olduğumun fərqinə vardım. Indi isə "Maestro, Ölülər üçün bir musiqi, zəhmət deyilsə"... (V.A)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM