ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının baş nazirinin müavini, vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saud, Abu Dabinin vəliəhd şahzadəsi, BƏƏ silahlı qüvvələrinin baş komandanının müavini Məhəmməd bin Zaid Əl Nahayan və Qətər əmiri Şeyx Tamim bin Həməd Əl Tani arasında fərqli vaxtlarda telefon danışığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı ABŞ prezidenti bildirib ki, ərəb tərəfdaşlarının arasında birlik regional sabitliyin inkişafı üçün və İranın təhdidinə qarşı vacibdir.
Bundan əkavə Tramp qeyd edib ki, bütün ölkələr terrorçuluğun məhv edilməsində öz öhdəliklərinə əməl etməlidirlər.