Sumqayıt sakini özünü bıçaqlayıb. Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Yaşıldərə qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Allahverdiyev Loğman Cavad oğlu mətbəx bıçağı ilə özünə döş qəfəsindən xəsarət yetirib.
Ailə üzvlərinin köməkliyi ilə yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. L.Allahverdiyev orada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məsəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.